|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Şamaxıda Yaponiya hökumətinin vəsaiti hesabına tikilmiş yeni məktəb binası istifadəyə verildi İyunun 23-də Şamaxı şəhərindəki
İnşaatçılar qəsəbəsində Yaponiya hökumətinin
"Ot kökləri və insan təhlükəsizliyi" qrant
proqramının vəsaiti hesabına inşa edilmiş
200 şagird yeri olan orta məktəb binasının açılışı
olmuşdur. Mərasimdə Yaponiyanın Azərbaycandakı
səfiri Masamutsu Oki iştirak etmişdir. Qəsəbə sakinləri, müəllimlər
və məktəblilər qonağı hörmətlə, gül
dəstələri ilə qarşılamışlar. Səfir səmimi münasibət üçün təşəkkürünü
bildirmiş, yeni təhsil ocağının
istifadəyə verilməsi münasibətilə mərasim iştirakçılarını
təbrik etmişdir. Şamaxıya ilk dəfə
gəldiyini söyləyən diplomat şəhərin özünəməxsus
gözəlliyindən, insanların mehribanlığı
və qonaqpərvərliyindən məmnunluğunu bildirmişdir.
Yeni məktəb binasının burada Yaponiya hökuməti
tərəfindən 2-ci qrant vəsaiti hesabına
tikildiyini qeyd edən natiq 2001-ci ildə Şamaxı şəhər
orta internat məktəb binasının da Yaponiya
vəsaiti hesabına əsaslı təmir edildiyini
diqqətə çatdırmışdır. çıxışının
sonunda qonaq demişdir ki, yapon xalqı öz ölkəsini Günəşin
doğduğu yer adlandırır. Sizlərə Günəş
kimi işıqlı gələcək, uğurlu təhsil
arzulayıram. Rayon icra hakimiyyətinin başçısı
Nazim İsmayılov Azərbaycan ilə Yaponiya arasında
dostluq və əməkdaşlığın yüksək
səviyyədə olduğunu, əlaqələrimizin
getdikcə dərinləşdiyini diqqətə çatdırmış,
bunu əsası ulu öndərimiz Heydər Əliyev
tərəfindən qoyulan və Prezident İlham Əliyevin
uğurla davam etdirdiyi daxili və xarici siyasətin
məntiqi nəticəsi kimi dəyərləndirmişdir.
ölkəmizdə son illər təhsil sahəsində, ümumən
sosial-iqtisadi sahədə həyata keçirilən irimiqyaslı
layihələrdən, qazanılan uğurlardan bəhs
edən icra hakimiyyətinin başçısı qədim
tarixi olan Şamaxıda görülən işlərdən
də ətraflı bəhs etmişdir. Natiq qrant
layihəsinə görə sakinlər adından Yaponiya hökumətinə,
səfir Masamutsu Okiyə təşəkkürünü bildirmişdir.
Səfir və icra hakimiyyətinin başçısı
açılışı bildirən rəmzi lenti kəsmiş,
qonaqlar sinif otaqlarını gəzmiş,
məktəblilər üçün yaradılan şəraitlə
tanış olmuşlar. Açılış
mərasimindən sonra səfir Şamaxı şəhəri
ilə tanış olmuşdur. Tamamlama işlərinin aparıldığı
Heydər Əliyev adına parkı gəzən qonaqlar
burada Heydər Əliyev muzeyinə baxmışlar. Milli
memarlıq üslubu saxlanılmaqla inşa edilən
ikimərtəbəli muzey qonaqlarda xoş təəssürat
yaratmışdır. Nazim İsmayılov zövqlə
tərtib edilmiş ayrı-ayrı eksponatlar, nadir fotoşəkillər
barədə məlumat vermişdir. AzərTAc
Salyanın Qardili və Təzəkənd kəndlərində yeni məktəb binası tikilmişdir Salyanın Qardili kəndində 260,
Təzəkənd kəndində isə 140 şagird yerlik
yeni məktəb binaları tikilmişdir. Sentyabrın 15-dək istifadəyə
veriləcək bu təhsil ocaqlarında tədrisi müasir
tələblər səviyyəsində təşkil
etmək üçün bütün zəruri şərait yaradılacaqdır.
Xatırladaq ki, rayonun 1 nömrəli orta
məktəbi Heydər Əliyev Fondunun təşəbbüsü
ilə əsaslı təmir olunur, Yeni Uluxanlı
kəndində dövlət vəsaiti ilə 200 şagird
yerlik orta məktəb tikilir. Yerli
bələdiyyələr isə "Bir
bələdiyyə, bir sinif otağı" layihəsinin
icrasına başlamışlar. Layihələrə
əsasən bu il rayon məktəblərinin birinci
siniflərində oxuyacaq şagirdlərin
istifadəsinə yüksək səviyyədə təmir
olunmuş 40 sinif otağı veriləcəkdir. AzərTAc
İnternat məktəb dərs ilini uğurla başa vurub ölkəmizdə fəaliyyət göstərən
internat tipli tədris ocaqlarından biri olan kar uşaqlar
üçün 3 nömrəli respublika internat məktəbində son
illər intizam zəifləmiş, təlim-tərbiyə
işinin keyfiyyəti aşağı düşmüşdü.
Şagirdlər məktəbdən yayınır, müəllim
və tərbiyəçilər işlərinə
məsuliyyətlə yanaşmırdılar. Məktəbin və pedaqoji kollektivin işgüzar,
bacarıqlı, qayğıkeş bir rəhbərə
ehtiyacı vardı. 2007-ci ilin iyununda məktəbə
direktor təyin olunan Bahar Kərimova ilk günlərdən
internatda tədris intizamını möhkəmləndirmək,
əlverişli təlim mühiti yaratmaq istiqamətində
fəaliyyətə başladı. Məktəbi yeni
tədris ilinə hazırlamaq məqsədi ilə
təmir işlərinə başlandı. Sinif və yataq
otaqları, dəhlizlər təmir edildi. Şagirdlər
üçün yeni çarpayılar, yataq dəstləri alındı.
Yararsız hala düşən qapı və
pəncərələr yeniləri ilə əvəz
olundu. Təlim-tərbiyənin keyfiyyətinin yüksəldilməsi
üçün də bir çox işlər görüldü. İlk növbədə,
müəllimlər ixtisaslarına uyğun dərs saatları,
tərbiyəçilər isə tərbiyəçilik
vahidləri ilə təmin edildilər. Məktəbdaxili
nəzarət gücləndirildi. Metodbirləşmələrin
işi canlandırıldı. İnternat
məktəbdə qarşılıqlı dərs
dinləmələr, "açıq dərs"lər keçirilməyə
başlandı. Dinlənilən dərslər geniş müzakirə
olunur və müəllimlərə köməkliklər göstərilir.
Məktəbdə kompüter otağı yaradılmışdır.
Şagirdlər burada informatika dərslərini keçməklə
yanaşı, asudə vaxtlarında kompüterdən
istifadə edirlər. Dərsləri maraqlı qurmaq üçün müəllimlər
əyaniliyə üstünlük verir və lazımi
vəsaitlər hazırlayırlar. Bayram və tarixi günlər
təntənə ilə qeyd edilir, müntəzəm olaraq
mədəni-kütləvi tədbirlər keçirilir, vaxtaşırı
şəhərin görməli yerlərinə
gəzintilər təşkil olunur. Şagirdlərin asudə vaxtlarının
səmərəli təşkilində, onların istedad
və qabiliyyətlərinin inkişafında mühüm rol
oynayan dərnəklərin işinə xüsusi
nəzarət edilir. Bacarıqlı və qabiliyyətli
şagirdlər dərnəklərə cəlb olunmuşlar.
Məktəbin "Zirvə" futbol komandası
əlillər arasında keçirilən yarışda II
yerə çıxmışdır. Rəsm, "Bacarıqlı
əllər" dərnəklərinin üzvlərinin
əl işləri respublika üzrə keçirilən
sərgidə nümayiş etdirilmiş, burada yer tutan şagirdlər
mükafatlandırılmışlar. Görülən işlər tezliklə öz
bəhrəsini vermiş, internat məktəb dərs ilini
uğurla başa vurmuşdur.
Y.ƏLİYEV
|