· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Xaricdə təhsil

Texniki peşə təhsili islahatlarında prioritet istiqamətlər: Rumıniya və Bolqarıstan təcrübəsi

Xalqımızın ümummilli lideri Heydər Əliyev təxminən 10 il əvvəl ölkəmizdə sistemli təhsil islahatlarına başlanarkən tövsiyə edirdi ki, müstəqil respublikamızın yeni təhsil sisteminin yaradılması prosesində milli mənəvi dəyərlər əsas götürülməklə sovet təhsil sisteminin müsbət cəhətləri və qabaqcıl dövlətlərin, o cümlədən təhsil sahəsində islahatlar aparmış ölkələrin təcrübəsi nəzərə alınsın.

 

Ulu öndərin bu tövsiyələri əsas götürülərək son illər təhsil sahəsində xarici təcrübənin öyrənilməsinə, ayrı-ayrı ölkələrin təhsil sistemində apardıqları islahatlarla tanışlığa böyük önəm verilir. Təhsilin digər sahələri kimi, texniki peşə təhsili sistemində də islahatların səmərəli nəticələnməsi üçün mövcud dünya təcrübəsinin, xüsusən də inkişaf baxımından bizə yaxın olan ölkələrin təcrübəsinin öyrənilməsi və nəzərə alınması zəruridir. Bu baxımdan ölkəmizin müstəqilliyini bərpa etdiyi vaxtdan bir qədər öncə sosializm düşərgəsindən ayrılıb yeni ictimai-iqtisadi sistemə keçmiş Rumıniya və Bolqarıstan kimi ölkələrin islahat təcrübələri xüsusilə maraqlıdır.

Yeri gəlmişkən qeyd edək ki, ötən ilin oktyabrında Albaniyanın paytaxtı Tiranada və İstanbulda (Türkiyə) keçirilmiş beynəlxalq konfranslarda həmin təcrübələrdən bəhs edən məruzələr dinlənilmişdir.

Avropanın təxminən ortasında yerləşən Rumıniya inkişaf etməkdə olan ölkələrdən sayılır. Ərazisinə görə Azərbaycandan təxminən 3 dəfə böyük, əhalisinin sayı isə 2,5 dəfə çox olan Rumıniyada təhsilin inkişafına böyük diqqət yetirilir.

Rumıniyada ibtidai texniki peşə təhsili və təlimi təhsil sisteminə daxil olan tədris müəssisələrində təşkil olunur. Texniki peşə təhsili və təlimi sistemi, habelə təhsil xidmətləri göstərən müəssisələrlə müvəkkil müəssisələrin birgə təşkil etdikləri istehsalat təcrübəsinin keçirilmə mexanizmlərini özündə birləşdirir. Texniki peşə təhsili və təliminin ikili rolu (sosial və iqtisadi xarakteri) onun peşə sahəsinin inkişafına, bütövlükdə iqtisadi artıma, habelə şəxsi təkmilləşməyə, sosial inteqrasiyaya və vətəndaşlıq şüurunun inkişafına kömək etməsi ilə təmin olunur.

Texniki peşə təhsili və təlimi daha qabiliyyətli şagirdləri ali təhsil almağa və ya gənc insanı müvəqqəti olaraq əmək bazarına buraxmadığı üçün deyil, təhsil və təlimin daha üstün növü olduğu üçün inkişaf edir. Texniki peşə təhsili və təliminin inkişafı, habelə sosial təcridə (təklənməyə) qarşı durmaq məqsədi ilə həyata keçirilir.

Texniki peşə təhsili və təlimi gələcək karyera irəliləyişinə yardım edən, gələcək peşə ilə bağlı kompotensiyalara yiyələnmək üçün əsas olan təlimi təmin edir.

Texniki peşə təhsili və təlimi "ali məktəbəqədərki təhsil" adlanan sistem çərçivəsində təqdim olunur. Bu sistem özündə orta və ali (qeyri-universitet) təhsilini birləşdirir. Buraya 1-3-cü dərəcələrdə peşə ixtisas hazırlığı daxildir. Bu halda 4 və 5-ci dərəcələr  ali təhsilə müvafiq gəlir. Texniki peşə təhsili və təlimi proqramları özünü peşə almağın birbaşa, ya da ardıcıl dövrəsinin (siklinin) bir  hissəsi kimi göstərir ki, bu da 1-ci və 2-ci ixtisas dərəcələrinə yiyələndikdən sonra təhsili bitirməni nəzərdə tutur. Belə ki, göstərilən təhsilin başa vurulmasının nəticəsi ixtisas şəhadətnaməsinin alınmasıdır.

Rumıniyada texniki peşə təhsili və təliminin aşağıdakı kimi müxtəlif proqramları vardır:

- Birinci ixtisas dərəcəsi. Bu, orta təhsilin aşağı pilləsinin son 2 ilini - icbari təhsilin bir hissəsini (sənət məktəbləri) əhatə edir. Davametmə müddəti 2 ildir. Bu pillədə tədris proqramlarının sayı 45-dir.

- İkinci ixtisas dərəcəsi. Bu, orta təhsilin yuxarı pilləsini əhatə edən 1 illik təhsil olub, 137 tədris proqramı üzrə reallaşdırılır.

- üçüncü dərəcə. Bu, irəli çəkilmiş dövr olub, orta təhsilin yuxarı pilləsini əhatə edir. Lakin bakalavriata aparan tam texniki təhsil verilir. Davametmə müddəti 2 il olan belə təhsil üzrə 56 proqram mövcuddur.

- üçüncü irəli çəkilmiş ixtisas dərəcəsi. Bu, qeyri-universitet ali təhsili olub, 1 ildən 3 ilədək davam edir. Bu dərəcə üzrə ölkədə 216 proqram var.

Tədris müəssisələri sistemi vasitəsi ilə reallaşdırılan texniki peşə təhsili və təlimi proqramları üçün məsuliyyət Təhsil, Elmi-Tədqiqatlar və Gənclər Nazirliyinin üzərinə qoyulub. Peşə tələblərinin işlənib hazırlanması müvafiq sosial tərəfdaşların bilavasitə iştirakı ilə həyata keçirilir. Həmin peşə tələbləri Yaşlıların Təhsili üzrə Dövlət Şurası tərəfindən yaradılmış və dövlət ixtisas orqanı kimi çıxış edən  sahə komitələri tərəfindən təsdiq edilir.

Sahə komitələri peşə hazırlığı standartlarını işləyib hazırlayırlar.

Texniki peşə təhsili və təliminin tədris proqramları modul xarakteri daşıyır. Bu proqramlara iki əsas hissə daxildir: dövlət baza tədris proqramları (80%) və yerli səviyyədə işlənib hazırlanmış tədris proqramları (20%). Dövlət baza tədris proqramlarının əsasında təlim standartları durur. Yerli tədris proqramları müvafiq texniki peşə təhsili və təlimi proqramlarının əmək bazarının tələblərinə uyğunluğu dərəcəsini yüksəltmək məqsədi ilə yerli səviyyədə tədris müəssisələrinin tərəfdaşları olan istehsalat müəssisələri tərəfindən işlənib hazırlanır.

Proqramlarda praktik təlimin payı orta hesabla 36%, nəzəri təlimin payı isə 64% təşkil edir. Praktik təlim tədris müəssisəsində məşğələlərin tərəfdaş müəssisələrdə keçirilən istehsalat təlimi məşğələlərilə növbələşdirilməsi formasında təşkil olunur ki, bu da təhsildən əmək həyatına keçidi yüngülləşdirməyə kömək edir.

Rumıniyada texniki peşə təhsili və təlimi də daxil olmaqla dövlət təhsil sistemi dövlət büdcəsindən (mərkəzi və yerli) maliyyələşdirilir. Maliyyələşmədə yerli büdcənin payı təxminən 96%-dir. Bir sıra müəssisələr (az sayda) istehsalat praktikaları zamanı tələbələrə maddi yardım (müavinət) verirlər.

Dövlət vəsaitinin xüsusi çəkinin nəzərə alınmaqla ayrılması praktikası davam edir. Hazırda eksperimental əsasda şagirdbaşına normativ maliyyələşmə sistemi tətbiq olunur.

Rumıniyada Avropa səviyyəsində razılaşdırılmış keyfiyyətin təminatı ümumi sistemi əsasında təhsilin keyfiyyətinin təmin edilməsi sistemi texniki peşə təhsili və təliminin bütün sistemi miqyasında həyata keçirilir. Keyfiyyətin təminatının dövlət sistemi qüvvədə olan qanunvericiliyə uyğun olaraq 2003-2004-cü illərdə texniki peşə təhsili və təlimində keçirilməyə başlanmış eksperimentin nəticələrinə əsasən tətbiq edilir. Rumıniya dövlət peşə ixtisaslaşması sistemi (RDPİS) hələ tam fəaliyyət göstərmir. RDPİS-in tərkib hissələri son 10 il ərzində Avropa Şurasının bir sıra proqramlarının dəstəyi ilə işlənib hazırlanmalı idi.

Tədris müəssisələrinin təklif etdikləri bütün texniki peşə təhsili və təlimi proqramları sosial tərəfdaşlar (sahə komitələri) tərəfindən təsdiq olunmuş dövlət standartları əsasında işlənib hazırlanmışdır.

Texniki peşə təhsili və təlimi xidməti təklif edən bütün subyektlər (tədris müəssisələri də daxil olmaqla) texniki peşə təhsili və təlimi proqramları üzrə fəaliyyət göstərmək hüququna malik olmaq üçün hökmən akkreditasiyadan keçməlidirlər. Bu məsuliyyət ali məktəbəqədərki təhsil sistemində Keyfiyyətin Təmin Edilməsi üzrə Rumıniya Agentliyinin (KTERA) üzərinə qoyulub. Agentlik tərəfindən istifadə olunan qiymətləndirmə və akkreditasiya üçün dövlət standartlarına aşağıdakı istiqamətlər üzrə səmərəlilik kriteriyaları kompleksi daxildir:

- institusional potensial (institusional, inzibati struktur, idarəetmə strukturu, kadr və maddi resurslar);

- təlimin keyfiyyəti (tədris proqramlarının məzmunu, tələbə-şagirdlərin bilik keyfiyyəti, elmi-tədqiqat və didaktik fəaliyyət, maliyyə fəaliyyəti);

- keyfiyyətə nəzarət (keyfiyyətin təmin olunması strategiyası və qaydaları, monitorinq proseduru və tədris müəssisəsi tərəfindən təklif edilən xidmətlərə yenidən baxılması, şagirdlərin təlim fəaliyyətinin qiymətləndirilməsi qaydaları, tədris kurslarının əlverişli olması).

Akkreditasiyanı təsdiq etmək, texniki peşə təhsili və təliminin keyfiyyətini yüksəltmək məqsədi ilə texniki peşə təhsili və təlimi tədris müəssisələrinin fəaliyyətinin xarici attestasiyası həyata keçirilir.

Tədris müəssisəsi səviyyəsində və bütövlükdə sistemdə keyfiyyətin təminatı ilə bağlı əsas konsepsiya müstəqil qiymətləndirmənin aparılması ilə tamamlanır. Şagirdlərin yetirməsinin attestasiyası sertifikatlaşdırmanın dövlət metodologiyasına müvafiq olaraq attestasiya mərkəzlərində dövlət miqyasında təşkil olunur, proses müəyyən olunmuş təlim standartlarına uyğun olaraq tənzimlənir.

Şagirdlərin əldə etdikləri kompetensiyaların qiymətləndirilməsi tərkibinə müəllimlər, işəgötürənlərin nümayəndəsi daxil olan qiymətləndirmə komissiyaları tərəfindən praktik və şifahi testləşdirmədən istifadə əsasında aparılır.

Xüsusi sektor dövlət səviyyəsində siyasi tədbirlərin işlənib hazırlanmasında Təhsil Nazirliyinin ümummilli səviyyədə sosial xarakterli dövlət dialoqunun keçirilməsi üzrə komissiyaları vasitəsi ilə iştirak edir. Regional və yerli səviyyələrdə xüsusi sektor göstərilən prosesdə, habelə regional konsorsiumlar və texniki peşə təhsili və təlimi sahəsində sosial tərəfdaşlıq üçün yerli inkişaf komitələri vasitəsi ilə də iştirak edir.

Sahə səviyyəsində xüsusi sektorun nümayəndələri (sənaye və işəgötürənlər) peşə ixtisaslarının məzmununun müəyyənləşdirilməsində təlim standartlarının təsdiqi vasitəsi ilə iştirak edirlər.

Ərazi təhsili səviyyəsində müxtəlif peşələrə tələbatlar xüsusi sektorun xüsusi mexanizmlərin işlənib hazırlanmasında iştirakı ilə planlaşdırılır. Bura texniki peşə təhsili və təliminin inkişafı üzrə tədbirlərin regional planları və texniki peşə təhsili və təliminin inkişafı üzrə yerli tədbirlər planı daxildir.

Bilavasitə tədris müəssisəsi səviyyəsində ən azı işəgötürənlərin bir nümayəndəsi idarə heyətinin üzvü olur.

Tədris müəssisəsi və istehsalat müəssisəsi birgə əməkdaşlığı həyata keçirmək  üçün, əsasən də istehsalat təcrübəsinin bilavasitə istehsal müəssisələrində təşkili üçün kontrakt bağlayırlar.

Şagirdlər peşə təhsili müəssisələrinə daxil olan zaman (8-ci sinifdən sonra) və təhsil  alarkən təhsilin dövriliyini və texniki peşə təhsili və təlimi proqramlarını seçmək imkanlarına malikdirlər.

(Davamı gələn sayımızda)

Kamil AĞAMALIYEV,

Təhsil Nazirliyi Texniki peşə təhsili

şöbəsinin baş məsləhətçisi