|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
ötən
tədris ili nə ilə yadda qaldı?
Ali
və orta ixtisas təhsili sahəsində son bir ilin hesabatı 2007-2008-ci tədris ili respublikanın
ali və orta ixtisas təhsili sahəsi üçün də uğurlu
olmuşdur. Tədris ili ərzində fəaliyyət göstərmiş
49 dövlət və qeyri-dövlət ali təhsil müəssisəsində
130430 tələbə təhsil almış, 14467
nəfər professor-müəllim onların
təlim-tərbiyəsi ilə məşğul olmuşdur. Başa çatdırılan tədris ilində
ölkəmizdə istehsal proseslərinin genişləndirilməsi,
iqtisadiyyatımızın sürətli inkişafı və
yeni iş yerlərinin açılması ilə
əlaqədar olaraq mövcud istiqamətlərin və
ixtisasların siyahısına yeni ixtisasların
əlavə olunması və bəzi ali
məktəblərdə yeni açılmış ixtisaslar üzrə
Dövlət təhsil standartlarının hazırlanması
işi davam etdirilmişdir. Semestr və yekun imtahan sessiyalarının
təşkili və gedişi, əvvəlki illərdə
olduğu kimi, 2007-2008-ci tədris ilində də diqqət
mərkəzində saxlanılmışdır. Belə
ki, qış imtahan sessiyası dövründə nazirlikdə
Mərkəzi Operativ Qərargah (MOQ), "Qaynar
xətt", ali və orta ixtisas təhsili müəssisələrində
müvafiq qərargahlar fəaliyyət göstərmiş,
tələbələrin biliyinin
qiymətləndirilməsində obyektivliyin təmin olunması,
yol verilmiş neqativ halların aradan qaldırılması
istiqamətində müəyyən müsbət işlər görülmüşdür. Ali təhsil müəssisələrində
tələbələrin biliyinin çoxballı sistemlə
qiymətləndirilməsi üzrə aparılan eksperimentin
nəticələrinin yekun təhlili aparılmış,
bu sistem kredit sisteminə keçmək üçün bir
mərhələ kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikası Təhsil
Nazirliyinin 16 yanvar 2006-cı il tarixli, 15 nömrəli əmri
ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının
ali təhsil sistemində 2006-2010-cu illərdə Boloniya
Bəyannaməsinin müddəalarının həyata keçirilməsi
üçün tədbirlər planı"na uyğun olaraq
ikipilləli ali təhsil sisteminin inkişaf etdirilməsi,
ali təhsildə kredit sisteminə keçilməsi, respublikada
ali təhsil haqqında bakalavr diplomuna əlavənin Avropa
ölkələrinin ali təhsil haqqında verilən
diplomların əlavələrinə uyğunlaşdırılması,
xaricdə və Azərbaycanda verilən diplomların
Boloniya prosesinə qoşulan ölkələrdə tanınması,
Boloniya Bəyannaməsində başlıca yer tutan kredit
sisteminə tətbiqi ilə bağlı eksperiment aparılan
ixtisaslar üzrə 2006-2007-ci tədris ilinin qış
imtahan sessiyasının nəticələri təhlil
edilmiş, "Ali təhsil müəssisələrində
kredit sistemi ilə tədrisin təşkili barədə nümunəvi
əsasnamə"də müvafiq dəyişikliklər aparılmışdır. Azərbaycan Respublikası Təhsil
Nazirliyinin kollegiya qərarının icrasını
təmin etmək məqsədilə nazirliyin 19 aprel 2007-ci
il tarixli, 340 nömrəli əmrinə müvafiq olaraq
2007-2008-ci tədris ilindən ali məktəblərdə
tədrisin təşkilində kredit sisteminin tətbiqi
ilə bağlı eksperimentin əhatə dairəsinin
genişləndirilmiş, kredit sistemi tətbiq olunan ali
məktəblərin sayı 21-ə çatdırılmışdır. Ali təhsil sistemində bizi düşündürən
ciddi problemlərdən biri də müəllim hazırlığı
ilə bağlıdır. Bununla əlaqədar olaraq Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 20 iyun 2007-ci il tarixli,
102 nömrəli qərarı ilə "Azərbaycan
Respublikasında fasiləsiz pedaqoji təhsil və müəllim
hazırlığının konsepsiya və strategiyası"
təsdiq edilmiş, "Müəllim hazırlığı"
alt-komponenti çərçivəsində təhsilin əsasları
fənni üzrə kurrikulum və dərsliyin, habelə
"İbtidai sinif müəllimi hazırlığı"nı
təmin edən kurrikulumların layihələri hazırlanmışdır. 2008-ci ilin martından başlayaraq ali
məktəblərdə istehsal təcrübəsinin,
təlim prosesinin tədris-metodiki sənədlərlə
təminatının, magistratura pilləsində və
qiyabi şöbədə tədrisin təşkilinin və
kredit sisteminin tətbiqinin monitorinqi keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin
sərəncamına uyğun olaraq "2008-2012-ci
illərdə Azərbaycan Respublikasının ali
təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın,
eləcə də "Ali təhsilin bakalavr
pilləsində ixtisasların siyahısı"nın
layihələri hazırlanmış, təsdiqə
təqdim olunmuşdur. Bununla yanaşı, "Azərbaycan
Respublikasında ali və orta ixtisas musiqi təhsilinin inkişaf
Proqramı (2008-2012-ci illər)" hazırlanmışdır. 2007-2008-ci tədris ili ali təhsil üzrə
beynəlxalq və milli konfrans və seminarlarla zəngin
olmuşdur. 2008-ci il aprelin 10-da Azərbaycan Dillər
Universitetində "Təhsildə keyfiyyətin
təminatı: tələblər və
zərurətlər" mövzusunda beynəlxalq konfrans, mayın
26-27-də "Boloniya prosesinin inkişafının
əsas istiqamətləri" mövzusunda milli seminar keçirilmişdir. 2007-2008-ci tədris ili respublikamızın
orta ixtisas təhsili sahəsində də uğurlu
illərdən biri kimi qeyd oluna bilər. Belə ki, yola
saldığımız dərs ilində orta ixtisas
məktəbləri tələbələrinin qış
imtahan sessiyasına görə bilik keyfiyyətinin göstəricisi
58,7 faiz, müvəffəqiyyət faizi isə 87,4 faiz olmuşdur. Orta ixtisas məktəblərindən
Azərbaycan Maliyyə-İqtisad Kolleci, Göyçay Dövlət
İdarəetmə və Texnologiya Kolleci, Bakı Dövlət
İdarəetmə və Texnologiya Kolleci, Sumqayıt Dövlət
Texniki Kolleci akkreditasiya olunmuşdur. Orta ixtisas məktəblərində
tələbə biliyinin qiymətləndirilməsinin çoxballı
sisteminə keçid üzrə normativ sənədlər hazırlanıb
müzakirəyə təqdim olunmuşdur. İki orta ixtisas
məktəbində bir ixtisas üzrə semestr imtahanlarının
eksperiment qaydasında test üsulu ilə təşkilinə
başlanılmışdır. Ali və orta ixtisas təhsili sistemində
istehsalat (pedaqoji) təcrübəsinin təşkili, qiyabi
formada təhsil alanların tədrisinin təşkili
məsələləri öyrənilib müvafiq normativ
sənədlər hazırlanmışdır. Mütəxəssis hazırlığının
ixtisas strukturu yeniləşdirilmiş, hər bir sahə
üzrə inkişaf proqramlarının layihəsi hazırlanmışdır. İlham MUSTAFAYEV, Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsinin müdiri
|