|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Heydər
Əliyev və Azərbaycan dili
Hər
bir xalqın özünəməxsusluğunu müəyyən
edən başlıca ünsürlərdən biri onun dilidir. XX
əsrdə xalqımızın bu sahədə
əldə etdiyi uğurları yüksək təqdirə
layiqdir. Biz fəxr edirik ki, müstəqil Azərbaycan
Respublikasının dövlət dili olan Azərbaycan dili son
bir əsrlik dövr ərzində böyük inkişaf yolu keçərək
lüğət tərkibini zənginləşdirmiş,
qrammatik quruluşunu cilalamış və dünya dilləri
içərisində öz layiqli yerini tutmuşdur. Heydər ƏLİYEV
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hazırlayıb həyata keçirdiyi dil siyasəti onun dövlət quruculuğu siyasətinin üzvi tərkib hissəsidir. Heydər Əliyev Azərbaycan Respublikasına rəhbərlik etməyə başladığı ilk illərdə ana dilinə - Azərbaycan xalqının milli dilinə böyük əhəmiyyət vermiş, bu dilin Azərbaycan SSR Konstitusiyasında dövlət dili kimi xüsusi maddədə göstərilməsinə nail olmuşdur. Ali məktəblər üçün yazılmış "Müasir Azərbaycan dili" dərsliklərinin Respublika Dövlət mükafatına layiq görülməsi, anadilli ədəbiyyatın inkişafı üçün hər cür şəraitin yaradılması, Azərbaycan ədəbiyyatı klassiklərinin təbliği bunun nəticəsi idi. Rəsmi yığıncaqlarda ana dilində çıxış edən dövlət başçısı Azərbaycan dilinə böyük siyasi, ideoloji nüfuz qazandırırdı. |
"TƏHSİLƏ QOYULAN VƏSAİT öLKƏMİZİN GƏLƏCƏYİNƏ QOYULAN VƏSAİTDİR" İndi
biz faktiki olaraq, Azərbaycanda bütün məktəb
infrastrukturunu yeniləşdiririk. İndiyədək
800-ə yaxın məktəbin tikilməsi və
gələcək illərdə yüzlərlə
məktəbin tikintisi - bu, məktəb sahəsinin
maddi-texniki bazasının yeniləşdirilməsini,
təhsilin keyfiyyətini də, avadanlıqla təchizatı
da təmin edir. Eyni zamanda, hesab edirəm ki, indi vaxt
gəlib ki, biz mövcud məktəblərin təmirinə
də daha çox vəsait ayıraq. çünki buna da böyük
ehtiyac var, xüsusilə, Bakı şəhərində.
Yəqin ki, bu il, gələn il Bakı şəhərində
yerləşən bütün məktəblərin istilik
təchizatı problemləri həll olunmalıdır. Bu,
həll ediləcəkdir. Ondan sonra bütün başqa şəhər
və rayonlarda da biz bunu həll etməliyik və mövcud
məktəbləri də çox gözəl
səviyyəyə gətirib çıxarmalıyıq. Bu sahədə vəsaitə qənaət
etməməliyik. çünki təhsilə qoyulan vəsait ölkəmizin
gələcəyinə qoyulan vəsaitdir. Bütün inkişaf
etmiş ölkələrin uğurlarının
səbəbi də məhz ziyalı
təbəqəsidir, elmi-texniki tərəqqidir, texnoloji
yeniliklərdir. Biz də bu yolu seçmişik. İstəyirik
ki, bizim insanlarımız, gənc nəsil bilikli, savadlı
olsun və ölkəmizin inkişafında çox böyük rol
oynasınlar. Prezident İlham Əliyevin
sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin ilin
birinci rübünün yekunlarına həsr edilmiş iclasındakı
nitqindən. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||
"Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin
Azərbaycan Respublikası Prezidentinin
sərəncamına əsasən "Ən yaxşı
müəllim" və "Ən yaxşı ümumtəhsil
məktəbi" müsabiqələrinin I
mərhələsi artıq başa çatıb. "Ən yaxşı müəllim" müsabiqəsində
iştirak üçün 393 müəllim müraciət etmiş, 31-i müəyyən
edilmiş şərtlərə uyğun
gəlmədiyindən (pedaqoji iş stajı az olanlar,
Prezident təqaüdçüsü, məktəb direktoru, direktor müavini,
psixoloq olanlar, əsas iş yeri məktəb olmayanlar)
siyahıdan çıxarılmışdır. |
Təhsil
Nazirliyində "Ən yaxşı müəllim" müsabiqəsinin
II mərhələsi ilə bağlı müşavirə
Aprelin14-də
Təhsil Nazirliyində "Ən yaxşı müəllim"
müsabiqəsinin II mərhələsi ilə bağlı müşavirə
keçirildi. Tədbirdə təhsil nazirinin müavinləri,
nazirliyin müvafiq şöbələrinin və Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin rəhbərliyi,
təhsil ictimaiyyətinin nümayəndələri, eyni
zamanda müsabiqə iştirakçılarının sınaq
dərsi keçəcəkləri ümumtəhsil
məktəblərinin direktorları və onların müavinləri
iştirak edirdilər. Tədbiri açan Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov artıq "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin I mərhələsinin başa çatdığını bildirdi və bir neçə ay ərzində Təhsil Nazirliyində bununla bağlı görülmüş işlər haqqında məlumatı iştirakçıların diqqətinə çatdırdı. |
Nazir amerikalı qonaqları qəbul edib Aprelin
15-də təhsil naziri Misir Mərdanov ölkəmizdə işgüzar
səfərdə olan ABŞ-ın Troy Universitetinin biznesin
təşkili və idarə edilməsi fakültəsinin
dekanı, professor Don C.Hinesi və universitetin beynəlxalq
proqramlar üzrə direktoru Filip Lyonu qəbul edib. Həmin görüşdə
Qafqaz Universiteti ilə Troy Universiteti arasında
beynəlxalq proqramlar əsasında biznesin təşkili
və idarə olunması, eləcə də iqtisadiyyatın
müxtəlif sahələri üçün kadrların hazırlanmasına
dair anlaşma memorandumu imzalanıb. Səmimi dostluq şəraitində
keçən qəbulda "çağ" öyrətim İşlətmələri
şirkətinin prezidenti Ənvər özərən, Qafqaz
Universitetinin rektoru, professor Əhməd Saniç və
təhsil ocağının digər nümayəndələri,
eləcə də nazirliyin mərkəzi aparatının
və müvafiq şöbələrinin rəhbərləri
və əməkdaşları iştirak edirdilər. |
II
mərhələdə müəllimlərin sınaq
dərsləri dinləniləcək
Aprelin 15-də Təhsil Nazirliyində nazir
Misir Mərdanovun "Ən yaxşı müəllim" müsabiqəsinin
II mərhələsini keçirən fənn komissiyalarının
üzvləri ilə görüşü keçirildi. Tədbiri təhsil naziri Misir Mərdanov açaraq ölkə başçısı cənab İlham Əliyevin 4 sentyabr 2007-ci il tarixli sərəncamına əsasən "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin keçirilməsi ilə bağlı ötən müddət ərzində xeyli təşkilati işlərin görüldüyünü dedi. Nazir qeyd etdi ki, bütün bu işlər nazirlikdə yaradılmış Təşkilat Komitəsi tərəfindən istiqamətləndirilir və koordinasiya edilir.Görüş iştirakçılarının diqqətinə " Ən yaxşı müəllim" müsabiqəsi ilə bağlı görülmüş işlər haqqında məlumatları çatdıran nazir bildirdi ki, adıçəkilən müsabiqədə iştirak etmək üçün Təşkilat Komitəsinə müraciət edənlərdən 208-i növbəti mərhələyə buraxılıb. İkinci mərhələdə həmin müəllimlər sınaq dərsi deməlidirlər. |
Növbəti
yeni bağça istifadəyə verildi Aprelin
16-da paytaxtın Səbail rayonunun 20-ci sahəsində yeni
inşa olunmuş 332 nömrəli körpələr evi-uşaq
bağçasının açılışı oldu. Bu münasibətlə keçirilən
mərasimdə təhsil naziri Misir Mərdanov, Səbail
rayon icra hakimiyyətinin başçısı Sahib Ələkbərov,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
müdiri Nailə Rzaquliyeva, idarənin məsul işçiləri
və qonaqlar iştirak
edirdilər. Qeyd edək ki, uşaqların
istifadəsinə verilən yeni
məktəbəqədər təhsil müəssisəsi
də Bakı şəhərinin
qəsəbələrinin 2006-2007-ci illər üzrə
sosial-iqtisadi inkişafının
sürətləndirilməsinə dair tədbirlər proqramına
uyğun olaraq tikilib. Təhsil naziri Misir Mərdanov bağçanın rəmzi açılışını bildirən qırmızı lenti kəsib bu münasibətlə hamını təbrik etdi. |
Paytaxtın Maştağa
qəsəbəsində yerləşən C.Cabbarlı adına
187 nömrəli məktəbin 70 illik yubileyi keçirildi.
Tədbirdə təhsil naziri Misir Mərdanov, Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin müdiri
Nailə Rzaquliyeva, millət vəkilləri, Sabunçu rayon
icra hakimiyyəti başçısının müavini, tanınmış
ziyalılar, qəsəbə ağsaqqalları,
məktəbin məzunları, qabaqcıl təhsil işçiləri
və digər şəxslər iştirak edirdi. öncə məktəblilərin əl işlərindən
ibarət sərgi ilə tanış olan qonaqlar, sonra sinif
otaqlarına və şagirdlərin nümunəvi idman çıxışlarına
baxdılar. Yubiley tədbirini açıq elan edən 187 nömrəli məktəbin direktoru Nailə Məmmədova məktəbin 70 illik tarixinə nəzər salaraq görülmüş işlərdən, qazanılmış nailiyyətlərdən danışdı, problemlərə toxundu, qəsəbə sakinləri tərəfindən həmişə "təzə məktəb" kimi qəbul edilən təhsil ocağının yetirmələrindən söz açdı. |
Nəzarətçilər və imtahan rəhbərləri üçün treninqlər Azərbaycan Respublikası təhsil nazirinin "Orta təhsil kursu üzrə buraxılış imtahanlarının aparılması barədə" 27.09.2007-ci il tarixli, 1020 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə nazirliyin əməkdaşları İlyar Vahabov, Nəbi Mahmudov, Nadir Məmmədov və milli məsləhətçi Həbib Kərimov 5 və 12 aprel 2008-ci il tarixlərdə Bakı şəhərində imtahan mərkəzlərində nəzarətçi qismində işə cəlb olunacaq orta məktəb müəllimləri ilə treninqlər keçiriblər. Treninqlərdə aprelin 27-də keçirilməsi nəzərdə tutulan III yoxlama imtahanında nəzarətçi olacaq 5 minə qədər müəllim iştirak edib. Paytaxtın 53, 70, 276 və 278 nömrəli məktəblərində keçirilən tədbirlərdə mərkəzləşdirilmiş qaydada buraxılış imtahanlarının aparılmasına dair nəzarətçilərin vəzifələri haqqında 27 slayddan ibarət təqdimat nümayiş etdirilib. Ayrı-ayrı slaydlarda nəzarətçilərin vəzifələri və onların imtahanın sonunda yazacaqları hesabat forması haqqında ətraflı məlumat verilib. |
İcbari ümumi təhsil: problemlər, vəzifələr (Əvvəli qəzetimizin 13-cü sayında) İkinci Dünya müharibəsinin başlanması
ölkənin təhsil sisteminə də təsirsiz ötüşmədi.
Müharibə illərində məktəb şəbəkəsində
azalma baxımından kəskin fərq yarandı. Müharibə
ümumi icbari yeddiillik təhsilə keçid prosesini ləngitdi,
ümumi təhsilin səviyyəsi aşağı düşdü.
1949-cu ildən yeddiillik təhsilə keçid sürətləndirildi
və həmin proses 50-ci illərin sonunda başa çatdırıldı. SSRİ dövləti 1958-ci il dekabrın
24-də "Məktəbin həyatla əlaqəsinin möhkəmləndirilməsi
və SSRİ-də xalq maarifi sisteminin daha da inkişaf
etdirilməsi haqqında" Qanun qəbul etdi. Bu qanuna
əsasən yeddiillik məktəblər
səkkizilliyə çevrildi. 1959-cu il sentyabrın 1-dən başlayaraq ümumi icbari yeddiillik təhsil əvəzinə, hər yerdə 7 yaşından 16 yaşınadək bütün uşaqlar və yeniyetmələr üçün icbari səkkizillik təhsilin həyata keçirilməsi nəzərdə tutuldu. |
Milli
təhsilimizə böyük töhfələr vermiş insan
Hər bir insan İlahi tərəfindən
ona bəxş edilmiş ömür payını yaşayır,
keçdiyi həyat yolunda özünəməxsus iz qoyur bu dünyada.
ömrünü başa vurub dünyasını dəyişdikdən
sonra xalqı, vətəni üçün qoyduğu xeyirxah
əməlləriylə xatırlanır, yad edilir.
Belə insanlardan biri Azərbaycan təhsilinin inkişafı
istiqamətində böyük işlər görmüş, dövrünün
müxtəlif çətinliklərinə baxmayaraq, fövqəladə
bacarığına, yüksək intellektual
səviyyəsinə görə 16 il ali və orta ixtisas
təhsili naziri işləmiş Qurban Həsən oğlu
Əliyevdir. Bu yaxınlarda haqq dünyasına qovuşan Qurban Əliyevin bizə məlum olmayan xarakterik xüsusiyyətlərini öyrənmək və oxuculara çatdırmaq üçün vaxtilə onunla çiyin-çiyinə işləmiş bir neçə elm adamı ilə görüşməyi qərara aldıq. |
Elektron
dərsliklərdən necə istifadə olunur?
Məlum olduğu kimi, Təhsil
Nazirliyi ötən ildən etibarən
məktəblərə elektron dərsliklər verib. Ancaq
elə məktəblər var ki, həmin
dərsliklərdən heç də səmərəli
istifadə etmir. Bu günlər elə bu məsələ
ilə bağlı müşahidə apardığımız
iki təhsil ocağındakı vəziyyətlə
sizləri də tanış etmək istəyirik. Bakıdakı
245 nömrəli məktəbdə elektron dərsliklərdən niyə istifadə
olunmur? Suala aydınlıq gətirməzdən əvvəl bu təhsil ocağının müdiriyyətinin qəzəbinə tuş gəlməmək üçün məktəb barədə öyrəndiyimiz qısaca məlumatları diqqətə çatdırmaq qərarına gəldik. Bu təhsil müəssisəsində 170 müəllim, 2051 şagird var. Məktəbdə kompüterlər üçün iki otaq ayrılıb. |
Olimpiada
qalibinin ikiqat sevinci
Respublikada
keçirilən müxtəlif bilik yarışlarının, o cümlədən
fənn olimpiadalarının əhəmiyyətini
nəzərə alaraq, yekun turunda fəxri yerlərə
layiq görülmüş məktəblilərin təqdimatı
davam edir. T.İsmayılov adına "İntellekt"
liseyinin XI sinif şagirdi Onk Ahu Müjgan Yavuz qızı
olimpiadanın respublika turunda biologiya fənni üzrə
suallara layiqincə cavab verərək I yerə layiq görülüb. Təcrübəli müəllim Emma Kazımovanın yetirməsi olan Ahu Müjgan bütün fənlərə eyni səviyyədə maraq göstərsə də, biologiyanı daha çox sevir. Müxtəlif fənlərlə bağlı bilik yarışlarında, "açıq dərs"lərdə və ictimai tədbirlərdə fəal iştirak edir. Olimpiadanın qalibi kimi attestat balı üzrə keçirilən imtahanlardan azad olunan Ahu Müjgan bütün dərslərdə və sınaq imtahanlarında dərin biliyi ilə seçilir. |
Yeni fənn kurrikulumlarının tətbiqi: eksperiment keçirilən müəssisələrin fəaliyyət istiqamətləri Təhsildə əsaslı keyfiyyət
dəyişikliyinə nail olmaq və onun inkişafını
təmin etmək üçün, ilk növbədə, təhsilin
məzmunu, təlim texnologiyaları, idarəedilməsi
və qiymətləndirilməsi, pedaqoji kadr hazırlığının
diqqətdə saxlanılması olduqca vacibdir. İnformasiyanın
kifayət qədər çox olması, pedaqoji, sosioloji,
psixoloji və təhsil sahəsindəki
nailiyyətlər, təlim və öyrənilən materialın
mənimsənilməsi haqqında yeni empirik məlumatların
şagirdlərə çatdırılmasına imkan verən
müasir təlim metodlarının tətbiqinin vacibliyi maraq
dairəsindədir. Artıq müəllim şagird üçün bir
informasiya, bilik almaq mənbəyi deyil. Bu gün müəllim
əməkdaşlıq mühitində peşə ustalığını
artırmağı, fəal təlim metodlarının
əhəmiyyətini dərk və tətbiq etməyi,
valideynlərdə məktəbə və müəllimlərə
düzgün münasibət bəsləməyi öyrətməyi,
məktəbin nüfuzunu yüksəltməyi, təhsilin
humanistləşdirilməsi yolu ilə yeni pedaqoji
təfəkkürü inkişaf etdirməyə nail olmağı
bacarmalıdır. |
Laçın məktəbinin yeni binaya ehtiyacı var Bu
yaxınlarda redaksiyamızın poçtuna
Laçın rayonu 11 nömrəli məktəbin bir qrup
şagird və müəlliminin müraciəti daxil olmuşdu.
Müraciətdə göstərilirdi ki, Laçın rayonu
ermənilər tərəfindən işğal
ediləndə Abşeron rayonunun Masazır kəndində
fəaliyyət göstərən "Masazır quşçuluq"
ASC-nin laboratoriya binasında çox çətinliklə
məskunlaşdıq. 1995-ci ildə 70 şagird kontingenti
ilə 7 sinif otağında əsas məktəbi təşkil
etdik və ərazidə yaşayan məcburi köçkün
balalarını təhsilə cəlb etdik. Sonralar şagirdlərin sayı 470-ə çatdı və vəziyyəti nəzərə alan Laçın Rayon İcra Hakimiyyəti, Laçın Rayon Təhsil Şöbəsi 2002-2003-cü tədris ilində tədris ocağını orta məktəbə çevirdilər. Məktəb rəhbərliyi bir neçə xarici təşkilatlarla əlaqə saxladı. |