|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
70 yaşlı "təzə məktəb" Paytaxtın
Maştağa qəsəbəsində yerləşən
C.Cabbarlı adına 187 nömrəli məktəbin 70 illik
yubileyi keçirildi. Tədbirdə təhsil naziri Misir
Mərdanov, Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin müdiri Nailə Rzaquliyeva, millət
vəkilləri, Sabunçu rayon icra hakimiyyəti başçısının
müavini, tanınmış ziyalılar, qəsəbə ağsaqqalları,
məktəbin məzunları, qabaqcıl təhsil işçiləri
və digər şəxslər iştirak edirdi. öncə məktəblilərin əl işlərindən
ibarət sərgi ilə tanış olan qonaqlar, sonra sinif
otaqlarına və şagirdlərin nümunəvi idman çıxışlarına
baxdılar. Yubiley tədbirini açıq elan edən 187 nömrəli
məktəbin direktoru Nailə Məmmədova
məktəbin 70 illik tarixinə nəzər salaraq görülmüş
işlərdən, qazanılmış
nailiyyətlərdən danışdı,
problemlərə toxundu, qəsəbə sakinləri
tərəfindən həmişə "təzə
məktəb" kimi qəbul edilən təhsil ocağının
yetirmələrindən söz açdı. Qeyd etdi ki, 187 nömrəli
məktəb 1200 şagird yerlik olsa da, hazırda burada 2662
şagird təhsil alır. Sonra direktor Təhsil Nazirliyinin
bu sistemdə apardığı uğurlu islahatları önə
çəkdi. Məktəbin 70 illik fəaliyyətini əks
etdirən süjetin nümayişindən sonra söz təhsil
naziri Misir Mərdanova verildi. Cənab
nazir tədbir iştirakçılarını salamlayıb 187
nömrəli 70 yaşlı "Təzə
məktəb"in kollektivini yubiley münasibətilə
təbrik etdi. Misir Mərdanov dedi: Bu gün məktəbin
həyətinə baxarkən biz qərara aldıq ki, bina
qısa müddətdə əsaslı təmir olunmaqla
təhsil müəssisəsinin həyətində 4
mərtəbəli korpus tikilməlidir. Qəsəbədə bir neçə təhsil
ocağı olsa da, bu məktəb həmişə
digərlərindən fərqlənib. Qəsəbənin
tanınmış adamları vaxtilə burada təhsil alıblar.
Nazir təhsil ocağının sabiq direktoru,
məktəbə rəhbərlik etdiyi uzun illər
ərzində onun inkişafı, təhsilin keyfiyyətini
yüksəltmək üçün xeyli işlər görmüş
Səyyarə Zeynalovanı xatırlayaraq təhsil ocağının
yeni rəhbərinin də bu işləri uğurla davam
etdirəcəyinə ümid etdiyini bildirdi. ümummilli lider Heydər Əliyev və
Prezident İlham Əliyevin ölkənin, o cümlədən
təhsil sisteminin inkişafına göstərdikləri qayğıdan
danışan nazir, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət
vəkili Mehriban xanım Əliyevanın son illər ölkədə
məktəb tikintisi sahəsində gördüyü irimiqyaslı
işlərə də toxundu. Təhsilin
səviyyəsinin qaldırılmasında cəmiyyətin
xüsusi rol oynadığını bildirən nazir, ölkə
üçün əsl vətəndaşın yetişdirilməsinin
vacibliyinə diqqət çəkdi, bununla bağlı lazımi
tövsiyələrini verdi, müəllim nüfuzunun qaldırılmasının
zəruriliyini vurğuladı. Sonra Misir Mərdanov Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin təqdimatı əsasında
məktəbin bir neçə müəlliminə nazirliyin
"Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi"
döş nişanı və Fəxri fərmanlarını
təqdim etdi. Mərasimdə millət vəkili Eldar
Quliyev, şair Söhrab Tahir, yazıçı Əlibala Hacızadə,
BŞTİ-nin müdiri Nailə Rzaquliyeva və başqaları
çıxış edərək təbriklərini çatdırdılar.
Məktəblilər tədbirin bədii
hissəsindəki çıxışlarında ana,
Vətən, dövlət başçısı və müəllimlərinə
məhəbbətlərini ifadə etdilər. Yubiley
tədbirinin sonunda məktəbin direktoru N.Məmmədova
çıxış edərək nazir Misir Mərdanova və
digər qonaqlara minnətdarlığını bildirdi. Fazil İDRİSOĞLU, fotolar müəllifindir |