|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Ulu öndər Heydər Əliyevin 85 illiyinə həsr edilmiş elmi-nəzəri konfrans Lənkəran Dövlət Universitetində ümummilli
lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümünə
həsr edilmiş "Heydər Əliyev irsi və
Azərbaycanda güclü dövlət, modernləşmiş
iqtisadiyyat və azad vətəndaş cəmiyyətinin
quruculuğuna dair İlham Əliyev strategiyası" mövzusunda
elmi-nəzəri konfrans keçirilmişdir. Konfransdan
əvvəl universitetin əməkdaşları və
qonaqlar ulu öndər Heydər Əliyevin abidəsi önünə
əklillər qoymuş, LDU-nun Heydər Əliyev muzeyi
və idarəçilik məktəbində olmuş, ümummilli
liderin həyat və fəaliyyətini əks etdirən
eksponatlara baxmışlar. Sonra konfrans öz işinə başlamışdır. Konfransı açan universitetin rektoru,
fizika-riyaziyyat elmləri doktoru, professor Asəf İsgəndərov
demişdir ki, ümummilli lider, dahi şəxsiyyət
Heydər Əliyevin anadan olmasının 85-ci ildönümünə
həsr olunmuş bugünkü konfrans ulu öndərin tükənməz
xəzinəsi olan irsini öyrənməklə bu irsin xalqımızın
dövlətçilik və tərəqqi tarixində müstəsna
əhəmiyyətini bir daha sübut etdi. Azərbaycan dünyanın
ən dinamik inkişaf edən ölkəsinə çevrilmiş,
təhsilin, elmin, mədəniyyətin
tərəqqisində böyük nailiyyətlər əldə
etmişdir. Azərbaycanda iqtisadi potensialı intellektual
kapitala çevirmək işində böyük işlər görülür.
Möhtərəm Prezidentin Azərbaycanda güclü dövlət, müasirləşmiş
iqtisadiyyat və azad vətəndaş cəmiyyəti
quruculuğu strategiyası uğurla həyata keçirilir.
Rektor sözünə davam edərək bildirmişdir ki, bu gün
Azərbaycanda olan siyasi sabitlik, iqtisadi inkişaf, xalqın
mənafeyinə xidmət edən islahatlar ölkə
rəhbəri cənab İlham Əliyevin adı ilə bağlıdır.
ölkədə aparılan böyük quruculuq və abadlıq işləri,
infrastruktur layihələrin həyata keçirilməsi, ölkəmizin
demokratik dövlətlər birliyinə daha sürətlə
inteqrasiyasının təmin edilməsi dövlət başçısı
cənab İlham Əliyevin yürütdüyü siyasətin əsas
istiqamətlərindəndir. Lənkəran şəhər icra
hakimiyyətinin başçısı Süleyman Mikayılovun
konfrans iştirakçılarına təbriki oxunmuşdur. Milli Məclisin İqtisadiyyat daimi komissiyasının
sədri, akademik Ziyad Səmədzadə "Heydər
Əliyev irsi və Azərbaycanda güclü dövlət,
modernləşmiş iqtisadiyyat və azad vətəndaş
cəmiyyətinin quruculuğuna dair İlham Əliyev
strategiyası" mövzusunda məruzə etmişdir.
Məruzə ətrafında Bakı Dövlət Universiteti
ilahiyyat fakültəsinin dekanı, akademik Vasim
Məmmədəliyev, Milli Məclisin Elm və təhsil
daimi komissiyasının sədr müavini, AMEA-nın müxbir
üzvü, professor Bəxtiyar Əliyevin çıxışları
dinlənilmişdir. Məruzə və çıxışlarda
qeyd edilmişdir ki, ümummilli lider Heydər Əliyevin
zəngin bioqrafiyası, böyük ideya-nəzəri irsi
Azərbaycanda yaşayan bütün xalqlar üçün örnək və
həyat məktəbidir. Bütün ömrünü xalqa həsr etmiş
Heydər Əliyev Azərbaycan dövlətçiliyinin
əbədiliyini təmin etmiş, dövlət müstəqilliyinin
möhkəmləndirilməsi kimi çox çətin
vəzifəni uğurla həll edərək ölkənin
hərtərəfli inkişafı və onun iqtisadi
cəhətdən güclü dövlətə çevrilməsi üçün
etibarlı zəmin yaratmışdır. Konfransın sonunda Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevə müraciət
qəbul edilmişdir. Konfrans iştirakçıları dövlət başçısı
cənab İlham Əliyevin apardığı daxili və
xarici siyasətini bəyəndiklərini, ətrafında
sıx birləşməklə növbəti Prezident seçkilərində
onu yekdilliklə müdafiə edəcəklərini
bildirdilər. Konfransda rayonun elm, təhsil müəssisələrinin
və ictimaiyyətin nümayəndələri iştirak
edirdilər. Hacı Etibar ƏHƏDOV, Lənkəran Dövlət Universiteti Mətbuat və informasiya xidmətinin rəhbəri Böyük ədibin 100 illiyi münasibətilə Görkəmli yazıçı, tanınmış
ədəbiyyatşünas, ictimai xadim Mir Cəlal Paşayevin
anadan olmasının 100 illiyi Naxçıvan Dövlət
Universitetində təntənə ilə qeyd olunmuşdur. Yubileylə bağlı keçirilən konfransı
giriş sözü ilə açan rektor, akademik İsa
Həbibbəyli ölkə Prezidenti İlham Əliyevin
"YUNESKO-nun 2008-2009-cu illərdə görkəmli şəxsiyyətlərin
və əlamətdar hadisələrin qeyd edilməsi
proqramına Azərbaycanla bağlı daxil olmuş
yubileylərin keçirilməsi haqqında" 31 yanvar 2008-ci
il tarixli sərəncamında yazıçı Mir Cəlal Paşayevin
100 illik yubileyinin təşkili ilə bağlı müddəadan
bəhs etmişdir. ölkə başçısının
Azərbaycan elminə və mədəniyyətinə yüksək
diqqətini vurğulayan rektor məruzəsində professor
Mir Cəlal Paşayevin zəngin elmi və ədəbi
yaradıcılığından danışmışdır. Konfransda tədris işləri üzrə
prorektor, dosent Hüseyn Həşimli "Professor Mir Cəlal
Paşayevin lirikasının yeni janrları", elektron
kitabxananın şöbə müdiri, filologiya elmləri
namizədi Aypara Behbudova "Mir Cəlalın satirik
hekayələrinin sənətkarlıq xüsusiyyətləri",
Azərbaycan ədəbiyyatı kafedrasının baş
müəllimi Seyfəddin Eyvazov "Mir Cəlal Paşayev-sadəlik
və müdriklik" mövzularında məruzə etmişlər.
Məruzəçilər ədibin yaradıcılığında
nəzərəçarpan XX əsrin milli məfkurəsini,
insan xarakterlərinin açıq təqdimini, mövzu
rəngarəngliyi və sənətkarlığını
yüksək qiymətləndirmiş, onun yetişməkdə
olan ədəbi gəncliyə örnək olduğunu bildirmişlər. Filologiya elmləri doktoru Əbülfəz
Quliyev ictimai fikrin inkişafında mühüm xidmətləri
olan professor Mir Cəlal Paşayevin Azərbaycan elminə,
təhsilinə verdiyi töhfələrdən danışmış,
yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasındakı
əvəzsiz xidmətlərindən bəhs etmişdir.
öz müəllimi haqqında xatirələrini
dinləyicilərlə paylaşan natiq, görkəmli alimin
nəcib insani keyfiyyətlərindən söz açmışdır. Konfransdan sonra professor Mir Cəlal Paşayevin
əsərlərindən ibarət kitab sərgisi nümayiş
etdirilmişdir. Seyid SURƏ
Yubiley müsabiqəsinin rayon üzrə yekun tədbiri Bakı Şəhəri üzrə Təhsil
İdarəsi və Təhsil İşçiləri Azad
Həmkarlar İttifaqı Respublika Komitəsi birlikdə
paytaxtın ümumtəhsil məktəblərinin şagirdləri
arasında "Biz Heydər Əliyev irsini öyrənirik"
mövzusunda yaradıcılıq müsabiqəsi keçirmişdir.
Ulu öndərin 85 illik yubileyinə həsr olunmuş müsabiqədə
Yasamal rayonunda yerləşən ümumtəhsil
məktəblərinin şagirdləri də iştirak
etmişlər. Müsabiqə çərçivəsində iştirakçıların
əl işlərinə, İnternet layihələrinə
və şeir ifalarına baxış olmuşdur. Aprelin 16-da isə Bakıdakı 20 nömrəli
məktəbdə ümummilli liderimiz Heydər Əliyevin
anadan olmasının 85 illik yubileyinə həsr edilmiş
"Biz Heydər Əliyev irsini öyrənirik" mövzusunda
yaradıcılıq müsabiqəsinin rayon üzrə yekun
tədbiri keçirildi. Tədbir iştirakçıları
əvvəlcə təhsil ocağının 3-cü
mərtəbəsindəki foyedə Yasamal rayonu
ərazisində yerləşən bir çox
məktəblərin şagirdlərinin və bağça uşaqlarının
böyük öndər Heydər Əliyevin 85 illik yubileyinə
həsr etdikləri foto-stendlərə, albomlara, müxtəlif
materiallardan hazırlanmış əl işlərinə
sonsuz maraqla tamaşa etdilər. Məktəbin akt zalında keçirilən
tədbirdə Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin müdirinin müavini Məhəbbət Qarabağlı
Heydər Əliyev haqqında geniş çıxışında
ulu öndərin şəxsiyyətinin böyüklüyündən,
Azərbaycan xalqı qarşısındakı tarixi
xidmətlərindən, təhsilə, müəllimlərə
göstərdiyi qayğıdan bəhs etdi. Heydər Əliyev
irsinin öyrənilməsinin zəruriliyini, şagirdlərin
Heydər Əliyev nümunəsində tərbiyəsinin,
onun keçdiyi həyat yolu haqqında şagirdlərə
dərin bilik və ətraflı məlumat verilməsinin
vacibliyini vurğuladı. Sonra tədbirdə YAP Yasamal rayon təşkilatının
sədri Fikrət İsmayılov və Yasamal rayon icra
hakimiyyətinin şöbə müdiri Rafiq Əzizov da çıxış
etdilər. çıxışlarda vurğulandı ki, dünyanın
nadir şəxsiyyətlərindən olan Heydər Əliyev
hər bir insan üçün həyat nümunəsi,
mədəniyyət, intellekt mücəssəməsi,
idarəçilik və siyasət məktəbidir. Bu irsin öyrənilməsi
və gənc nəslə çatdırılması təhsil
işçilərinin, bütövlükdə təlim-tərbiyə müəssisələrinin
qarşısında duran ən ümdə
vəzifələrdəndir. Tədbirdə daha sonra rayonun 13, 18, 38, 53,
68, 153, 173 və 199 nömrəli məktəblərin şagirdləri
ümummilli lider Heydər Əliyevə həsr olunmuş
kompozisiyalarla çıxış etdilər. Şagirdlərin
bir-birindən maraqlı, ulu öndərə
məhəbbət ruhunda səslənən çıxışları
başa çatdıqdan sonra "Biz Heydər Əliyev irsini
öyrənirik" müsabiqəsinin qaliblərinə Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin və
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı
Yasamal Rayon Komitəsinin fəxri fərmanları və mükafatları
təqdim olundu. Ədalət DAŞDƏMİRLİ
"İnsan alverinə qarşı mübarizənin təbliği" mövzusunda konfrans Aprelin 9-da Azərbaycan Müəllimlər
İnstitutu İnsan Alverinə Qarşı Mübarizə
İdarəsi ilə birlikdə "İnsan alverinə
qarşı mübarizənin təbliği" mövzusunda
konfrans keçirdi. Tədbirdə İnsan Alverinə Qarşı
Mübarizə İdarəsinin bölmə rəisi,
polkovnik-leytenant Tahir İsmayılov, AMİ-nin
rəhbərliyi, professor-müəllim heyəti və
tələbələri iştirak edirdi. Konfransı giriş sözü ilə institutun
rektoru, siyasi elmlər doktoru, professor A. Naxçıvanlı açaraq
qloballaşan dünyanın ən geniş yayılmış
cinayət növlərindən biri olan insan alverinin müasir dövrdə
törətdiyi fəsadlardan və onun qarşısının
alınması üçün geniş təbliğat işlərinin
aparılmasının vacibliyindən danışdı.
Gənclərin bu məsələdə ayıq-sayıq
olmalarını, təmiz mənəviyyatlı
vətəndaş kimi yetişməyə çalışmalarını
tövsiyə etdi. Sonra Tahir İsmayılov insan alverinin hansı
bölgələrdə daha geniş yayılmasından və
İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin
bu problemlə bağlı apardığı təbliğat
işlərindən geniş məruzə ilə çıxış
etdi. İnsan alveri dövrümüzün aktual problemi olduğu
üçün onunla bağlı çoxlu sayda suallar yaranır. Elə
bu baxımdan da çıxışlardan sonra professor Aqiyə
Naxçıvanlı və polkovnik-leytenant Tahir İsmayılov
konfrans iştirakçılarının onları narahat
edən məsələlər barədə verdikləri
çoxsaylı suallarını aydın şəkildə
cavablandırdılar. Tədbirdə xüsusi olaraq vurğulandı
ki, mübarizənin əsaslı şəkildə təbliği
sağlam insan həyatı üçün mühüm
əhəmiyyət kəsb edir.
|