|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Növbəti
yeni bağça istifadəyə verildi
Aprelin 16-da paytaxtın Səbail rayonunun
20-ci sahəsində yeni inşa olunmuş 332 nömrəli körpələr
evi-uşaq bağçasının açılışı
oldu. Bu münasibətlə keçirilən
mərasimdə təhsil naziri Misir Mərdanov, Səbail
rayon icra hakimiyyətinin başçısı Sahib Ələkbərov,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
müdiri Nailə Rzaquliyeva, idarənin məsul işçiləri
və qonaqlar iştirak
edirdilər. Qeyd edək ki, uşaqların
istifadəsinə verilən yeni
məktəbəqədər təhsil müəssisəsi
də Bakı şəhərinin
qəsəbələrinin 2006-2007-ci illər üzrə
sosial-iqtisadi inkişafının
sürətləndirilməsinə dair tədbirlər proqramına
uyğun olaraq tikilib. Təhsil naziri Misir Mərdanov bağçanın
rəmzi açılışını bildirən qırmızı
lenti kəsib bu münasibətlə hamını təbrik
etdi.Sonra nazir Misir
Mərdanov, Səbail Rayon İcra Hakimiyyətinin başçısı
Sahib Ələkbərov və digər qonaqlar
məktəbəqədər təhsil müəssisəsi
ilə ətraflı tanış oldular. Körpələr evi-uşaq bağçasının
müdiri Lalə Qənbərovanın verdiyi məlumatdan aydın
oldu ki, 115 uşaq üçün nəzərdə tutulan
məktəbəqədər təhsil müəssisəsi 6
qrupluqdur. Uşaqların tərbiyəsi ilə 12
tərbiyəçi və 6 tərbiyəçi köməkçisi
məşğuldur. Tərbiyəçilərin hamısı
ali təhsilli, öz sənətini, uşaqları sevən
təhsil işçiləridir. Müdirin bağça haqqında məlumatından
sonra təhsil naziri və qonaqlar körpə,
kiçik, orta, məktəbəqədər hazırlıq
qruplarına, yataq otaqlarına baş çəkdilər.
Ən müasir avadanlıqlarla, oyuncaqlarla təmin olunmuş
məşğələ otaqlarında uşaqların
rahat məşğul olmaları üçün
hər cür şərait yaradılıb .Buradakı mühit uşaqlar
üçün əsl evi xatırladır. Müasir standartlara tam cavab
verən ikimərtəbəli
bağçanın yaraşıqlı dəhlizləri, qrup
otaqları göz oxşayır.
Məktəbəqədər təhsil müəssisəsində
yüksək zövqlə aparılmış tərtibat işləri
orijinallığı ilə xüsusi diqqət çəkir. Bağçanın
müxtəlif məişət avadanlıqları ilə
təchiz olunan mətbəxi genişliyi və rahatlığı
ilə fərqlənir.Müəssisənin özünün ayrıca
istilik sistemi var. Bağça
ilə ətraflı tanış olan nazir Misir Mərdanov
burada uşaqlar üçün yaradılan şəraitdən razı
qaldığını, görülən işlərin onu qane
etdiyini söylədi. Geniş və yaraşıqlı musiqi zalına
gələn təhsil nazirini, qonaqları salamlayan balacalar
şeir və mahnılarla çıxış
etdilər. Uşaqlar və valideynlərlə səmimi söhbət
edən nazir son illər
məktəbəqədər təhsil müəssisələrinin
tikintisinə diqqətin artdığını
deyərək ölkə başçısı cənab İlham
Əliyev tərəfindən uşaqlara göstərilən
qayğını yüksək qiymətləndirdi. Qeyd etdi
ki, bir-birindən gözəl və keyfiyyətli tikilən bağçalarda
uşaqlara yüksək səviyyədə xidmət göstərilməlidir.
Misir Mərdanov bununla
bağlı məktəbəqədər təhsil müəssisəsinin
pedaqoji kollektivinə öz tövsiyələrini verərək
onlara işlərində uğurlar arzuladı. Məktəbəqədər təhsil müəssisəsinin
pedaqoji kollektivini,mərasimdə iştirak edən bütün
qonaqları əlamətdar hadisə münasibətilə
təbrik edən Səbail rayon icra hakimiyyətinin başçısı
Sahib Ələkbərov belə bir bağçanın tikilib
istifadəyə verilməsini bu ərazidə yaşayan
aztəminatlı ailələrin uşaqlarına gözəl
bir töhfə olduğunu dedi. Mərasimin sonunda təhsil naziri və
qonaqlar bağçanın pedaqoji kollektivinin üzvləri və
uşaqlarla xatirə şəkli çəkdirdilər.
Samirə KƏRİMOVA
|