Bu günlərdə Respublika Ekoloji Tərbiyə və
Təcrübəçilik Mərkəzində (RETTM) paytaxt
məktəbliləri arasında "Eko Erudit" ekoloji
breyn-rinq yarışması keçirilib. RETTM-nin
Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil
İdarəsi, Dövlət Neft Şirkəti və 46 nömrəli
Məktəbdənkənar Tərbiyə İşi Mərkəzi ilə birlikdə
keçirdiyi tədbirin əsas məqsədi məktəblilərin
ekoloji biliklərini artırmaq və onlarda ətraf
mühitin qorunmasına maraq oyatmaqdır.
Yarışın yarımfinal mərhələsində mübarizə aparan
58 nömrəli orta məktəbin "Xəzər" komandası I,
194 nömrəli orta məktəbin "Günəş" komandası II,
269 nömrəli orta məktəbin "Səma" komandası isə
III yerlərə layiq görülüb. Qaliblərə diplom və
hədiyyələr təqdim edilib.
Samirə KƏRİMOVA |