Martın
6-da ADU-nun rektoru, millət vəkili, professor
Səməd Seyidov Liviyanın Azərbaycana yeni təyin
olunmuş fövqəladə və səlahiyyətli səfiri Saad
Mustafa Mucbir ilə görüşüb. Səfir bu günlərdə
Azərbaycan Respublikası Prezidentinə öz
etimadnaməsini təqdim etdiyini bildirib.
Ölkəmizə gəlməyindən özünü çox xoşbəxt hiss
edən səfir 2000-ci ilin iyulunda mərhum
Prezident Heydər Əliyevlə görüşünü xatırladıb.
Görüşdə regional məsələlər, bölgədə və dünyada
baş verən hadisələr ətrafında fikir mübadiləsi
aparılıb. Azərbaycanla Liviya arasında
münasibətlərin yüksək səviyyədə olduğu
vurğulanıb.
ADU-nun rektoru Səməd Seyidov bildirib ki,
Liviya bizim üçün dost və yaxın bir ölkədir.
Bütün beynəlxalq təşkilatlarda Liviya
Azərbaycanın ədalətli mövqeyini həmişə
dəstəkləyib. O, ADU-nun Qərb universitetləri,
həmçinn Çin, Koreya, İndoneziya, Malayziyanın
müxtəlif ali məktəbləri ilə əlaqələrinin
genişləndiyini və bu əlaqələrin Liviya
universitetləri ilə də yaradılmasının,
müəllim-tələbə mübadiləsinin məqsədəmüvafiq
olduğunu vurğuladı.
Sonda Səməd Seyidov Liviyanın Azərbaycana təyin
olunmuş səfirini mühazirə oxumaq üçün
universitetə dəvət etdi. Səfir Saad Mustafa
Mucbir bu təklifi məmnunluqla qəbul etdi.
Şakir CƏFƏROV |