Bakıdakı 10 nömrəli körpələr evi-uşaq
bağçasında "Buta" rəqs ansamblı fəaliyyət
göstərir. Ansamblın üzvləri milli və dünya
xalqlarının rəqslərini özünəməxsus ustalıqla
ifa edirlər. Bu günlərdə bağçanın balaca
sakinləri - Aysu, Musa, Əli, Günay, Röya,
Solmaz, Venera və başqaları "Novruz gəlir, yaz
gəlir" adlı şənlikdə yüksək əhvali-ruhiyyə ilə
iştirak edəcək, rəngarəng rəqsləri ilə
tamaşaçılarda xoş ovqat yaradacaqlar. |