Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

12 Fevral 2010 - ¹06

 
"Ürək deyir yaşa hələ"
 

Bu gəldi-gedər dünyaya göz açan hər bir insan bacarıq və əməllərilə yaşayıb-yaradaraq özünəməxsus iz qoyub gedir bu dünyadan. Sağlığında əməyinə verilən qiymət onu yaşamağa, daha yeni nailiyyətlər qazanmaqla xalqına, vətəninə xeyir verməyə ruhlandırır. Belə insanlardan biri, respublikanın xalq artisti, "Şöhrət" ordenli, Prezident təqaüdçüsü Əlibaba Məmmədovu bu günlərdə ölkə Prezidenti cənab İlham Əliyevin "İstiqlal" ordeni ilə təltif etməsi bu diqqət və qayğının daha bir bariz nümunəsidir. Sevincinə şərik olmaq üçün Əlibaba müəllimlə vədələşdiyimiz kimi, dərs dediyi Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən Musiqi Kollecində görüşdük. Xalq artisti yaşayaraq arxada qoyduğu mənalı ömür yolunun səhifələrini aşağıdakı kimi vərəqlədi. 

"19 yaşımda filarmoniyanın solisti idim" 

1949-cu ildə gənc istedadların muğam müsabiqəsi keçirilirdi. Həmin müsabiqədə münsiflər heyətinin qərarı ilə istedadıma görə 1-ci yeri tutdum. Münsiflər heyətinin sədri Zülfi Adıgözəlov və başqaları mənə "çahargah"ı oxutdular. Zülfi müəllimin və digər münsiflərin ifamdan xoşları gəlmişdi. 19 yaşım olmağına baxmayaraq, Zülfi müəllimin təkidilə məni Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi işə qəbul elədilər. O vaxt filarmoniyada cəmi 5 nəfər - Xan əmi, Şövkət Ələkbərova, Sara Qədimova, Fatma Mehrəliyeva və Əbülfət Əliyev kimi solistlər vardı. Mən də oldum altıncı. Bura ansambl üzvlərinin də sayını əlavə etdikdə cəmi 12 nəfər idik. Mən isə ümumi sayda 13-cü olduğum üçün Xan əmi həmişə - Əliş sən nəhsi nüfussan, çünki 13-cüsən, - deyərək mənimlə zarafat edərdi. Mən bundan arada mütəəssir olurdum. Ancaq 13 rəqəmi mənə düşüb. 

"Seyid Şuşinskidən dərs almışam" 

Məni əhatə edən qayğıkeş sənətkarlar musiqi təhsili almağı mənə tövsiyə edir, Asəf Zeynallı adına musiqi məktəbində (indiki Musiqi Kolleci) oxumağımı məsləhət bildilər. Mənim isə arzum Seyid Şuşinskidən dərs almaq idi. O vaxt Ağa (S.Şuşinski) Ağdamda yaşayır, orada muğamı tədris edirdi. Nəhayət, 1952-ci ildə Ağa Bakıya köçdü və "Asəf Zeynallı"da işləməyə başladı. 1953-cü ildə mən Zülfi müəllimin göndərişi ilə Asəf Zeynallı adına Musiqi Məktəbinə qəbul oldum. Və beş il burada, bu gün dərs dediyim bu təhsil ocağında Seyid Şuşinskidən dərs aldım. O vaxt Qulu Əsgərov da mənimlə birgə təhsil alırdı. Biz yaşlı olduğumuz üçün guya məktəbin axşam şöbəsində, 5-illik kursda oxuyurduq. Ancaq gündüz şöbəsində 4-illik kursda dərs alan digər uşaqlarla birgə dərsə gəlirdik. Lakin "axşam şöbəsi"ndə oxuduğumuz üçün 5 il məktəbə gəlməli olmuşduq. 

"Tələbələrimlə fəxr edirəm"  

1958-ci ildən Seyid Şuşinski və Əhmədxan Bakıxanovun təkidi ilə bu təhsil ocağında muğam ifaçılığından dərs deyirəm. O vaxt əməkdar artist idim,  müəllimliyə səylə girişdim. Tələbələrimə bildiklərimi öyrətməyə çalışdım. öyrətdiyim şagirdlərimdən hazırda məşhur xanəndələr çoxdur. Lakin onlardan birinin, fəaliyyəti zamanı xalqın sevimlisinə çevrilən, yaradıcılığının çiçəkləndiyi bir zamanda dünyasını vaxtsız dəyişərək əbədiyyətə qovuşan Məmmədbağır Bağırzadənin adını çəkməyə, yada salmaya bilmərəm. Bu gün də o, sevimli xanəndə kimi xatirələrdə yaşayır.

Filarmoniyada işlədiyim və burada dərs dediyim ötən illər ərzində 100-dən yuxarı mahnı və təsnif bəstələmişəm. Onlardan 10-u vətənpərvərlik mövzusundadır. Həmin musiqi əsərləri Azərbaycan Dövlət Radiosu və Televiziyasının "Qızıl fondu"nda saxlanılır və bu gün də ifaçılar tərəfindən sevilə-sevilə oxunur. Bu gün dərs dediyim tələbələri vətənə layiq, yüksək intellektli gənclər kimi yetişdirmək arzusundayam. 

"Milli sərvətimiz olan muğamları bizə miras qoyublar" 

Muğamlarımızın bu günə gəlib çıxmasında əməyi olan sənətkarlarımızdan üzeyir bəyi, Cabbar Qaryağdını, Seyid Şuşinskini, Xan Şuşinskini, Əhmədxan Bakıxanovu, Mirzə Mansuru, Qurban Pirimovu və başqalarını misal göstərməliyik. Məndə olan bir kitabda "Rast"ın 48 guşəsi olduğu qeyd edilir. Bunu heç mahir müəllim yadda saxlaya bilməz, nəinki tələbə. Elə buna görə də üzeyir Hacıbəyova həmişə minnətdar olmalıyıq. O kişi 20-ci illərdə bir neçə sənətkarla muğamları dinləyərək sistemləşdirib. Və 7 əsas muğamı sistemli şəkildə yazaraq proqramlaşdırıb, məktəblərdə tədris edilməsini tövsiyə edib. 1963-cü ildə mən bu məktəbdə işə başlayanda Əhmədxan Bakıxanov məni təbrik edərək həmin proqramın bir nüsxəsini mənə vermişdi. Bu günə kimi səhifələri saralmış həmin proqramı evimdə bir yadigar kimi saxlayıram. 

"Bu gün muğam sənətimiz etibarlı əllərdədir" 

Sevindirici haldır ki, hazırda muğamlarımız Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın ciddi təşəbbüsü və səyi sayəsində həmin proqram əsasında inkişaf etdirilir. İstedadlı gənclərin üzə çıxarılması üçün respublikada mütəmadi təşkil edilən "Muğam" müsabiqələrinin keçirilməsi, qaliblərin mükafatlandırılması, Bakı şəhərində möhtəşəm Muğam Mərkəzinin inşa edilməsi buna bariz misaldır. Musiqi albomlarının buraxılması, sənətçilərə göstərdiyi diqqət və qayğı ilə Mehriban xanım muğamın inkişafına və haqlı olaraq milliləşdirilməsinə öz tarixi möhürünü vurub. Bəli, bu gün muğamın Azərbaycan xalqının milli mənəvi dəyəri olduğu öz təsdiqini tapıb. Muğamımız etibarlı əllərdə olduğu üçün rahatam. 

"Prezidentlərimizin qayğısını həmişə hiss etmişəm"  

Əməyim dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilib. Heç yadımdan çıxmır, 2000-ci ildə möhkəm xəstələnmişdim. Müəllim kimi aldığım məvacib heç dərmanlarıma çatmırdı. Prezidentə məktub yazdım. Məktubuma ümummilli liderimiz Heydər Əliyev çox qısa bir zamanda əməli işlə cavab verdi. Belə ki, 70 illik yubileyim münasibətilə məni "Şöhrət" ordeni ilə təltif etdi və mənə Prezident təqaüdü verdi. Bundan sonra hər şey dəyişdi, müalicə olundum, yaşamaq eşqim yenidən alovlandı. Buna görə ulu öndərə qəni-qəni rəhmət diləyirəm. Heydər Əliyevin layiqli davamçısı, hörmətli Prezidentimiz İlham Əliyev üç il bundan qabaq mənə ev verib. Yaxın keçmişdə Mehriban xanım Əliyeva məni "Qızıl çinar" mükafatına layiq görüb. Bu günlərdə isə cənab Prezidentimiz 80 illik yubileyim münasibətilə məni ölkənin ən yüksək mükafatı - "İstiqlal" ordeni ilə təltif edib.

Bütün bunlara görə ölkə başçısına və onun xanımına səmimi minnətdarlığımı bildirir, bu mükafatı mədəniyyətə, sənətə verilən qiymət kimi dəyərləndirirəm.

Bəli, bu qədər səmimi qayğıdan sonra insanda həyat eşqi aşıb-daşır, qürur və fərəhlə vuran ürək insanı yaşamağa sövq edir, deyə düşündüm. Və Əlibaba müəllimin Hüseyn Arifin sözlərinə bəstələdəiyi "ürək deyir yaşa hələ" mahnısını xatırlayıb ondan xoş arzularla ayrıldım. 

Nizami MİRZƏ

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Müsahibələr" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
12 Fevral 2010 - ¹06
Ə.B.Məmmədovun "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı;
 

Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikasının təhsil işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 
N.F.Dadaşovanın Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülməsi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
V.C.Məmmədova "Əməkdar müəllim" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
"Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (YUNİSEF) arasında "Uşaqların Ailələrə Verilməsi və Alternativ Qayğı ilə Əhatə Olunması Mexanizminin Yaradılması" layihəsinin həyata keçirilməsi üçün birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu imzalamaq səlahiyyətinin verilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyasının tərkibi və Əsasnaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyasının tərkibi
 
Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyasının Əsasnaməsi
 
Təhsil Nazirliyinin kollegiyasında tən ilin yekunları, bu il qarşıda duran vəzifələr müzakirə olunub
 
Azərbaycan ilə Belarusun təhsil sahəsində əməkdaşlığı genişlənir
 
"Təhsildə informasiya texnologiyalarının tətbiqi" mövzusunda konfrans
 
"Ürək deyir yaşa hələ"
 
Honq Konq Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov