Azərbaycan Respublikasında elmi tədqiqatların
müasir standartlar səviyyəsində aparılmasını,
ölkənin elmi kadr potensialının artırılmasını və
Azərbaycan elminin beynəlxalq elm məkanına
inteqrasiyasının təmin olunmasını daha da
sürətləndirmək məqsədi ilə
QƏRARA ALIRAM:
1. Azərbaycan Respublikasının 2010-cu il dövlət
büdcəsində nəzərdə tutulmuş Azərbaycan
Respublikası Prezidentinin Ehtiyat Fondundan
Azərbaycan Milli Elmlər Akademiyasına gənc
alimlərin Avropanın elmi mərkəzlərinin
doktoranturalarında təhsil almaları üçün 500 min
(beş yüz min) manat məbləğində vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş
vəsaitin müəyyən olunmuş qaydada ayrılmasını
təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 fevral 2010-cu il |