Fevralın 8-də Belarus Dövlət İnformatika və
Radioelektronika Universitetinin (BDİRU)
nümayəndələri Azərbaycan Texniki Universitetində
(AzTU) olmuşlar.
Azərbaycan-Belarus I biznes forumu çərçivəsində
keçirilən görüşdə AzTU-nun rektoru, professor
Havar Məmmədov rəhbərlik etdiyi ali məktəbin
fəaliyyəti barədə ətraflı məlumat vermişdir.
Rektor Azərbaycan ilə Belarus arasında təhsil
sahəsindəki əməkdaşlığın əhəmiyyətini yüksək
qiymətləndirmişdir.
BDİRU-nun rektoru Mixail Batura rəhbərlik etdiyi
təhsil müəssisəsinin informasiya texnologiyaları
sahəsində əldə etdiyi nailiyyətlərdən,
beynəlxalq əlaqələrindən, Azərbaycanın ali
məktəbləri ilə əməkdaşlığın perspektivlərindən
danışmışdır.
Qonaq demişdir: "Belarusda Azərbaycan diasporu
inkişaf edir. ölkəmizdə 100 min azərbaycanlı
yaşayır. Onların arasında tanınmış alimlər də
vardır. Biz onlarla fəxr edirik".
Görüşdə çıxış edən AzTU-nun məzunu, BDİRU-nun
professoru Rauf Sadıxov təmsil etdiyi
universitetin fəaliyyət istiqamətlərindən bəhs
etmişdir.
Forum çərçivəsində adıçəkilən universitetlər
arasında əməkdaşlığa dair müqavilənin
imzalanması nəzərdə tutulur. |