1. "Azərbaycan Respublikasının Təhsil Nazirliyi,
Azərbaycan Respublikasının Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan
Respublikasının Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsi və Birləşmiş Millətlər
Təşkilatının Uşaq Fondu (YUNİSEF) arasında
"Uşaqların ailələrə verilməsi və alternativ
qayğı ilə əhatə olunması mexanizminin
yaradılması" layihəsinin həyata keçirilməsi üçün
birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu
imzalamaq səlahiyyəti Azərbaycan Respublikasının
təhsil naziri Misir Cumayıl oğlu Mərdanova,
Azərbaycan Respublikasının əmək və əhalinin
sosial müdafiəsi naziri Füzuli Həsən oğlu
Ələkbərova və Azərbaycan Respublikası Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin sədri Hicran Kamran qızı Hüseynovaya
verilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər
Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci
bəndində göstərilən Memorandumu imzalamaq
səlahiyyətinin Azərbaycan Respublikasının təhsil
naziri Misir Cumayıl oğlu Mərdanova, Azərbaycan
Respublikasının əmək və əhalinin sosial
müdafiəsi naziri Füzuli Həsən oğlu Ələkbərova və
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran
Kamran qızı Hüseynovaya verilməsi barədə
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fonduna
(YUNİSEF-ə) müvafiq bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 fevral 2010-cu il |