"Azərbaycan Respublikasının Elm, mədəniyyət və
ədəbiyyat üzrə Dövlət Mükafatlarının təsis
edilməsi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2004-cü il 3 mart tarixli, 113
nömrəli Sərəncamına əsasən
QƏRARA ALIRAM:
1.
Azərbaycan Respublikasının Elm, mədəniyyət və
ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyasının
tərkibi və
Əsasnaməsi təsdiq edilsin (əlavə
olunur).
2. Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə tapşırılsın ki:
2.1. Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət
Mükafatları komissiyası ilə birlikdə Dövlət
Mükafatları laureatlarının diplomu və fəxri döş
nişanlarının təsvirinə dair təklifləri iki ay
müddətində hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
2.2. Dövlət Mükafatları komissiyasının
fəaliyyətinin təşkili ilə bağlı olan və bu
Fərmandan irəli gələn digər məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 fevral 2010-cu il |