|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı yönəlmiş cinayətdir Azərbaycan Prezidenti İlham Əliyev faciə qurbanlarının xatirəsini anma mərasimində iştirak edib On
yeddi il əvvəl, 1992-ci il fevralın 25-dən 26-na keçən
gecə Azərbaycanın Xocalı şəhərində
bəşəriyyət tarixində törədilmiş Xatın,
Liditsa, Soqmi, Babi Yar, Salaspils, Oradur faciələri ilə
bir sırada duran Xocalı soyqırımı baş vermişdir.
Azərbaycanın tarixinə qanlı hərflərlə
yazılmış həmin gecə erməni silahlı
dəstələri hələ SSRİ dövründə
Xankəndi şəhərində yerləşmiş,
şəxsi heyətinin xeyli hissəsi
ermənilərdən ibarət olan 366-cı motoatıcı
alayın zirehli texnikasının və hərbçilərinin
köməyi ilə qədim Xocalı şəhərini
yerlə-yeksan etmişlər. |
Xocalı soyqırımının on yeddinci ildönümü təhsil müəssisələrində qeyd olundu ölkəmizdə,
eləcə də Naxçıvan Muxtar Respublikasında Xocalı
faciəsinin 17-ci ildönümü ilə əlaqədar bütün
təhsil, elm müəssisələrində müxtəlif
tədbirlər keçirilir, şəhid olmuş
həmvətənlərimizin xatirəsi yad olunur. Belə
tədbirlərdən biri də Naxçıvan Dövlət
Universitetinin incəsənət fakültəsində Xocalı
soyqırımının ağrılarını əks
etdirən tələbə
gənclərin rəsm əsərlərindən ibarət
sərginin açılışı oldu. Universitetin
tədris işləri üzrə prorektoru, əməkdar elm
xadimi, filologiya elmləri namizədi, dosent Hüseyn Həşimli
çıxış edərək bu sərginin təşkilini yüksək
qiymətləndirdi və belə tədbirlərin mütəmadi
olaraq keçirilməsinin əhəmiyyətli olduğunu
nəzərə çatdırdı. Tədbirdə
həmçinin təsviri incəsənət kafedrasının müdiri,
Azərbaycanın xalq rəssamı Hüseynqulu Əliyev,
təsviri incəsənət fakültəsinin III kurs
tələbəsi Şəmsiyyə Zalova çıxış
edərək sərgidə nümayiş olunan əsərlər
barədə geniş məlumat verdilər. Sonra
gənc rəssamların ideya və təbii çalarları
ilə diqqəti cəlb
edən əsərləri ilə tanışlıq oldu. Daha
sonra tədbir Heydər Əliyev lektoriyasında
davam etdirildi. Xocalı
faciəsində həlak olanların xatirəsi bir
dəqiqəlik sükutla yad edildi. H.Həşimli 17 il bundan əvvəl xalqımızın başına gətirilmiş bu müsibətlərin təkcə Azərbaycan xalqının tarixində deyil, həmçinin bütöv bəşəriyyət tarixində ən amansız və dəhşətli faciələrdən biri olduğunu qeyd etdi. Vurğulandı ki, erməni şovinistləri XIX əsrdən başlayaraq ən müxtəlif dövrlərdə xalqımıza qarşı işğalçılıq siyasəti yürütmüş və öz məkrli niyyətlərini tarixən əlbir olduqları Rusiya qoşunlarının birbaşa dəstəyi ilə həyata keçirməyə müvəffəq olmuşlar.
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||
İSESKO-nun Baş direktoru akademik Zərifə Əliyeva adına məktəbdə olub "Bakı
- İslam mədəniyyətinin paytaxtı - 2009"
Mədəniyyət ilinin açılışı ilə
əlaqədar ölkəmizdə səfərdə olan İSESKO-nun
Baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri fevralın
20-də Bakıdakı akademik Zərifə Əliyeva adına
orta məktəbə gəldi. Qonaq məktəbi
gəzərək burada təhsil üçün yaradılmış
şəraitlə tanış oldu. Təhsil naziri Misir
Mərdanov hörmətli qonağa məlumat verərək
bildirdi ki, ötən ildən fəaliyyət göstərən
bu təhsil ocağı ancaq IX-XI sinifləri əhatə
edir. Burada istedadlı şagirdlərə
riyaziyyat-informatika, xarici dil və təbiət
fənləri təmayülü üzrə dərinləşdirilmiş
təhsil verilir.
|
Texniki peşə təhsili ilə bağlı Əlaqələndirmə Şurasının ilk iclası keçirildi Fevralın 25-də Təhsil Nazirliyində ölkə başçısı cənab İlham Əliyev tərəfindən təsdiq olunan "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)" çərçivəsində yaradılan Əlaqələndirmə Şurasının ilk iclası keçirildi. İclasda təhsil naziri Misir Mərdanov, nazir müavini İsgəndər İsgəndərov, İqtisadi İnkişaf, Mədəniyyət və Turizm, Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər və İdman, Sənaye və Energetika, Kənd Təsərrüfatı nazirliklərinin əməkdaşları, Sahibkarlar (İşəgötürənlər) Təşkilatı Milli Konfederasiyasının və Qeyri-Hökumət Təşkilatının Forumunun nümayəndələri və paytaxtın bir sıra texniki peşə təhsili müəssisələrinin direktorları iştirak edirdilər. |
"Bir sıra özəl ali təhsil müəssisələrində təhsilin keyfiyyəti aşağı səviyyədədir" - Bu günlərdə Nazirlər Kabinetinin
qərarı ilə "Ali təhsilin bakalavr pilləsi
ixtisaslarının (proqramların) siyahısı"
təsdiq edilmişdir. Qərar hansı
zərurətdən meydana gəlmişdir və bununla bağlı
kadr hazırlığı sistemində hansı dəyişikliklər
gözlənilir? - Yeni ixtisas siyahısının hazırlanması zərurəti bir sıra səbəblərlə bağlıdır. İlk növbədə qeyd edim ki, əvvəlki klassifikatorda 515 ixtisas var idi. Onlardan müvafiq istiqamətlər altında təxminən 386 ixtisas üzrə kadr hazırlığı həyata keçirilirdi. Bu sayda ixtisasların mövcudluğu şəraitində, nazirlik tərəfindən görülən tədbirlərə baxmayaraq, bakalavr pilləsində genişprofilli mütəxəssis hazırlığına nail ola bilmirdik. Nəticədə yenə də bir çox hallarda tətbiq sahələri üzrə dar çərçivəli mütəxəssis hazırlığı həyata keçirilirdi. |
Əbdüləziz
bin Osman əl-Tüveycri:
"Azərbaycanda təhsilin səviyyəsi yüksəkdir" Məlum
olduğu kimi, bir neçə gün öncə respublikamızın
paytaxtında "Bakı - İslam
mədəniyyətinin paytaxtı - 2009"
Mədəniyyət ilinin açılışı olmuşdur.
İki gün ərzində keçirilən konfrans və
digər tədbirlərdə Avropa və İslam ölkələrindən
xeyli qonaq, o cümlədən İSESKO-nun Baş direktoru
Əbdüləziz bin Osman
əl-Tüveycri iştirak etmişdir. Səfərdə olduğu
müddətdə əməkdaşlarımız onunla görüşüb
qəzetimiz üçün müsahibə almışlar. - Cənab əl-Tüveycri, Siz artıq bir neçə dəfə Azərbaycanda səfərdə olmuş, müxtəlif tədbirlərdə iştirak etmişsiniz. |
Roald Saqdeyev: "MDU-nun bu gözəl filialında görkəmli alimlər nəsli yetişə bilər" M.V.Lomonosov adına Moskva Dövlət
Universitetinin Bakı filialında dünya şöhrətli alim,
Merilənd Universitetinin professoru, akademik Roald Saqdeyev ilə
filialın professor-müəllim heyəti və
tələbə kollektivinin görüşü keçirilmişdir. Filialın rektoru, filologiya elmləri doktoru, professor Nərgiz xanım Paşayeva görüşü açaraq, tədbir iştirakçılarına görkəmli fizik alimin xidmətləri, son dərəcə maraqlı tədqiqatlarla zəngin olan elmi fəaliyyəti haqqında məlumat vermişdir. Vaxtilə SSRİ-də yaşamış Roald Saqdeyev 1973-cü ildən SSRİ Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutuna başçılıq etmişdir. Onun rəhbərliyi ilə "Kosmos", "Proqnoz", "İnterkosmos", "Meteor", "Astron", "Mars", "Venera" seriyalı kosmik aparatlarda, "Soyuz" və "Salyut" orbital komplekslərində bir sıra nadir tədqiqatlar aparılmışdır. |
Soyqırımı siyasəti, erməni şivəni Azərbaycan xalqına qarşı törədilmiş
ən dəhşətli, amansız cinayətlərdən
biri də 1992-ci il fevral ayının 25-dən 26-na keçən
gecə baş vermiş Xocalı soyqırımıdır.
Xocalı faciəsinə qədər Qarabağın
Kərkicahan, Meşəli, Quşçular, Qaradağlar, Ağdaban
və s. kimi azərbaycanlılar yaşayan
kəndlərində erməni silahlı quldurlarının
törətdikləri faciələr, terror və kütləvi qırğınlar,
nəhayət, Xocalı soyqırımı misli görünməmiş
tarixi cinayətdir. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri SSRİ-yə məxsus olan və o dövrdə Dağlıq Qarabağın Xankəndi şəhərində yerləşən 366-cı alayın bilavasitə iştirakı ilə 7 min nəfərə qədər azərbaycanlının yaşadığı Xocalı şəhərinə 5 istiqamətdə hücum etdilər. (Hücum zamanı şəhərdə 3 minə yaxın adam qalmışdı). |
British Council-in Azərbaycanda yeni layihəsi - 14 Müəllimlərin,
şagirdlərin və ingilis dilini öyrənənlərin
nəzərinə! Xarici
dilin öyrənilməsi sahəsində tam yeni və orijinal
metodologiya!
|