|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Xocalı soyqırımının on yeddinci ildönümü təhsil müəssisələrində qeyd olundu ölkəmizdə,
eləcə də Naxçıvan Muxtar Respublikasında Xocalı
faciəsinin 17-ci ildönümü ilə əlaqədar bütün
təhsil, elm müəssisələrində müxtəlif
tədbirlər keçirilir, şəhid olmuş
həmvətənlərimizin xatirəsi yad olunur. Belə
tədbirlərdən biri də Naxçıvan Dövlət
Universitetinin incəsənət fakültəsində Xocalı
soyqırımının ağrılarını əks
etdirən tələbə
gənclərin rəsm əsərlərindən ibarət
sərginin açılışı oldu. Universitetin
tədris işləri üzrə prorektoru, əməkdar elm
xadimi, filologiya elmləri namizədi, dosent Hüseyn Həşimli
çıxış edərək bu sərginin təşkilini
yüksək qiymətləndirdi və belə
tədbirlərin mütəmadi olaraq keçirilməsinin
əhəmiyyətli olduğunu nəzərə çatdırdı. Tədbirdə
həmçinin təsviri incəsənət kafedrasının
müdiri, Azərbaycanın xalq rəssamı Hüseynqulu Əliyev,
təsviri incəsənət fakültəsinin III kurs
tələbəsi Şəmsiyyə Zalova çıxış
edərək sərgidə nümayiş olunan
əsərlər barədə geniş məlumat
verdilər. Sonra
gənc rəssamların ideya və təbii çalarları
ilə diqqəti
cəlb edən əsərləri ilə tanışlıq
oldu. Daha
sonra tədbir Heydər Əliyev lektoriyasında
davam etdirildi. Xocalı
faciəsində həlak olanların xatirəsi bir
dəqiqəlik sükutla yad edildi. H.Həşimli
17 il bundan əvvəl xalqımızın başına
gətirilmiş bu müsibətlərin təkcə
Azərbaycan xalqının tarixində deyil, həmçinin bütöv
bəşəriyyət tarixində ən amansız və
dəhşətli faciələrdən biri olduğunu qeyd
etdi. Vurğulandı ki, erməni şovinistləri XIX
əsrdən başlayaraq ən müxtəlif dövrlərdə
xalqımıza qarşı işğalçılıq
siyasəti yürütmüş və öz məkrli
niyyətlərini tarixən əlbir olduqları Rusiya qoşunlarının
birbaşa dəstəyi ilə həyata keçirməyə müvəffəq
olmuşlar. 1992-ci il fevralın 26-da törədilmiş bu
faciə də bunu bir daha sübut edir. Azərbaycan
tarixi kafedrasının müdiri, tarix elmləri namizədi,
dosent Zəhmət Şahverdiyev "Xocalı soyqırımı
zəmanəmizin ən dəhşətli
faciəsidir" mövzusunda çıxış edərək
faciənin törənmə səbəblərindən, köklərindən
ətraflı söz açdı, xalqımıza qarşı
mənfur erməni qonşularımız
tərəfindən yürüdülən etnik
təmizləmə, soyqırımı siyasəti faktlarını
tarixi təhlillərlə diqqətə çatdırdı. Universitet
gənclər təşkilatının sədri, sosial
idarəetmə və hüquq fakültəsinin hüquqşünaslıq
ixtisası üzrə IV kurs tələbəsi Mehdi Əliyev
"Xocalı soyqırımı və beynəlxalq hüquq"
və beynəlxalq münasibətlər və xarici dillər
fakültəsinin fransız dili ixtisası üzrə II kurs
tələbəsi Gülşən Orucova "Əsrin
cəzasız qalmış cinayəti" mövzularındakı
çıxışlarında faciə qurbanlarının qanının
yerdə qalmaması, tarixi həqiqətin beynəlxalq
ictimaiyyətə çatdırılması
istiqamətində gənclərin üzərinə mühüm
vəzifələrin düşdüyünü və bu
istiqamətdə yorulmadan, var qüvvə ilə
fəaliyyət göstərəcəklərinə
əminlik ifadə etdilər. *** Xalqın
ən ağır yarası olan Xocalı faciəsinin anım
mərasimi Bakı Pedaqoji Kadrların İxtisasartırma
və Yenidənhazırlanma İnstitutunda da qeyd
edildi.Tədbirə başlamazdan əvvəl Xocalı
şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla
yad edildi. İnstitutun rektoru, professor Asəf Zamanov çıxışında
qeyd etdi ki, bu il ermənilərin imperiya qüvvələrinin
köməyi ilə törətdiyi Xocalı faciəsinin 17-ci
ili tamam olur. Azərbaycan xalqının yaddaşından
heç vaxt silinməyəcək bu tarix XX əsrdə yaşadığımız
ən böyük faciədir. Bədnam qonşularımız
tarix boyu xalqımıza qarşı bəd
əməllərini təkrarlamışlar. 1992-ci ilin
fevral ayının 25-dən 26-na keçən gecə dinc Xocalı
şəhərinə erməni qaniçənləri
Xankəndindəki Rusiyaya məxsus 366-cı mexanikləşdirilmiş
atıcı alayı ilə qəfildən hücum
etdilər. Silahsız xocalılar qəddarcasına, ən
ağır işgəncələrlə öldürüldülər.
Qadın, uşaq, yaşlı, xəstə - hamı qanına
qəltan edilirdi. O zamankı hakimiyyət bu faciənin
miqyasını nə qədər kiçiltməyə çalışsa
da, tarix öz sözünü dedi. ümummilli liderimiz, xalqın xilaskarı,
dünya şöhrətli siyasətçi, ulu öndər Heydər
Əliyev ikinci dəfə hakimiyyətə
gəldikdən sonra bu faciəyə siyasi qiymət verildi.
Professor Asəf Zamanov Heydər Əliyevin faciə haqqında
fikirlərini xatırlatdı: "Bütövlükdə
Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı
soyqırımı öz ağlasığmaz qəddarlığı
və qeyri-insani cəza üsulları ilə bəşər
tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı,
eyni zamanda bütün bəşəriyyətə qarşı
tarixi bir cinayətdir". Sonra o qeyd etdi ki, bu faciənin dünyanın
ən aparıcı ölkələrində qeyd edilməsi,
erməni vəhşiliklərinin dünya ictimaiyyətinə
çatdırılması istiqamətində məqsədyönlü
fəaliyyət göstərilir. Bu gün ölkə Prezidenti möhtərəm
İlham Əliyevin rəhbərliyi ilə qazandığımız
böyük uğurlar bütün şəhidlərimizin, o cümlədən
Xocalı şəhidlərinin qanlarının yerdə
qalmayacağına əsas verir. Sonra
institutun əməkdaşları - Fikrət Əliyev,
Nisə Cəlilzadə, Aydın Paşayev, Nurəddin Hüseynov,
Bəybala Abbasov da faciə ilə bağlı ürəkağrısı
ilə danışdılar. *** Naxçıvan
özəl Universitetində "Xocalı soyqırımı
- tariximizin qan yaddaşı" mövzusunda elmi-praktik
konfrans keçirilmişdir. Tədbirdə Xocalı soyqırımı
qurbanlarının və
Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını
qurban vermiş şəhidlərin xatirəsi bir
dəqiqəlik sükutla yad edildi. Universitetin
tədris işləri üzrə prorektoru İbrahim Kazımbəyli
qeyd etdi ki, Xocalı soyqırımı 1992-ci il fevralın
25-dən 26-na keçən gecə törədilmişdir. Yüzlərlə
günahsız insanın qanına qəltan edilib qətlə
yetirildiyi o gecə kinli düşmən heç kimə aman
vermirdi. Erməni quldurları o dəhşətli
gecədə ağbirçək anaya da, uşağa da güllə
atdılar. Qeyd
olundu ki, Azərbaycana o dövrdə rəhbərlik
edənlərin səriştəsizliyindən Xocalı
əhalisi müdafiə edilməmişdir.Faciənin baş
verməsi dünya ictimaiyyətinə çatdırılmamışdır.Ulu
öndərimiz Heydər
Əliyev Azərbaycana ikinci dəfə hakimiyyətə
gəldikdən sonra Xocalı faciəsi ilə bağlı
bütün həqiqətlər dünya ictimaiyyətinə çatdırılmış,
cinayətə siyasi qiymət verilmişdir. Universitetin
tərbiyə işləri üzrə prorektoru Əli Yusifov
"Xocalı soyqırımı ermənilərin türklərə
qarşı düşmənçilik siyasətinin tərkib
hissəsidir", humanitar elmlər kafedrasının baş
müəllimi, tarix elmləri namizədi Elçin Zamanov "Xocalı soyqırımı
tarixi faktların dili ilə", tarix-ictimaiyyət ixtisası
üzrə II kurs tələbəsi Anar Tağıyev
"Xocalı soyqırımı XX əsrin
faciəsidir" mövzularında məruzələr etdilər. *** Fevralın
24-də Sumqayıt Dövlət Universitetində Xocalı
soyqırımının 17-ci ildönümü ilə
əlaqədar keçirilən toplantıda ermənilərin
1992-ci il fevralın 26-da xocalılara qarşı törətmiş
olduğu vəhşilikləri əks etdirən videoformatlı
fotolar nümayiş etdirildi.
Soyqırımında həlak olmuş
həmvətənlərimizin xatirəsi bir
dəqiqəlik sükutla yad edildikdən sonra tarix fakültəsinin
dekanı, tarix elmləri doktoru, professor Adil Baxşəliyev
çıxış edərək bildirdi ki, bu gün dünyanın
70-ə yaxın ölkəsində Xocalı soyqırımı
ilə bağlı xatirə tədbirləri keçirilir. Bu,
məhz Azərbaycan dövlətinin yeritdiyi
səmərəli siyasətin nəticəsidir. ümumi
tarix kafedrasının müdiri Şirxan Səlimov çıxış
edərək ermənilərin Qafqaza gəlişi
tarixindən danışdı, xalqımızın soyqırımı
və digər tarixi reallıqlarını daha geniş
təbliğ etmək üçün İnternetdə təbliğat
və tədqiqat xarakterli məqalələrin sayını
artırmağın vacibliyini qeyd etdi. Daha
sonra müəllim, magistr və tələbələrin
hərbi vətənpərvərlik mövzusunda çıxışları
dinlənildi. Qeyd edildi ki, bir ölkənin qələbə
çalması üçün birinci onun iqtisadiyyatı güclü olmalıdır.
Azərbaycan güclü iqtisadiyyatını əldə edib
və Ermənistan bunu bilir. *** Xocalı
soyqırımının 17-ci ildönümü fevralın 26-da
Azərbaycan Dövlət Pedaqoji Kollecində "Xocalını
unutmayın" adlı tədbirlə qeyd olundu. YAP Yasamal
Rayon Qadınlar Şurası ilə kollecin birlikdə keçirdikləri
tədbiri təhsil müəssisəsinin direktoru, professor
Nurlana Əliyeva açaraq illərlə bizimlə bir torpaqda
yaşayan, Azərbaycanın çörəyini
yeyib suyunu içən ermənilərin 1992-ci il fevralın
25-dən 26-na keçən gecə Xocalıda törətdikləri
qırğını, xocalılara tutulan divanı
tarixdə misli-bərabəri olmayan faciə adlanırdı.
Bildirdi ki, həmin gecə heç bir günahı olmayan insanların,
o cümlədən qocalar, qadınlar, körpələrin
məruz qaldıqları qəddar zülm bu gün bizim hər
birimizin qəlbini göynədir. O vaxtkı ölkə
rəhbərliyinin bu faciəyə olduqca biganə münasibət
bəslədiyini qeyd edən N.Əliyeva o dövrdə
səsimizin beynəlxalq aləmdə də eşidilmədiyini,
dünyanın bizim müsibətimizə laqeyd qaldığını,
Azərbaycanınn öz dərdini dünyaya çatdıra
bilmədiyini söylədi. Bildirdi ki, 90-cı illərdən
fərqli olaraq bu gün Azərbaycanı dünyada tanıyırlar.
ölkəmizin adı ən qabaqcıl ölkələrin sırasında,
xalqımızın adı ən mütərəqqi xalqların
adları ilə birlikdə çəkilir. Bütün bunların
əbədiyaşar ulu öndərimiz Heydər Əliyevin
xidmətləri, yeritdiyi müdrik daxili və xarici
siyasətin nəticəsində mümkün olduğunu
deyən N.Əliyeva Heydər Əliyevin milli
tərəqqi kursunun 2003-cü ildən ölkə Prezidenti
İlham Əliyev tərəfindən uğurla davam
etdirildiyini vurğuladı. Tədbirdə
kollecin tələbələri faciəyə həsr olunmuş
olduqca təsirli ədəbi-bədii kompozisiya nümayiş
etdirdilər. Mərasimdə
çıxış edən YAP Yasamal Rayon Təşkilatının
sədri, professor Fikrət İsmayılov Xocalı soyqırımının
xalqımızın qan yaddaşına yazılmalı olduğunu
söyləyib, keçirilən anım tədbirini yüksək
qiymətləndirdi, onun təşkilatçılarına
və ədəbi-bədii kompozisiyanı böyük hüznlə
iştirakçılara təqdim edən
tələbələrə təşəkkür etdi. *** Fevralın
24-də Respublika Gənc Turistlər və Diyarşünaslıq
Mərkəzində Xocalı soyqırımının
17-ci ildönümünə
həsr edilmiş "Xocalı-qərib obam" adlı
tədbir keçirildi. Tədbiri
açan RGTDM-nın direktoru A.Məmmədov sözü
Təhsil Nazirliyi Tərbiyə və
məktəbdənkənar müəssisələrlə iş
şöbəsinin müdiri A.İbrahimova verdi. O,
Xocalı soyqırımı barədə ətraflı
danışdı və qeyd etdi ki, respublikamızın
hər yerində, eləcə də xarici ölkələrdə
də qan yaddaşımız olan Xocalı soyqırımı
anılır və xüsusi qeyd olunur. Xocalı
sakinlərindən Ələmdar Quluzadə Xocalıya aid
yazdığı şeirini oxudu. Gülayə Orucova isə
ailələrinin və yaxınlarının başına
gələnləri söylədi. Sonra
Respublika Gənc Turistlər və Diyarşünaslıq
Mərkəzinində Xocalı
soyqırımı faciəsi ilə əlaqədar keçirilən
inşa müsabiqəsinin qaliblərinin adları açıqlandı.
Nzami rayonu 12 nömrəli
otra məktəbin VII sinif şagirdi
Günel Nadirli I, Xətai
rayonu 86 nömrəli orta məktəbin VII sinif şagirdi
Aynur Denikayeva II və
Xətai rayonu 27 nömrəli
orta məktəbin VII sinif şagirdi
ülvi Quliyev III yer tutduqlarına görə
diplomlarla təltif olundular. Tədbir
Xocalı soyqırımının
17-ci ildönümünə həsr edilmiş
ədəbi-bədii kompozisiya ilə
başa çatdı.
*** Xocalı
soyqırımının 17-ci ildönümünün qeyd olunması
ilə əlaqədar fevralın 25-də T.İsmayılov
adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının
"Uşaq Dünyası" qalereyasında Bakı şəhər
məktəbdənkənar təhsil müəssisələrinin
dərnək üzvlərinin və ümumtəhsil
məktəbləri şagirdlərinin rəsm işlərindən
ibarət sərginin açılışı oldu.
Tədbirdə Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin müdir müavini Məhəbbət Qarabağlı
çıxış edərək erməni işğalçılarının
azərbaycanlılara qarşı törətdikləri
vəhşilikləri bir daha iştirakçıların
nəzərinə çatdırdı. O,Xocalı soyqırımını
əks etdirən rəsm əsərlərinin müəlliflərinə
minnətdarlığını bildirərək
vətənpərvərlik hisslərinin daha da inkişaf
etdirilməsinin vacibliyinə toxundu. Sonra
35 nömrəli orta məktəbin xor kollektivinin ifasında
məktəbin musiqi müəllimi Dilqəm Musaoğlunun
"Xocalı qisasını tapşırmayaq Allaha"
adlı marşın təqdimatı keçirildi. Qarabağ müharibəsi
əlili Aftandil Əliyevin çıxışından sonra 21
nömrəli Uşaq Yaradıcılıq Mərkəzinin
və 48 nömrəli Tərbiyə İşi
Mərkəzinin bədii qiraət dərnəyi üzvlərinin
ifasında "Xocalı fəryadı" adlı
ədəbi-bədii kompozisiya nümayiş olundu. Sonda
sərgiyə baxış keçirildi. *** Bakıdakı
258 nömrəli orta məktəbdə
Xocalı faciəsinə aid
tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan
təhsil müəssisəsinin rəhbəri Sədaqət Hüseynova
faciə haqqında məlumat verdi və
bildirdi ki, tarixdə görünməmiş xüsusi
qəddarlıqla həyata keçirilən bu faciənin, zülmün
analoqu olmayıb. Həmin gün yüzlərlə soydaşımız
amansızcasına qətlə
yetirilmiş, minlərlə insan ev-eşiyindən, isti ocağından
didərgin düşmüşdür. Sonra söz şagirdlərə verildi. Onlar
yaratdıqları obrazlarla sanki faciəni bir daha canlandırdılar.
çıxış edən qonaqlar da xalqımızın başına
gətirilən müsibətlərdən danışdılar.
*** Həmin gün Bakıdakı 299, 267,
266,236,144, 176, 157, 97, 62, 56 və 95
nömrəli orta ümumtəhsil və 1,12 nömrəli peşə
məktəblərində də Xocalı faciəsinin on
yeddinci il dönümü qeyd olundu. Təhsil
ocaqlarında faciəni
əks etdirən səhnəciklər, bayatılar və
şeirlər səsləndirildi, faciə qurbanları yad
edildi. "Azərbaycan müəllimi" |