|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə təhsil müəssisələrində keçiriləcək tədbirlər haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri 2009-cu il mayın 10-da dünya azərbaycanlılarının
lideri, dahi siyasətçi və müdrik dövlət xadimi
Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü
tamam olur. Ulu öndər Heydər Əliyevin
nəsillərə nümunə olan ibrətamiz ömür yolu
və ictimai-siyasi fəaliyyəti Vətənə, xalqa
və dövlətçilik ideallarına sonsuz sədaqətin
parlaq nümunəsidir. Azərbaycanın müstəqil dövlət kimi
beynəlxalq aləmdə nüfuzunun yüksəlməsində
və qüdrətli ölkəyə çevrilməsində misilsiz
xidmətlər göstərmiş Heydər Əliyevin
həyat və fəaliyyəti daha dərindən öyrənilməli,
gənc nəslin Heydər Əliyevin nümunəsində
tərbiyəsi təhsil orqanları və pedaqoji
kollektivlərin ən ümdə vəzifə borcuna çevrilməlidir. Qeyd olunanları tarixi zərurət kimi
nəzərə alaraq ƏMR EDİRƏM: 1. Naxçıvan
MR Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə
Təhsil İdarəsinə, Gəncə Şəhər
Təhsil İdarəsinə, rayon (şəhər)
təhsil şöbələrinə, ali və orta ixtisas,
texniki peşə təhsili müəssisələrinin,
bilavasitə Təhsil Nazirliyi tabeliyindəki ümumi
təhsil müəssisələrinin
rəhbərlərinə tapşırılsın ki,
2009-cu il mart ayından başlayaraq ümummilli lider Heydər
Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə
xüsusi tədbirlər müəyyənləşdirib
həyata keçirilməsini təmin etsinlər. 2. Respublikanın
əsas və orta məktəblərində VII-XI sinif
şagirdlərinin iştirakı ilə ulu öndər
Heydər Əliyevin həyat və fəaliyyətinə
həsr olunmuş inşa yazı müsabiqəsi keçirilsin. Müsabiqənin
məktəb və rayon (şəhər)
mərhələləri aprel ayının 10-dək yekunlaşdırılsın. 3. İnşa
müsabiqəsinin yekun mərhələsi, hər rayon və
şəhərdən 1 (bir) nəfər qalib seçilməklə,
Təhsil Nazirliyinin müəyyən etdiyi vaxtda Bakı şəhərində
keçirilsin. Şəhərlər
və kənd rayonları üzrə ümumi təhsil şöbələri
(A.Muradov, A.Əhmədov) inşa müsabiqəsinin yekun
mərhələsinin səmərəli
təşkili, yekunlaşdırılması,
qaliblərin müəyyənləşdirilməsi
məqsədilə lazımi
tədbir görsünlər,
ən yaxşı inşaların toplu şəklində
nəşr olunması ilə bağlı İqtisadiyyat
şöbəsi (H.Zeynalov)
və Dərslik və nəşriyyat şöbəsi (F.Şahbazlı)
ilə birgə təkliflər hazırlasınlar. 4. Elm
şöbəsi (G.Hüseynova), Ali və orta-ixtisas təhsili
şöbəsi (İ.Mustafayev) ümummilli lider Heydər Əliyevin
elm, təhsil və iqtisadiyyatın inkişafı
sahəsində genişmiqyaslı fəaliyyətinə
həsr olunmuş respublika elmi-praktik konfransının keçirilməsi
ilə bağlı 15 gün müddətinə təkliflər
hazırlayıb rəhbərliyə təqdim etsinlər. 5. Tərbiyə
və məktəbdənkənar müəssisələrlə
iş şöbəsi (A.İbrahimov) 2009-cu ilin martında
rayon və şəhərlərdə ümumtəhsil
məktəbləri şagirdlərinin iştirakı
ilə "Heydər Əliyev və müstəqil
Azərbaycan" mövzusunda rəsm müsabiqəsi, şahmat
və futbol üzrə respublika turnirlərinin keçirilməsini
təmin etsin. Rəsm müsabiqəsinin və turnirlərin
keçirilməsi qaydalarını 10 gün müddətinə hazırlayıb
yerlərə göndərsin. Aprel ayının ikinci yarısında
Bakı şəhərində ən yaxşı
rəsmlərdən ibarət sərginin təşkili
ilə bağlı müvafiq tədbirlər görsün. 6. Nəzərdə
tutulmuş tədbirlərin həyata keçirilməsi ilə
əlaqədar müvafiq şöbələrin birgə
fəaliyyətinin təmin edilməsi və
alt-tədbirlərin müəyyənləşdirilib
rəsmiləşdirilməsi sahəsində koordinasiya işləri Aparatın rəhbəri İ.Pirməmmədova
həvalə olunsun. 7. İctimaiyyətlə
əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin
"Azərbaycan müəllimi" qəzetində
və "Təhsil xəbərləri"
məcmuəsində dərc olunmasını təmin
etsin. 8. Əmrin
icrasına nəzarəti öz üzərimə götürürəm. Misir MƏRDANOV, Azərbaycan Respublikasının təhsil naziri 26 fevral 2009-cu il Azərbaycan
Respublikası Təhsil Nazirliyi və Azərbaycan
Respublikası Gənclər və İdman Nazirliyinin
birgə
Qərarı
"Uşaq ili"nə həsr olunmuş
respublikanın ümumtəhsil və texniki peşə
məktəbləri şagirdlərinin V Spartakiadasının
keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin 22 dekabr 2008-ci il tarixli
sərəncamı ilə 2009-cu il Azərbaycan Respublikasında
"Uşaq ili" elan edilmişdir. Qeyd olunan
sərəncama müvafiq olaraq uşaqlar arasında
bədən tərbiyəsi və idmanın kütləvi
inkişafına kömək göstərmək, uşaqların
fiziki cəhətdən sağlam böyüməsinə və
idman növləri ilə daimi məşğul olmalarına
zəmin yaratmaq, məktəblilərin
vətənpərvərlik ruhunda tərbiyəsində
bədən tərbiyəsi və idmanın rolunun artmasına
nail olmaq və yeniyetmələrin idman ustalıqlarının
artırılması məqsədilə Azərbaycan
Respublikası Təhsil Nazirliyi və Azərbaycan
Respublikası Gənclər və İdman Nazirliyi
Qərara alır: 1. "Uşaq
ili"nə həsr olunmuş respublikanın ümumtəhsil,
texniki peşə məktəblərinin şagirdləri
arasında V Spartakiada keçirilsin. 2. Respublikanın
ümumtəhsil, texniki peşə məktəbləri şagirdlərinin
V Spartakiadasının Əsasnaməsi, Təşkilat
Komitəsinin tərkibi və xərclər smetası
təsdiq edilsin. 3. Spartakiadanın
keçirilməsi üzrə tədbirlər planının işlənib
hazırlanması və təsdiqi Təşkilat
Komitəsinə həvalə edilsin. 4. Spartakiadanın
keçirilməsinə dair xərclərin ödənilməsi aşağıdakı
kimi həyata keçirilsin: 4.1. Yarışların
I və II mərhələsi: oyunların proqramına
daxil olan idman növləri üzrə şəhər və
rayondaxili yarışları, yarışların üçüncü
və final mərhələsində iştirak
edəcək komandaların ezamiyyə ilə
əlaqədar xərcləri şəhər, rayon
təhsil şöbələrinin hesabına ödənilsin; 4.2. Yarışların
III mərhələsi idman növləri üzrə zona yarışları
- idman növləri üzrə hakimlərin, nümayəndələrin
ezamiyyə xərcləri, hakimlərin əməkhaqları,
idman ləvazimatlarının alınması Təhsil
Nazirliyinin hesabına ödənilsin; 4.3. Spartakiadanın
III və IV mərhələsi: yarışlar keçiriləcək
yerin icarəsi, final mərhələsində şəxsi
və komanda qaliblərinin mükafatlandırılması
xərcləri Gənclər və İdman Nazirliyinin hesabına
ödənilsin. 5. Respublikanın
ümumtəhsil, texniki peşə məktəbləri şagirdlərinin
V Spartakiadasının baş hakimi beynəlxalq
dərəcəli hakim Niftalı Quliyev təsdiq edilsin. 6. Spartakiadanın
baş hakimlər kollegiyasının heyəti və idman
növləri üzrə Baş hakimlər heyəti təsdiq
edilsin. 7. Respublikanın
ümumtəhsil, texniki peşə məktəbləri şagirdlərinin
V Spartakiadasının Təşkilat Komitəsinə tapşırılsın
ki, yarışların gedişatının kütləvi
informasiya vasitələri ilə daim işıqlandırılmasını
təmin etsin. 8. Qərarın
icrasına nəzarət təhsil nazirinin müavini E.Qasımova
və gənclər və idman nazirinin müavini İ.İsmayılova
həvalə edilsin.
|