· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Birincilər kompüterdə sərbəst işləyirlər

 Bakıdakı 236 nömrəli orta məktəbdə şagirdlərdə informasiyalaşmış cəmiyyətin tələblərinə uyğun zəruri məlumatlarla işləmə bacarıqları və kompüterdən istifadə  vərdişləri  xeyli artmışdır.

Məktəbin direktoru Xanlar İmaməliyev bildirdi ki, bu gün məktəbdə 7 birinci sinifdə 162 şagird ilk gündən informatika fənni üzrə kompüter biliklərinə yiyələnirlər. Şagirdlər informatika müəllimləri Şəhla Əhmədova və Mətanət Nuriyevanın zəhməti sayəsində artıq kompüterdə   informasiyaları qavrayır, informasiya daşıyıcıları ilə müstəqil işləyirlər.

 

 

 

 

 

Bilik yarışında fərqlənənlər mükafatlandırılıb

Bakıdakı 17 nömrəli orta məktəbdə siniflərarası "Bilik yarışı" adlı tədbir keçirilmişdir. Tədbirdə əsasən IX, X və XI siniflər  iştirak ediblər. Burada  siniflər üzrə təşkil olunmuş komandalar əvvəl  bir-birinə suallar vermiş və sonra bütün komandalara ümumi suallar  verilməklə, qalib komanda müəyyənləşdirilmişdir.

Məktəbin direktoru Bədəl  Bədəlov bu cür tədbirlərin təlim-tərbiyə sahəsində mühüm əhəmiyyətini vurğuladı və "Bilik yarışı"ında  X "A"-nın (sinif rəhbəri Əzizə Əzizova)  qalib sinif kimi rəhbərlik tərəfindən Fəxri fərman və kitabla mükafatlandırıldığını bildirdi.   

Şakir CƏFƏROV