|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
İSESKO-nun Baş direktoru akademik Zərifə Əliyeva adına məktəbdə olub "Bakı
- İslam mədəniyyətinin paytaxtı - 2009"
Mədəniyyət ilinin açılışı ilə
əlaqədar ölkəmizdə səfərdə olan İSESKO-nun
Baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri fevralın
20-də Bakıdakı akademik Zərifə Əliyeva adına
orta məktəbə gəldi. Qonaq məktəbi
gəzərək burada təhsil üçün yaradılmış
şəraitlə tanış oldu. Təhsil naziri Misir
Mərdanov hörmətli qonağa məlumat verərək
bildirdi ki, ötən ildən fəaliyyət göstərən
bu təhsil ocağı ancaq IX-XI sinifləri əhatə
edir. Burada istedadlı şagirdlərə
riyaziyyat-informatika, xarici dil və təbiət
fənləri təmayülü üzrə dərinləşdirilmiş
təhsil verilir. Qonaq öncə IX sinif şagirdlərinin
məşğələ keçdikləri geniş sinif otağına
baxdı. Onların təhsili ilə maraqlanan cənab
Əbduləziz bin Osman əl-Tüveycri təhsilin bilik, elm,
tərəqqi olduğunu vurğulayaraq hər bir dövlətin,
xalqın öz təhsilini daha da təkmilləşdirməyə
can atmasını zəruri saydığını bildirdi.
O, Azərbaycanda təhsilə göstərilən böyük qayğını
və diqqəti yüksək qiymətləndirdi. Sonra hörmətli qonaq və onu müşayiət
edən şəxslər məktəbin müasir avadanlıqlarla
təchiz olunmuş kimya, fizika laboratoriyalarına, müəllimlər
otağına baş çəkdilər. Məktəbin
direktoru Məhəbbət Vəliyeva Təhsil Nazirliyinin
tədris ocağına elektron lövhələr verdiyini qeyd
edib, bunun təhsilin keyfiyyətli olmasına yardım göstərdiyini
vurğuladı. Qonaq idman zalında uşaqların fiziki
tərbiyə dərsini də izlədi. Daha sonra pedaqoji
heyətlə görüşən İSESKO-nun Baş direktoru
məktəbə "Britiş council" təşkilatının
xətti ilə İngiltərədən təcrübə mübadiləsinə
gəlmiş 11 müəllimlə qısa söhbət etdi.
Osman əl-Tüveycri bildirdi ki, bu mübadilə, ilk növbədə,
bilik və elm təcrübəsinin artmasna töhfə
verəcək. İSESKO-nun Baş direktoru bu il paytaxt Bakının
İslam mədəniyyətinin mərkəzi seçildiyini
vurğuladı. Dedi ki, Bakıda keçirilən tədbir
İslam ölkələrinin bir-birlərini daha yaxşı
tanımaları üçün gözəl fürsətdir. O, konfransın
dünya ölkələrinin dostcasına yaşamağa
dəvət etmək üçün xüsusi vasitə olduğunu söylədi.
Sonda məktəbdə gördüklərindən razılığını
ifadə edən cənab Əbdüləziz bin Osman əl-Tüveycri
xatirə kitabına ürək sözlərini yazdı. Y.ƏLİYEV
|