|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı "Azərbaycan Respublikası Prezidentinin
fərdi təqaüdünün təsis edilməsi haqqında"
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun
tarixli, 715 nömrəli fərmanına uyğun olaraq qərara
alıram: 1. Azərbaycanda mədəniyyət,
səhiyyə və təhsilin inkişafında böyük
xidmətləri olan aşağıdakı şəxslərə
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri
verilsin: Bağırov Adil Kamil oğlu Hüseynova Solmaz Hüseyn qızı Xəlilov Fərhad Qurban oğlu Kərimov Yəhya Şəfi oğlu Mirzəyev Həsən İbrahim oğlu 2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn
məsələləri həll etsin. 3. Bu sərəncam imzalandığı
gündən qüvvəyə minir. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 aprel 2009-cu il
|
Ukrayna Prezidenti Bakı Slavyan Universitetinin müəllim və tələbələri ilə görüşüb Ukrayna
Prezidenti Viktor Yuşşenko və xanımı Katerina Yuşşenko
aprelin 10-da Bakı Slavyan Universitetində (BSU) olmuşlar. Xatırladaq ki, Ukrayna ilə Azərbaycan
arasında əməkdaşlığın inkişafında,
xalqlarımızın dostluq münasibətlərinin möhkəmlənməsində,
elm, təhsil və mədəniyyət sahəsində
əlaqələrin genişlənməsi və dərinləşməsində
görkəmli xidmətlərinə görə Ukrayna Prezidenti Viktor
Yuşşenko 2006-cı ildə BSU-nun fəxri doktoru adına
layiq görülmüşdür. Ukrayna Prezidentini və xanımını
burada səmimiyyətlə, gül-çiçəklə qarşıladılar.
Ukrayna dövlətinin başçısı
əvvəlcə Taras Şevçenko adına Ukrayna dili linqafon
kabinetinin açılışında iştirak etdi. Sonra Prezident Yuşşenko və xanımı
Ukrayna Mədəniyyət Mərkəzi və Ukrayna bazar günü
məktəbi ilə tanış oldular. Məktəbin
dinləyiciləri və BSU-da ukraynaşünaslıq ixtisası
üzrə təhsil alan tələbələr ali qonağı
və xanımını Ukrayna dilində səmimiyyətlə
salamladılar. Prezident Viktor Yuşşenkoya məlumat
verildi ki, 2001-ci ildə Ukrayna Ali Radasının sədri İvan
Plyuş tərəfindən açılan Ukrayna
Mədəniyyət Mərkəzi hazırda universitetdə
fəaliyyət göstərən mərkəzlərdən
birincisidir. Onun nəzdindəki Ukrayna bazar günü məktəbi
isə respublikamızda ilk belə məktəbdir. Daha sonra Prezident Viktor Yuşşenko
universitetin elmi şurasının üzvləri, professor-müəllim
heyəti və tələbələri ilə görüşdü. BSU-nun rektoru, AMEA-nın müxbir üzvü Kamal
Abdullayev ali qonağı universitetin professor-müəllim
heyəti və tələbələri adından salamladı.
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||
"Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin ilk mərhələsi başa çatdı Təhsil Nazirliyindən aldığımız
məlumata əsasən, "Ən yaxşı ümumtəhsil
məktəbi" və "Ən yaxşı müəllim"
müsabiqələrinin I mərhələsi artıq başa
çatıb. "Ən yaxşı müəllim" müsabiqəsində iştirak etmək üçün
Təşkilat Komitəsinə 450 nəfər müraciət
edib. Müsabiqənin keçirilməsi ilə bağlı
təsdiq olunmuş "Qaydalar"a uyğun olaraq
Təhsil Nazirliyində yaradılmış işçi qrupu
onların sənədlərinin ekspertizasını aparıb
və şərtlərə uyğun gəlmədiyi üçün
4 nəfərin (direktor müavini, psixoloq, pedaqoji iş stajı
az olan, əsas iş yeri məktəb olmayan) adı siyahıdan
çıxarılıb.
|
Təhsil naziri Misir Mərdanov Salyan rayonunda olub Aprelin 11-də Azərbaycan Respublikasının
təhsil naziri Misir Mərdanov Salyan rayonunda olub. Nazir öncə
rayonun Yeni Uluxanlı kəndində tikilmiş 200 şagird
yerlik yeni məktəb binasının açılışında
iştirak edib. Binanın rəmzi açılışını bildirən lent kəsildikdən sonra Misir Mərdanov və açılış mərasimində iştirak edən Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rasim Bəşirov, akademik Budaq Budaqov, millət vəkili Fəzail Ağamalı məktəbin pedaqoji və şagird kollektivini, kənd sakinlərini aldıqları dəyərli hədiyyə münasibəti ilə təbrik ediblər. Məktəbin kimya müəllimi Fatma Əsgərova çıxış edərək təhsilə göstərdiyi diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. Məktəblə tanış olan təhsil naziri onun tərtibatını yüksək qiymətləndirib, ölkə Prezidentinin sərəncamı ilə 2008-ci ildə 125 illiyi qeyd edilmiş Uluxanlı məktəbinin yetirmələrinin nailiyyətləri ilə tanış olub, sinif otaqlarına, kompüter kabinetinə, laboratoriyalara, kitabxanaya, idman və iclas zallarına baxıb, şagird və müəllimlərlə söhbət edib, onlara məsləhətlər verib. |
"Xalq kompüteri" layihəsinə start verildi Aprelin
10-da "Park İNN-Azərbaycan" otelində
Azərbaycan Respublikası Rabitə və İnformasiya
Texnologiyaları, Təhsil nazirlikləri, HP və Microsoft
şirkətlərinin birgə təşkilatçılığı
ilə həyata keçirilən "Xalq kompüteri"
layihəsinin icrasına başlanmasına həsr olunmuş
təntənəli mərasim keçirildi. Qeyd edək ki, layihənin əsas
məqsədi əhalinin aztəminatlı sosial
təbəqələrinin lisenziyalı proqramlarla
təchiz edilmiş müasir kompüterləri güzəştli
şərtlərlə əldə etməsinə şərait
yaratmaq və bölgələrdə İKT-nin tətbiqini
genişləndirməklə Azərbaycan hökumətinin
informasiya cəmiyyətinin inkişaf etdirilməsi
istiqamətindəki fəaliyyətini
dəstəkləməkdir. Təşkilatçıların qərarına əsasən, ilkin mərhələdə 4 ay müddətini əhatə edən pilot layihə icra ediləcəkdir. |
Azərbaycan
təhsili: yaxın keçmişə, bu günə və
gələcəyə bir baxış Artıq 11 ildir ki, Azərbaycan Respublikasının təhsil naziri vəzifəsində çalışıram. Bu illər ərzində təhsil sahəsində görülən işlərin bilavasitə iştirakçısı olmuş, bütün səylərimi problemlərin, çətinliklərin aradan qaldırılmasına yönəltmişəm. Hər zaman istəmişəm və çalışmışam ki, təhsilin bütün pillələrində effektli yeniliklər olsun, Azərbaycanın təhsili yeniləşsin, milli və bəşəri dəyərlərə əsaslansın, Avropa və dünya təhsil sisteminə uğurla inteqrasiya olunsun. Bu istiqamətdə müəyyən addımlar atılıb. İndiyə qədər biz daha çox ümumi təhsilin problemlərinə, bu sahə üzrə görülən işlərə diqqət yetirmişik, etiraf edim ki, əsaslı nailiyyətlər də əldə olunub. Bunu da təbii hesab edirəm. |
"Ən yaxşı müəllim" müsabiqəsinin ilk mərhələsindən keçən müəllimlərin II mərhələdə sınaq
dərsləri dinləniləcək Aprelin 14-də Təhsil Nazirliyində nazir
Misir Mərdanovun "Ən yaxşı müəllim" müsabiqəsinin
II mərhələsini keçirən fənn komissiyalarının
üzvləri və bu mərhələnin keçiriləcəyi
məktəblərin direktor və direktor müavinləri
ilə görüşü oldu. Görüş iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin artıq ikinci ildir ki, keçirildiyini, ötən il respublikamızın ən tanınmış və nüfuzlu müəllim və məktəblərinin bu müsabiqənin qalibi olduğunu söylədi. Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən təhsil işçilərinə daim diqqət və qayğı göstərildiyini vurğulayan nazir müsabiqələrin keçirilməsinin, həmçinin təhsil işçilərinin mütəmadi olaraq fəxri ad və mükafatlara layiq görülməsini buna bariz nümunə olduğunu dedi. |
Təhsil naziri "British Council"in ölkə üzrə direktoru ilə görüşüb Aprelin
15-də təhsil naziri Misir Mərdanov "British
Council" təşkilatının
ölkə üzrə direktoru
xanım Nikol
lə Os de Lalüvye ilə
görüşüb. Nazir qonağı səmimi
salamlayıb və
bu təşkilatın ölkəmizdə apardığı
layihələrdən razılığını
ifadə edib. Xanım Nikol lə Os de Lalüvye ölkəmizdə ingilis dilinin tədrisi layihəsi üzrə həyata keçirilən tədbirlər və ingilis dili müəllimlərinin təkmilləşdirilməsi istiqamətində görülən işlər haqqında danışıb. Qonaq "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində aparılan işlərə dəstək göstərməyə hazır olduqlarını bildirib və müvafiq təkliflərlə çıxış edib. |
Nümayəndə heyətinin hesabatı dinlənilib Aprelin 16-da
Təhsil Nazirliyində Litva Respublikasına səfər
etmiş nümayəndə heyətinin
təqdimat-məruzəsi dinlənilib. Təhsil naziri Misir Mərdanov iclası giriş
sözü ilə açaraq bildirib ki, nümayəndə heyəti
Litva Respublikasının məktəb
şəbəkəsinin
rasionallaşdırılması
və şagirdbaşına
maliyyələşdirilməsi islahatları üzrə
təcrübəsi ilə yaxından tanış olub. Təhsil Nazirliyi İqtisadiyyat şöbəsinin müdir müavini Orxan Kərimov "Azərbaycan Respublikasının Təhsil Nazirliyinin nümayəndə heyətinin Litva Respublikasının təhsil sisteminin öyrənilməsi ilə bağlı 30 mart-6 aprel 2009-cu il tarixlərində həmin ölkəyə olan tədris səfərinin hesabatı" mövzusunda təqdimat-məruzə edib.
|
Məqsəd ixtisasartırmada distant təhsilin tətbiqidir Bakıdakı
A.Hüseynzadə adına 20 nömrəli
məktəb-liseydə "Pedaqoji kadrların ixtisasartırma
problemlərinə müasir yanaşmalar" mövzusunda
"dəyirmi masa" keçirildi. Qonaqları salamlayan 20 nömrəli
məktəb-liseyin direktoru, əməkdar müəllim Əkbər
Qocayev rəhbərlik etdiyi təhsil müəssisəsində
görülən işlər barədə qısa məlumat
verdi. Sonra tədbirdə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru, professor Asəf Zamanov çıxış etdi.
|
Məktəblilərin şahmat üzrə respublika çempionatı Təhsil Nazirliyinin 2 mart 2009-cu il tarixli 239
nömrəli əmrinə müvafiq olaraq aprelin 4-dən
10-dək Bakıda məktəblilərin şahmat üzrə
respublika çempionatı keçirilib. IX-X əsrlərdə yaşamış
görkəmli Azərbaycan şahmatçısı
Cəlaləddin Naxçıvaninin xatirəsinə həsr
olunmuş çempionatda ölkənin müxtəlif şəhər
və rayonlarını təmsil edən 46 komanda
tərkibində 110 oğlan və 44 qız şahmatçı
iştirak edib. "Təhsil" Respublika
İdman Mərkəzinin İxtisaslaşdırılmış
Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat
Məktəbində təşkil olunmuş turnir oğlan
və qızlar arasında üç yaş qrupu üzrə ayrılıqda
"İsveçrə" sistemi ilə keçirilib və 9
turdan ibarət olub.
|
British Council-in Azərbaycanda yeni layihəsi - 20 Müəllimlərin,
şagirdlərin və ingilis dilini öyrənənlərin
nəzərinə! Xarici dilin öyrənilməsi sahəsində tam yeni və orijinal metodologiya!
|