|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Təhsil Nazirliyində görüş Aprelin
13-də təhsil naziri Misir Mərdanov
Dünya Bankının ölkəmizə gəlmiş missiyası ilə
görüşüb. Qonaqları səmimi
salamlayan nazir Təhsil Sektorunun İnkişafı üzrə
I Layihə çərçivəsində fəaliyyət
istiqamətləri və bu layihənin müddətinin uzadılması
məsələsindən söz açıb. Nazir
ilkin layihədə qeyd
olunan tapşırıqların
həyata keçirilməsi istiqamətində reallaşdırılan
tədbirlər, müəllim və
peşə hazırlığı, yeni kurikuluma keçid
və bununla bağlı dərslik komplektlərinin
hazırlanması, qiymətləndirmə üzrə aparılan
işlər barədə
qonağa məlumat
verib. Eyni
zamanda nazir 2009-2010-cu dərs ili
üzrə orta
məktəblərin II sinifləri üçün
dərsliklərin hazırlanması istiqamətində müvafiq iş
aparıldığını,
mayın sonunadək nəzərdə
tutulan komplektlərin hazır olacağını bildirib.
Nazir həmçinin əlavə təhsil, adambaşına
maliyyələşdirmə və rasionallaşdırma üzrə
tədbirlərin də diqqət mərkəzində olduğunu
qeyd edib. Missiyanın
rəhbəri, Dünya Bankının təhsil üzrə
eksperti cənab Xuan
Moreno təhsil naziri
Misir Mərdanova görülən işlərlə bağlı
ətraflı məlumat verdiyi üçün təşəkkür
edib. X.Moreno II layihədə nəzərdə tutulan
məsələlər üzrə nazirliyin müvafiq
şöbələrində görüşlər keçirdiklərini
və səmərəli
müzakirələr apardıqlarını
qeyd edib. Qonaq
həmçinin təhsil
statistikası üzrə onlara təqdim
edilən hesabatdan razılığını
ifadə edib. Səmimi
və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə
II layihədə nəzərdə tutulan
digər məsələlər ətrafında müzakirələr
aparılıb.
Təhsil naziri "British Council"in ölkə üzrə direktoru ilə görüşüb Aprelin
15-də təhsil naziri Misir Mərdanov "British
Council" təşkilatının
ölkə üzrə direktoru
xanım Nikol
lə Os de Lalüvye ilə
görüşüb. Nazir qonağı səmimi
salamlayıb və
bu təşkilatın ölkəmizdə apardığı
layihələrdən razılığını
ifadə edib. Xanım Nikol
lə Os de Lalüvye ölkəmizdə
ingilis dilinin tədrisi layihəsi üzrə həyata
keçirilən tədbirlər və ingilis dili müəllimlərinin təkmilləşdirilməsi
istiqamətində görülən işlər haqqında
danışıb. Qonaq "2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə
təhsili üzrə Dövlət Proqramı" çərçivəsində
aparılan işlərə dəstək
göstərməyə hazır olduqlarını
bildirib və müvafiq təkliflərlə
çıxış edib. Xanım
Lalüvye vurğulayıb
ki, "British Council" pilot olaraq azərbaycanlı
gənclərin həmin proqram çərçivəsində
Böyük Britaniyanın ali məktəblərinin
magistratura pilləsində təhsil almasını
həyata keçirmək niyyətindədir. Bununla bağlı
müvafiq təcrübəyə yiyələndiklərini önə
çəkən qonaq ilkin olaraq 20
tələbənin seçilməsinin məqsədəmüvafiqliyini
qeyd edib. Qonağın
fikirlərini yüksək dəyərləndirən
Misir Mərdanov seçim prosesinin "British Council"
tərəfindən keçirilməsinin daha
məqsədəuyğun olduğunu
vurğulayıb və verilən təkliflərin
yaxın zamanda nazirliyə
təqdim edilməsinin vacibliyini bildirib. Görüşdə
Azərbaycan hökuməti ilə razılaşdırıldıqdan
sonra müvafiq təkliflər əsasında memorandum imzalanması, birgə seçim prosedurlarının
hazırlanması və Dövlət Proqramı
çərçivəsində
nəzərdə tutulan bir sıra
digər məsələlər üzrə faydalı
müzakirələr aparılıb.
Nümayəndə
heyətinin hesabatı dinlənilib
Aprelin 16-da
Təhsil Nazirliyində Litva Respublikasına səfər
etmiş nümayəndə heyətinin
təqdimat-məruzəsi dinlənilib. Təhsil naziri Misir Mərdanov iclası giriş
sözü ilə açaraq bildirib ki, nümayəndə heyəti
Litva Respublikasının məktəb
şəbəkəsinin
rasionallaşdırılması
və şagirdbaşına
maliyyələşdirilməsi islahatları üzrə
təcrübəsi ilə yaxından tanış olub. Təhsil Nazirliyi İqtisadiyyat şöbəsinin
müdir müavini Orxan
Kərimov "Azərbaycan Respublikasının
Təhsil Nazirliyinin nümayəndə heyətinin Litva
Respublikasının təhsil sisteminin öyrənilməsi
ilə bağlı 30 mart-6 aprel
2009-cu il tarixlərində
həmin ölkəyə olan tədris səfərinin
hesabatı" mövzusunda təqdimat-məruzə edib. O öz təqdimatında Təhsil
Sektorunun İnkişafı üzrə İkinci Layihənin
(2009-2014-cü illər) "Məktəb şəbəkəsinin
rasionallaşdırılması
və şagirdbaşına maliyyələşdirilməsi islahatlarının
qiymətləndirilməsi" alt-komponenti çərçivəsində
Litva Respublikasının
təcrübəsinin öyrənilməsindən söz açıb,
bu ölkənin təhsil sistemi, ümumtəhsil məktəbləri, məktəb
şəbəkəsinin optimallaşdırılmasının
strateji prinsipləri haqqında məlumat
verib.O.Kərimov eləcə də Litva Respublikasının Şilut rayonu üzrə
məktəb şəbəkəsinin
optimallaşdırılması təcrübəsindən
və bu barədə görülmüş
işlərdən bəhs edib. Görüşdə iştirak edən
Dünya Bankının təhsil
üzrə eksperti
cənab Xuan
Moreno məktəblərin
rasionallaşdırılması
tədbirlərinə uyğun olaraq öz
təkliflərini irəli sürüb, rasionallaşdırma
nəticəsində qənaət edilmiş vəsaitin
xərclənmə istiqamətlərindən söz açıb. Sonda iştirakçılar
məruzə ətrafında müzakirələr aparıblar.
|