|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı "Azərbaycan Respublikası Prezidentinin
fərdi təqaüdünün təsis edilməsi haqqında"
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun
tarixli, 715 nömrəli fərmanına uyğun olaraq qərara
alıram: 1. Azərbaycanda mədəniyyət,
səhiyyə və təhsilin inkişafında böyük
xidmətləri olan aşağıdakı şəxslərə
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri
verilsin: Bağırov Adil Kamil oğlu Hüseynova Solmaz Hüseyn qızı Xəlilov Fərhad Qurban oğlu Kərimov Yəhya Şəfi oğlu Mirzəyev Həsən İbrahim oğlu 2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn
məsələləri həll etsin. 3. Bu sərəncam imzalandığı
gündən qüvvəyə minir. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 aprel 2009-cu il "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasının Milli
Məclisi qərara alır: I. "Kütləvi informasiya
vasitələri haqqında" Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2000-ci il, N
2,
maddə 82; 2001-ci il, N 12, maddə 736; 2002-ci il,
N 3, maddə 116, N 5, maddə
245; 2004-cü il, N 2, maddələr 57, 58; 2005-ci il, N 4,
maddə 278; 2007-ci il, N 8, maddə 752, N 11, maddə 1079)
19-cu maddəsinə aşağıdakı məzmunda
ikinci hissə əlavə edilsin: "Müvafiq icra hakimiyyəti orqanı: 1) əcnəbi və ya ali təhsili olmayan
şəxs mətbu nəşrin redaktoru (baş redaktoru)
vəzifəsinə təyin edildikdə; 2) kütləvi informasiya azadlığından
və jurnalist hüququndan sui-istifadə etməyə görə
inzibati məsuliyyətə cəlb edildikdən sonra
həmin əməli il ərzində təkrar törətdikdə
mətbu nəşrin fəaliyyətinin iki ay müddətinə
dayandırılması barədə məhkəmə qarşısında
iddia qaldırır". II. Bu qanun dərc edildiyi gündən qüvvəyə
minir. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 mart 2009-cu il "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı "Kütləvi informasiya vasitələri
haqqında" Azərbaycan Respublikasının Qanununa
əlavə edilməsi barədə" Azərbaycan
Respublikasının 2009-cu il 6 mart tarixli 774-IIIQD nömrəli
Qanununun qüvvəyə minməsi ilə əlaqədar
həmin Qanunun tətbiq edilməsini təmin etmək
məqsədi ilə qərara alıram: 1. Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının
"Kütləvi informasiya vasitələri haqqında"
Azərbaycan Respublikasının Qanununa əlavə
edilməsi barədə" Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılması barədə
təkliflərini hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin; 1.2. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti
orqanlarının normativ-hüquqi aktlarının həmin
Qanuna uyğunlaşdırılmasını təmin etsin
və bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin; 1.3. öz səlahiyyətləri daxilində
"Kütləvi informasiya vasitələri haqqında"
Azərbaycan Respublikasının Qanununa əlavə
edilməsi barədə" Azərbaycan Respublikasının
Qanunundan irəli gələn digər
məsələləri həll etsin. 2. Müəyyən edilsin ki, "Kütləvi
informasiya vasitələri haqqında" Azərbaycan
Respublikası Qanununun 19-cu maddəsinin ikinci
hissəsində nəzərdə tutulmuş "müvafiq
icra hakimiyyəti orqanı"nın
səlahiyyətlərini Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi həyata keçirir. 3. Bu fərman dərc edildiyi gündən
qüvvəyə minir. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 aprel 2009-cu il
|