|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
"Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin ilk mərhələsi başa çatdı Təhsil Nazirliyindən aldığımız
məlumata əsasən, "Ən yaxşı ümumtəhsil
məktəbi" və "Ən yaxşı müəllim"
müsabiqələrinin I mərhələsi artıq başa
çatıb. "Ən yaxşı müəllim" müsabiqəsində iştirak etmək üçün
Təşkilat Komitəsinə 450 nəfər müraciət
edib. Müsabiqənin keçirilməsi ilə bağlı
təsdiq olunmuş "Qaydalar"a uyğun olaraq
Təhsil Nazirliyində yaradılmış işçi qrupu
onların sənədlərinin ekspertizasını aparıb
və şərtlərə uyğun gəlmədiyi üçün
4 nəfərin (direktor müavini, psixoloq, pedaqoji iş stajı
az olan, əsas iş yeri məktəb olmayan) adı siyahıdan
çıxarılıb. Sənədləri qəbul olunmuş müəllimlərin
göstəriciləri müvafiq əmsallar tətbiq
edilməklə 16 parametr üzrə qiymətləndirilib
və müvafiq bal toplayan 217 nəfər növbəti
mərhələyə buraxılıb. Həmin müəllimlər
II mərhələdə sınaq dərsi
deməlidirlər. Müvafiq bal toplayan 217 nəfər arasında
ibtidai sinif müəllimləri çoxluq təşkil edir. Onların
sayı 46 nəfərdir. İştirakçılardan 44-ü
ingilis dili, 27-si tarix, 18-i Azərbaycan dili və
ədəbiyyat, 19-u riyaziyyat, 15-i biologiya, 10-u fizika, 8-i coğrafiya,
10-u kimya, 6-sı informatika, 4-ü rus dili müəllimidir. Alman
dili, fransız dili, musiqi, fiziki tərbiyə və
iqtisadiyyatın əsasları fənlərinin hər
birini 2 müəllim təmsil edir. Bu dəfə də müsabiqədə
ən çox müəllim Bakı şəhərindəndir.
Onların sayı 86 nəfərdir. İddiaçılar arasında
Təhsil Nazirliyinin tabeliyindəki məktəbləri 30,
Sumqayıt məktəblərini 21, İsmayıllı
rayonunu 6, Gəncə şəhəri, Abşeron,
Bərdə və Zaqatala rayonlarının hər birini 5
müəllim təmsil edir. Aprelin 20-dən etibarən "Ən yaxşı
müəllim" müsabiqəsinin ikinci
mərhələsində iştirak edən 217 müəllimin
sınaq dərslərinin dinlənilməyə başlanılması
nəzərdə tutulur. "Ən yaxşı ümumtəhsil
məktəbi" müsabiqəsində isə iştirak
etmək üçün müraciət
etmiş 139 məktəbin Təhsil Nazirliyində yaradılmış
işçi qrupu tərəfindən göstəriciləri müəyyən
edilmiş şərtlər daxilində müvafiq əmsallar
tətbiq olunmaqla 17 parametr üzrə qiymətləndirilib.
Təşkilat Komitəsinin qərarı ilə 139
məktəbdən 105-nin ikinci mərhələyə
buraxılması məqsədəuyğun
hesab edilib. Samirə KƏRİMOVA |