|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə |
Məktəblilərin şahmat üzrə respublika çempionatı Təhsil Nazirliyinin 2 mart 2009-cu il tarixli 239
nömrəli əmrinə müvafiq olaraq aprelin 4-dən
10-dək Bakıda məktəblilərin şahmat üzrə
respublika çempionatı keçirilib. IX-X əsrlərdə yaşamış
görkəmli Azərbaycan şahmatçısı
Cəlaləddin Naxçıvaninin xatirəsinə həsr
olunmuş çempionatda ölkənin müxtəlif şəhər
və rayonlarını təmsil edən 46 komanda
tərkibində 110 oğlan və 44 qız şahmatçı
iştirak edib. "Təhsil" Respublika
İdman Mərkəzinin İxtisaslaşdırılmış
Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat
Məktəbində təşkil olunmuş turnir oğlan
və qızlar arasında üç yaş qrupu üzrə ayrılıqda
"İsveçrə" sistemi ilə keçirilib və 9
turdan ibarət olub. Gərgin və maraqlı idman mübarizəsi
şəraitində keçən çempionata aprelin 10-da yekun
vurulub. 10 yaşadək oğlanların mübarizəsində
"Təhsil" RİM Respublika İxtisaslaşmış
Olimpiya Ehtiyatları UGİŞM-nin yetirmələri çingiz
Qasımov I, Vüqar Əsədli II, Sumqayıt
məktəblisi Məhərrəm Cəfərov III, Qaxdan
olan Paşazadə Qax isə IV yeri tutub. Həmin yaş
qrupunda qızlar arasında Aytən Səfərova (I yer,
Neftçala), Vüsalə Quliyeva (II yer, Dəvəçi), Xalidə
Abdullayeva (III yer, RİOEUGŞM) və Zeynəb İsmayılzadə
(IV yer, Mingəçevir) fərqlənib. 13 yaşadək oğlanların yarışında
Cavidan Babazadə (Lənkəran), Teymur Sultanov (2 N-li UGİŞM),
Elvin Bayramov (Quba) və Kənan Mahmudzadə (Sumqayıt) müvafiq
olaraq I, II, III və IV yerlərə çıxıblar. Bu yaşdan
olan qızlar arasında isə yerlər belə bölünüb:
I yer - Məryəm Eyyubzadə (2 N-li UGİŞM); II yer
- Sevinc Mirzəyeva (1 N-li
UGİŞM); III yer - Zeynəb Ramazanova (Gəncə); IV
yer - Nəcabət Süleymanova (Xaçmaz). 16 yaşlı oğlanların mübarizəsində
Anar Ələkbərov (RİOEUGŞM) I, Xəyalə
Abdulla (1 N-li UGİŞM) II, Nərmin Kazımova (1 N-li
UGİŞM) III, Şücaət Orucov (Masallı) IV olublar.
Qızlardan isə Nigar Novruzova (RİOEUGŞM) I,
Xədicə Xəlilova (Zaqatala) II, Gülmirə Qocayeva
(Gəncə) III, Cəmilə Musayeva (Balakən) IV yeri
tutublar. ümumi komanda hesabında 1 N-li UGŞDM I, RİOEUGŞM
II, Gəncə III yerə layiq görülüblər. Bunlarla yanaşı, oğlanlar və qızlar
arasında da qalib komandalar müəyyənləşib. 1 nömrəli
İGŞDM-nin oğlanlardan ibarət komandası I, RİOEUGŞM-nin
komandası II, Gəncə şəhərinin
məktəbli oğlanlardan ibarət komandası isə
III yeri tutub. Qızlardan ibarət aşağıdakı
komandalar mükafata layiq yerlərə çıxıblar. RİOEUGŞM
- I yer, Gəncə - II yer, Neftçala - III yer. Elə həmin gün yarışların
təşkil olunduğu "Təhsil" RİM Respublika
İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları
Uşaq-Gənclər Şahmat Məktəbində çempionatın
bağlanışı və qaliblərin mükafatlandırılması
mərasimi keçirilib. Mərasimdə iştirak edən
təhsil nazirinin müavini Elmar Qasımov qalibləri
təbrik edib, onlara daha böyük idman uğurları arzulayıb.
Nazir müavini ölkəmizdə idmana göstərilən qayğıdan,
şahmatın inkişafı üçün atılan addımlardan
danışıb, Azərbaycan
idmançılarının
son illər
mötəbər idman
turnirlərində uğurlu
çıxışlarını
bu qayğıya
layiqli cavab
kimi qiymətləndirib, yeniyetmə idmançıları
yaradılmış şəraitdən
istifadə edərək
öz ustalıqlarını
daim artırmağa
çağırıb. Mərasimdə çempionatda I, II və III
yerləri tutan gənc şahmatçılara və komandalara
Təhsil Nazirliyi tərəfindən diplomlar və
qiymətli hədiyyələr təqdim olunub. Yusif ƏLİYEV |