· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Təhsil naziri Misir Mərdanov Salyan rayonunda olub

Aprelin 11-də Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov Salyan rayonunda olub. Nazir öncə rayonun Yeni Uluxanlı kəndində tikilmiş 200 şagird yerlik yeni məktəb binasının açılışında iştirak edib.

Binanın rəmzi açılışını bildirən lent kəsildikdən sonra Misir Mərdanov və açılış mərasimində iştirak edən Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rasim Bəşirov, akademik Budaq Budaqov, millət vəkili Fəzail Ağamalı məktəbin pedaqoji və şagird kollektivini, kənd sakinlərini aldıqları dəyərli hədiyyə münasibəti ilə təbrik ediblər. Məktəbin kimya müəllimi Fatma Əsgərova çıxış edərək təhsilə göstərdiyi diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. Məktəblə tanış olan təhsil naziri onun tərtibatını yüksək qiymətləndirib, ölkə Prezidentinin sərəncamı ilə 2008-ci ildə 125 illiyi qeyd edilmiş Uluxanlı məktəbinin yetirmələrinin nailiyyətləri ilə tanış olub, sinif otaqlarına, kompüter kabinetinə, laboratoriyalara, kitabxanaya, idman və iclas zallarına baxıb, şagird və müəllimlərlə söhbət edib, onlara məsləhətlər verib. Sonra Misir Mərdanov rayonun qabaqcıl təhsil işçilərinin iştirakı ilə geniş müşavirə keçirib. Müşavirədə təhsil naziri ölkədə aparılan təhsil islahatlarından, test üsulu ilə keçirilən buraxılış imtahanlarından, onun əhəmiyyətindən, bu sahədə rayon təhsil işçilərinin üzərinə düşən vəzifələrdən danışıb. Müşavirədən sonra M.Mərdanov yüksək, dövlət təltifləri olan, son dövrlərdə "Əməkdar müəllim" fəxri adına, "Tərəqqi" medalına layiq görülən, "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin qalibləri olan müəllim və məktəb rəhbərləri ilə görüşüb, qazandıqları uğurlara görə onları bir daha təbrik edib.

Təhsil naziri Misir Mərdanov həmin gün Salyan şəhər 7 nömrəli texniki fənlər təmayüllü məktəb-liseydə də olub, tədris ocağının fənn kabinetlərinə, kitabxanasına, idman zalına baxıb, müəllimlərlə fikir mübadiləsi aparıb və məktəbin parta, lövhə, stol, stul və digər avadanlıqlara olan ehtiyacının tezliklə ödənilməsi üçün müvafiq göstəriş verib.

 

Y.ƏLİYEV