· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 


B.e ç.a ç C.a C. Ş. B.
      1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31

 

 

Konstitusiyanı öyrənmək lazımdır. Konstitusiyanı dərk etmək lazımdır. Konstitusiyanın maddələrini, xüsusən vətəndaşların vəzifələrinə aid olan, vətəndaşların hüquqlarına aid olan maddələrini vətəndaş bilməlidir, bizim gənc vətəndaş bilməlidir və ona riayət etməlidir. Güman edirəm ki, bu vəzifələri siz özünüzün ümdə vəzifələriniz kimi qəbul etməlisiniz. Bir sözlə, əsas vəzifəmiz Azərbaycanın müstəqilliyini qoruyub saxlamaqdır...

Heydər ƏLİYEV

Prezident İlham Əliyevin beşillik fəaliyyətinə həsr olunmuş ikicildlik kitabın təqdimat mərasimi olub

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) "Dövlət idarəçiliyində varislik, novatorluq və dinamizm. İlham Əliyevin prezidentlik fəaliyyətinin xronikası: Rəsmi qəbul və səfərlərinin icmalı (2003- 2008)" adlı ikicildlik kitabın təqdimat mərasimi keçirilmişdir.

Elmi redaktoru, akademik Ramiz Mehdiyev olan kitabda İlham Əliyevin prezidentlik fəaliyyətinin beşillik dövrünün xronikası: rəsmi qəbul və səfərlərinin icmalı, habelə müxtəlif beynəlxalq qurumların nümayəndələri ilə görüşləri, məruzə, nitq, çıxış və müsahibələri əksini tapmışdır.

Mərasimdə DİA-nın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov ümummilli lider Heydər Əliyevin inkişaf strategiyasının layiqli davamçısı Prezident İlham Əliyevin siyasi xəttinin varislik, novatorluq və dinamizm prinsiplərinə əsaslandığını vurğulamışdır. Rektor dövlətimizin başçısının siyasi xəttinin cəmiyyətin mütləq əksəriyyəti tərəfindən dəstəkləndiyini və 2008-ci il oktyabrın 15-də ölkəmizdə keçirilmiş prezident seçkilərində bu həqiqətin bir daha təsdiqləndiyini söyləmişdir.

S.Qəndilov yeni nəşrin dövlətimizin başçısının idarəçilik fəaliyyətinin səmərəli nəticələrini öyrənmək baxımından məmurlarımız, eləcə də DİA-da hazırlanan ehtiyat kadrlar, təhsil alan müdavimlər, həmçinin geniş oxucu kütləsi üçün faydalı olduğunu bildirmişdir. 

  

 

 

Təhsil işçiləri referendumu dəstəkləyirlər

1993-cü il milli qurtuluşumuzun əsasının qoyulmasından başlayan demokratik dövlət quruculuğu yolunda atılan ən mühüm addımlardan biri də 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə ilk Konstitusiyamızın qəbul olunması oldu.

Müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkədə demokratik, hüquqi, dünyəvi və unitar dövlət qurulması işinə zəmin yaratdı. Bu dövr ərzində Konstitusiyamız insan və vətəndaş azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi elan edilmiş ölkəmizdə aparılan irimiqyaslı islahatlar üçün möhkəm qanunvericilik bazası yaratmağa imkan vermişdir.

Müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin uzaqgörən müdrik siyasəti nəticəsində bütün dünya müstəqil Azərbaycanımızı sivil yolla inkişaf edən demokratik ölkə kimi tanımağa başladı. Ulu öndərin milli və bəşəri dəyərlərə söykənən siyasi kursu bu gün uğurla davam etdirilir.

Birinci Beynəlxalq muğam festivalında Azərbaycan 3 ifaçı ilə təmsil olunacaq

Martın 10-da Abdulla Şaiq adına Dövlət Kukla Teatrında Azərbaycanda ilk dəfə keçiriləcək Beynəlxalq muğam festivalında iştirak edəcək muğam ifaçılarının I Respublika muğam müsabiqəsinin seçim turunun qaliblərinin adları açıqlanmışdır.

Müsabiqənin münsiflər heyətinin üzvü, Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kərimi bildirmişdir ki, bu yarışmada iştirak etmək üçün 104-dən çox ifaçı müraciət etmişdir. Martın 5-də keçirilmiş birinci turda 27 nəfər iştirak etmiş, onlardan 11-i II tura adlamışdır. İkinci turun nəticələrinə görə 3 nəfər qalib gələrək beynəlxalq müsabiqədə iştirak etmək hüququ qazanmışdır.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və təhsil naziri Misir Mərdanov qalibləri təbrik edərək bildirmişlər ki, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən Beynəlxalq muğam festivalı Azərbaycanın dünyada daha geniş tanınması, musiqimizin təbliği baxımından olduqca əhəmiyyətlidir. 

Muğam festivalı ilk dəfə Bakıda keçiriləcək

 

Son illərdə Şərq xalqlarının ənənəvi musiqisinin özünəməxsus janrlarının, o cümlədən Azərbaycan muğamının qorunması və inkişafı ümumdünya miqyasında diqqət mərkəzindədir. YUNESKO-nun bəşəriyyətin şifahi və qeyri-maddi irsinə dair şah əsərlərindən ibarət dünya siyahısına Azərbaycan muğamının daxil edilməsi bədii dəyərə malik olduğunu sübut edir.

Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə Bakıda keçiriləcək "Muğam aləmi" Beynəlxalq musiqi festivalı - 2009"-a Azərbaycan Mədəniyyətinin Dostları Fondu və Təhsil Nazirliyi dəstək verir. Bakıda həmçinin festivalda iştirak hüququ verən 1-ci Respublika muğam müsabiqəsi keçirilib. Bu məqsədlə martın 7-də Təhsil Nazirliyində təşkil olunmuş mətbuat konfransında təhsil naziri Misir Mərdanov bildirdi ki, ölkəmizdə son dövrlərdə muğama, xalq sənətinə, milli adət-ənənələrə böyük diqqət yetirilir. Bu, əsasən YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. 

Sumqayıtda Təhsil Nazirliyinin səyyar kollegiya iclası keçirilib

Martın 11-də Sumqayıtda Təhsil Nazirliyinin səyyar kollegiya iclası keçirilib. Kollegiya üzvləri ilə yanaşı Təhsil Nazirliyinin struktur-bölmə rəhbərlərinin, rayon təhsil şöbələri müdirlərinin, Bakı və Sumqayıtın məktəb direktorlarının iştirak etdikləri geniş iclasda "Sumqayıt Şəhər Təhsil Şöbəsi tərəfindən təhsil müəssisələrinin idarəolunmasında davamlı inkişafın təmin edilməsi" mövzusunda məsələ müzakirə olunub.

Kollegiya iclasını açan təhsil naziri Misir Mərdanov son illər Sumqayıtda bütün sahələrdə, o cümlədən təhsildə xeyli müsbət işlərin görüldüyünü, ciddi uğurların qazanıldığını bildirib. Nazir təhsilin bütün parametrləri üzrə Sumqayıtın göstəricilərinin respublika üzrə orta göstəricilərdən yüksək olduğunu, şəhər təhsil şöbəsində hər bir məktəb, müəllim və şagird haqqında məlumat bazasının yaradıldığını, təhsilin səmərəli idarəolunması sahəsində faydalı təcrübənin toplandığını vurğulayıb və səyyar kollegiyanın həmin təcrübənin öyrənilib yayılması üçün keçirildiyini söyləyib. 

Aspirantların və gənc tədqiqatçıların XIII Respublika elmi konfransı

Martın 6-da Azərbaycan Dövlət İqtisad Universitetində aspirantların və gənc tədqiqatçıların XIII Respublika elmi konfransı keçirildi.

Konfransın təntənəli açılış mərasiminin iştirakçılarını salamlayan Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov ölkəmiz müstəqillik əldə etdikdən sonra artıq on üçüncü dəfə təşkil edilən bu tədbirin gənclərin elmi-tədqiqat işinə maraqlarının artırılmasında, onların elmi araşdırmalarının nəticələrinin müzakirə edilməsində çox böyük əhəmiyyət kəsb etdiyini bildirdi.

Təhsil naziri elmi konfransda 20 ali məktəbin 300-dək gənc alim və tədqiqatçısının iştirak etdiyini diqqətə çatdırdı və ölkənin 50 ali təhsil müəssisəsinin bir çoxunun bu vacib tədbirdə təmsil olunmadığını təəssüf hissi ilə qeyd etdi.

Kurikulumlarla  işləyən  müəllimlərin  hazırlığı  üçün  nəzərdə  tutulan  təlim  kursunun  materialları  təqdim  olundu

 

Martın 10-da təhsil naziri Misir Mərdanovun iştirakı ilə kurikulumların tətbiq edildiyi ibtidai siniflərdə işləyən müəllimlərin nəzəri, eləcə də praktik cəhətdən hazırlıq səviyyələrinin artırılması ilə bağlı məsələyə həsr olunan iclas keçirildi. Tədbirdə təhsil  nazirinin müavinləri, müvafiq şöbə və struktur bölmələrinin rəhbərləri, Təhsil Problemləri İnstitutunun məsul əməkdaşları, alim və mütəxəssislər, paytaxtın bir sıra məktəblərinin direktorları, ibtidai sinif müəllimləri və b. iştirak edirdilər.

Bir ərizədə 39 səhv varsa...

Laçın rayonunun Qarakeçdi kənd sakini Əsəd Həsənov işdən qanunsuz çıxarılması ilə bağlı Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb. Surəti redaksiyamıza da daxil olan müraciətdə Əsəd müəllim məktəblərində dərs bölgüsündə olan əyintilərdən, xüsusən də direktorun bu məsələdə qohumbazlıq göstərməsindən, özünə qarşı olan haqsızlıqdan bəhs edir və kömək istəyir. Müraciətdə qeyd olunanların həqiqətə nə dərəcədə uyğun olmasını söyləmək çətindir. Bu, xüsusi araşdırma tələb edir və yəqin ki, araşdırılacaq da. Bizim diqqətimizi cəlb edən, ilk növbədə, müraciətin müəllim adına yaraşmayan dərəcədə savadsız yazılması oldu. 

Türkiyədə peşə təhsili

Müasir cəmiyyətdə baş verən sürətli dəyişikliklər bir daha sübut edir ki, təbii ehtiyatlara tələbat qeyri-stabil olsa da, insan kapitalına olan tələbat həmişə yüksək dəyərləndirilir. Son zamanlar qloballaşan dünyada baş verən böhran ölkələri təbii ehtiyatlardan daha səmərəli istifadə etməyə və daha çevik iqtisadi münasibətlərin formalaşmasına sövq edir. Bu proses bir daha bilik iqtisadiyyatının əhəmiyyətini artırır. Son illər Türkiyə Respublikasının sosial-iqtisadi həyatında baş verən yüksəlişlərin səbəbləri təhlil edilərkən zəngin təbii resurslara malik olmayan bir ölkənin ixracat potensialının artması iqtisadçıları çox maraqlandırır. Təhlilin nəticəsi kimi, bir faktor daha çox büruzə verir ki, ölkə bilik iqtisadiyyatının formalaşmasında böyük irəliləyişlər əldə etmişdir. Belə ki, ixracatın böyük hissəsini məhz yüksək bilik tələb edən texnologiya, maşınqayırma və cihazqayırma sahəsi təşkil edir. 

Gəncə təhsili inkişaf yollarında

Son günlər ulu Nizami yurdu - Gəncəyə qədəm basan hər bir kəs bu qədim şəhərdə aparılan quruculuq-abadlıq işləri ilə yanaşı, təhsilin də sürətli inkişafından heyrətlənməyə bilmir - "Cəmiyyət genişdir, maarif isə onu işıqlandıran Günəşdir", - deyən ulu öndər Heydər Əliyevin təhsilimizə göstərdiyi diqqət və qayğı bu gün də siyasi varislik nümunəsi kimi davam etdirilir və onun inkişafı üçün əsaslı islahatlar həyata keçirilir. Bu gün təhsilin inkişafı üçün ölkəmizin hər yerində olduğu kimi, Azərbaycanın ikinci sənaye və mədəniyyət mərkəzi olan Gəncə şəhərində də ardıcıl və məqsədyönlü tədbirlər görülür.  Hazırda Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyində 101 təhsil müəssisəsi vardır. Dərs ilinin əvvəlindən Gəncədə 44 orta, 1 əsas, 2 internat məktəb, 1 gimnaziya  fəaliyyət göstərir. Bu müəssisələrdə təhsil alan 41548 şagirdin təlim-tərbiyəsi ilə 4773 müəllim məşğul olur. 

British Council-in Azərbaycanda yeni layihəsi - 16

Müəllimlərin, şagirdlərin və ingilis dilini öyrənənlərin nəzərinə!

Xarici dilin öyrənilməsi sahəsində tam yeni və orijinal metodologiya!