|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Təhsil Nazirliyində görüş Martın 7-də təhsil naziri Misir
Mərdanov Avropa İttifaqının Təhsil və
Mədəniyyət üzrə Baş Direktorluğunun TEMPUS
üzrə nümayəndəsi xanım Helen Skikos və
Azərbaycanda Milli TEMPUS ofisinin
rəhbəri Pərviz Bağırovla görüşüb. Qonaqları səmimi salamlayan Misir
Mərdanov son illər ölkəmizdə ali təhsilin inkişafı
sahəsində görülən tədbirlərdən, bu
istiqamətdə atılan addımlardan danışıb.
Nazir Avropa İttifaqının TEMPUS, Erazmus-Mundus proqramları çərçivəsində
aparılan işlərdən söz açıb, ölkəmizdə
bu proqramlar üzrə layihələrin sayının artırılması
məsələsinə toxunub. Eyni zamanda nazir mövcud
istiqamətdə dəstək göstərməyə hazır
olduğunu bildirib. Xanım Helen Skikos təmsil olunduğu
qurumun fəaliyyəti, o cümlədən müvafiq proqramlar üzrə
həyata keçirilən layihələrlə bağlı
məlumat verib. Qonaq Avropa İttifaqının mövcud
proqramları çərçivəsində Azərbaycanın
ehtiyaclarına uyğun təhsil layihələrinin
həyata keçirilməsini önə çəkib. Eyni zamanda qonaq
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı" çərçivəsində görülən işlərdən
məlumatı olduğunu qeyd edib. Qarşılıqlı anlaşma şəraitində
keçən görüşdə gələcək
əməkdaşlıq, Təhsil Nazirliyinin TEMPUS proqramının
layihələrində birbaşa iştirakı, müvafiq işçi qrupun səmərəli
fəaliyyət göstərməsi, Avropa İttifaqı
ekspertlərinin iştirakı ilə "dəyirmi
masa" keçirilməsi və digər
məsələlər müzakirə
olunub.
|