|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Prezident İlham Əliyevin beşillik fəaliyyətinə həsr olunmuş ikicildlik kitabın təqdimat mərasimi olub Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasında (DİA) "Dövlət idarəçiliyində
varislik, novatorluq və dinamizm. İlham Əliyevin
prezidentlik fəaliyyətinin xronikası: Rəsmi qəbul
və səfərlərinin icmalı (2003- 2008)" adlı
ikicildlik kitabın təqdimat mərasimi keçirilmişdir. Elmi
redaktoru, akademik Ramiz Mehdiyev olan kitabda İlham Əliyevin
prezidentlik fəaliyyətinin beşillik dövrünün xronikası:
rəsmi qəbul və səfərlərinin icmalı,
habelə müxtəlif beynəlxalq qurumların nümayəndələri
ilə görüşləri, məruzə, nitq, çıxış
və müsahibələri əksini tapmışdır. Mərasimdə
DİA-nın rektoru, əməkdar elm xadimi, professor
Seyfəddin Qəndilov ümummilli lider Heydər Əliyevin
inkişaf strategiyasının layiqli davamçısı
Prezident İlham Əliyevin siyasi xəttinin varislik,
novatorluq və dinamizm prinsiplərinə əsaslandığını
vurğulamışdır. Rektor dövlətimizin başçısının
siyasi xəttinin cəmiyyətin mütləq
əksəriyyəti tərəfindən
dəstəkləndiyini və 2008-ci il oktyabrın
15-də ölkəmizdə keçirilmiş prezident seçkilərində
bu həqiqətin bir daha təsdiqləndiyini söyləmişdir.
S.Qəndilov
yeni nəşrin dövlətimizin başçısının
idarəçilik fəaliyyətinin səmərəli
nəticələrini öyrənmək baxımından
məmurlarımız, eləcə də DİA-da hazırlanan
ehtiyat kadrlar, təhsil alan müdavimlər, həmçinin geniş
oxucu kütləsi üçün faydalı olduğunu bildirmişdir. Təhsil
Nazirliyi tərəfindən dərs vəsaiti kimi tövsiyə
olunmuş kitabın rəyçisi professor Əli
Həsənov, tərtibçiləri professor Seyfəddin
Qəndilov, dosentlər Elçin Əhmədov və Elman
Nəsirovdur. AzərTAc
|