|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Son beş ildə Ağcabədidə 25 yeni məktəb binası istifadəyə verilib Ağcabədi rayonunda təhsil müəssisələrinin
maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni
məktəb binalarının tikilməsi, mövcud
məktəblərin təmir olunması
istiqamətində işlər 2008-ci ildə davam etdirilmişdir.
ötən il 360 şagird yerlik şəhər
7 nömrəli, 640 şagird yerlik şəhər 8 nömrəli,
180 şagird yerlik Xocavənd kənd əsas, 220 şagird
yerlik Şahsevən Təzəkənd kənd orta
məktəbləri üçün binalar tikilib istifadəyə
verilmiş, şəhər 1 və 11 nömrəli orta
məktəblər əsaslı təmir edilmişdir.
Hindarx qəsəbə 2 nömrəli əsas
məktəbinin və Xocavənd kənd 1 nömrəli orta
məktəbinin damı dəyişdirilmişdir. 480 şagird
yerlik Avşar kənd, 360 şagird yerlik
Gələbədin kənd və 320 şagird yerlik
Nəcəfqulubəyli kənd orta məktəbləri
üçün binaların tikintisinə başlanmışdır.
ümumiyyətlə, son beş ildə rayonda 25 yeni
məktəb binası tikilib istifadəyə verilmişdir.
"Yurdumuza
bahar gəlir" Bakıdakı 1 nömrəli orta ümumtəhsil
məktəbinin müəllim və şagirdləri Novruz
bayramını yüksək əhvali-ruhiyyə ilə qarşılamağa
hazırlaşırlar. "Yurdumuza bahar gəlir" adı
altında keçirilən tədbir məktəbin pedaqoji
kollektivi, valideynlər və şagirdlərin
bayram sevincindən xəbər verirdi. Təhsil ocağının
direktoru Elida Rzayeva tədbir iştirakçılarını
əziz bayram münasibəti ilə təbrik etdi.
Məktəbin şagirdləri şairlərimizin, aşıqlarımızın
Novruza, baharın gəlişinə həsr etdikləri
şeirlərindən parçalar söylədilər,
səhnəciklər göstərdilər.
Onlar nənə və babalarından eşitdikləri
xalq inanclarını, deyimlərini tədbir iştirakçılarına
çatdırdılar. Aşağı sinif şagirdlərinin
rəqs nömrələri maraqla qarşılandı.
Bayram mərasimində uşaqların milli
geyimlərdən istifadə etməsi tədbiri daha da
yaddaqalan etdi. Kosa
ilə keçəlin məzəli rəqsləri şagirdlərdə
yazla qışın görüşü təəssüratını
yaratdı. R. ZİYADOV
Yeni məktəb binası tikilir Zaqatala rayonunun Paşan kəndində 220
şagird yerlik yeni məktəb binasının
tikintisinə başlanılıb.
Dövlət vəsaiti hesabına tikilən, müasir
standartlara cavab verən ikimərtəbəli məktəb
binasında 11 sinif otağı, 2 laboratoriya, kompüter otağı,
kitabxana, bufet, xidməti otaqlar, habelə idman və akt
zalları tikiləcək. Bina müasir istilik sistemi ilə
də təchiz olunacaq. Yeni tədris
ocağının növbəti dərs ilinədək
istifadəyə verilməsi
nəzərdə tutulub.
|