Noyabrın 19-da S.C.Pişəvəri adına Respublika
Humanitar Fənlər Gimnaziyasında konfrans
zalının açılışı oldu.
Tədbirdə gimnaziyanın direktoru Novruz Dəmirov
konfrans zalında qoyulmuş kompüter vasitəsilə
ekranda gimnaziyanın ümumi fəaliyyəti və
qazandığı uğurlar haqqında məlumat verdi.Qeyd
olundu ki, "Ən yaxşı ümumtəhsil məktəbi"
müsabiqəsinin qalibi olan gimnaziyanın 41
sinfində 1258 şagird təhsil alır.Bu gün onların
yaxşı oxumaları üçün hər cür şərait yaradılıb.
Tədbirdə iştirak edən təhsil naziri Misir
Mərdanov konfrans zalının tərtibatından razı
qaldığını bildirdi. Bir sıra məsələlərə
münasibətini bildirən nazir gimnaziya haqqında
və pedaqoji kollektivin qarşısında duran
vəzifələrdən söz açdı.
Sonda Təhsil Nazirliyinin şöbə müdirlərindən
F.Qədirov, A.Əhmədov, F.Şahbazlı və başqalarının
çıxışları oldu və gimnaziyanın gələcək
fəaliyyəti ilə əlaqədar təkliflər səsləndi.
Şakir CƏFƏROV |