Xəbər verildiyi kimi, ölkəmizdə elan olunmuş
"Uşaq ili" və BMT-nin Uşaq Hüquqları
Konvensiyasının 20 illiyi münasibətilə
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə
müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə 20
oktyabr - 20 noyabr 2009-cu il tarixlərini əhatə
edən "Uşaqları dinləyək, onların iştirakını
təmin edək" devizi ilə Uşaq hüquqları aylığı
keçirilib.
Bu aylıq ərzində ölkənin şəhər və rayonlarında
Ombudsman aparatının və müvəkkilin regional
mərkəzlərinin əməkdaşları "dəyirmi masa"lar,
treninq-seminarlar keçirmiş, uşaq hüquqları üzrə
bir sıra maarifləndirmə tədbirləri təşkil
etmişlər.
"Atatürk" mərkəzində ombudsmanın BMT İctimai
İnformasiya Departamentinin Azərbaycan
nümayəndəliyi ilə birgə keçirdiyi Uşaq Hüquqları
Konvensiyasının 20 illiyinə həsr edilmiş
tədbirdə həmin müsabiqələrin qaliblərinin adları
açıqlanmışdır.
I, II və III yerləri tutan, ölkəmizin paytaxtını
və müxtəlif rayonları təmsil edən məktəblilərə
pul mükafatları və sertifikatlar təqdim edilib. |