Noyabrın 19-da "Park İNN-Azərbaycan" otelində
"Təhsil lüğəti" kitabının təqdimatı oldu.
Tədbiri Müasir Təhsil və Tədrisə Yardım
Mərkəzinin proqramlar üzrə direktoru Elmina
Kazımzadə açaraq "Təhsil lüğəti" kitabının Açıq
Cəmiyyət İnstitutu Yardım Fondunun dəstəyi ilə
icra olunan Təhsil Siyasəti Forumu layihəsi
çərçivəsində hazırlanaraq çap olunduğunu
bildirdi. Qeyd etdi ki, ictimaiyyətə təqdim
olunan "Təhsil lüğəti" təhsil sahəsindəki termin
və anlayışların qışa təsnifatını verir. Kitabla
bağlı digər məsələlərdən də ətraflı söz açan
Elmina xanım bu vəsaitin məktəb direktorları,
müəllim və tərbiyəçilər, tədqiqatçılar,
inzibatçılar, jurnalistlər və təhsil
islahatlarında maraqlı tərəflər üçün informasiya
mənbəyi kimi nəzərdə tutulduğunu söylədi.
çıxış üçün söz alan Müasir Təhsil və Tədrisə
Yardım Mərkəzinin Təhsil siyasəti layihəsinin
rəhbəri Nailə İsmayılova dünyada təhsilin
durmadan inkişaf etdiyini və bu dəyişikliklərin
təhsil sahəsində yeni ifadələrin, terminlərin
formalaşması ilə müşahidə olunduğunu qeyd etdi.
Bildirdi ki, dünya təhsilindəki
dəyişikliklərdən Azərbaycan da kənarda qalmır.
Geniş ictimaiyyət, xüsusilə təhsil işçiləri bu
dəyişiklikləri müşahidə edir, yeniliklərin
gətirdiyi yeni ifadə və terminləri eşidir, hətta
iş prosesində onlardan istifadə edirlər. Lakin
bəzən onlar barəsində dəqiq izahat olmadığı
üçün müəyyən çətinliklərlə üzləşilir. "Təhsil
lüğəti"nin çap olunması məhz bu zərurətdən
yaranmışdır.
çıxış edənlərdən "Təhsil lüğəti"nin redaktoru,
Azərbaycan Respublikası Təhsil Şurasının sədri,
professor Əjdər Ağayev, Təhsil Nazirliyinin şöbə
müdirləri Faiq Şahbazlı, Arif Muradov kitabın
əhəmiyyətindən, onun üstünlüklərindən
danışdılar, bir sıra məsələlərlə bağlı öz fikir
və mülahizələrini söylədilər.
Geniş diskussiya şəraitində keçən təqdimat
mərasimində həmçinin kitabın tərtibçilərindən
biri olan Ağdam rayonu 35 nömrəli köçkün orta
məktəbin ingilis dili müəllimi ,"Ən yaxşı
müəllim" müsabiqəsinin qalibi Hüzürə Ağayeva,
Bakıdakı 220 nömrəli məktəbin direktoru Almaz
Əsgərova və başqaları çıxış edərək ictimaiyyətə
təqdim olunan bu kitabın xüsusilə təhsil
işçilərinə termin və anlayışları düzgün şəkildə
anlamaqda və istifadə etməkdə yardımçı olacağını
qeyd etdilər.
Samirə KƏRİMOVA |