Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

6 Noyabr 2009 - ¹43

 

Donuz qripindən necə qorunmalı?

 

Meksikada başlayan donuz qripi (A/H1N1) epidemiyası tez bir zamanda dünyanın başqa ölkələrinə də yayılmaqda davam edir. Rusiya və Türkiyə məktəblərində baş verənlərin analoji olaraq təkrarlanmasının qarşısını almaq üçün ölkəmizdə aidiyyəti orqanlar tərəfindən bununla bağlı müvafiq tədbirlər həyata keçirilməyə başlanılıb. Gigiyena və Epidemiologiya Mərkəzinin məktubu əsasında ötən həftənin şənbə və bazar günlərində A/H1N1 virusunun yayılmasının qarşısını almaq məqsədilə dezinfeksiya işləri aparılıb. Paytaxtın 325 orta ümumtəhsil məktəbində profilaktik tədbirlər həyata keçirilib. Profilaktik tədbirlərin davamlı olaraq respublikanın bölgələrində fəaliyyət göstərən orta ümumtəhsil məktəblərində, həmçinin məktəbəqədər təhsil müəssisələrində aparılması nəzərdə tutulur. Artıq respublikanın bir neçə bölgəsində də   ümumtəhsil məktəblərində dezinfeksiya işləri başa çatıb.

Dezinfeksiya işləri təkcə donuz qripi ilə bağlı deyil, həm də soyuq aylarda qrip və tənəffüs yollarının xəstəliklərinin artma təhlükəsinin qarşısını almaq üçün həyata keçirilir. 

A/H1N1 virusunun əlamətləri 

Yüksək hərarət, öskürək, boğazda ağrı, zökəm, baş və əzələ ağrıları,  halsızlıq 

A/H1N1 virusundan necə qorunmalı? 

Yüksək hərarəti, öskürəyi olan şəxslərlə təmasdan çəkinmək, əlləri tez-tez sabunla yumaq, sabun və su olmadıqda  onları spirtli tamponla silmək, asqırdıqda, öskürdükdə ağızı salfet və ya dəsmalla örtmək, gözlərə, buruna, ağıza toxunmamağa çalışmaq, sağlam həyat tərzi keçirmək, o cümlədən normal yuxu rejiminə riayət etmək, vitaminlərlə zəngin qida qəbuluna fikir vermək, fiziki aktivliyi artırmaq, xəstələnərkən evdə qalmaq və həkimə müraciət etmək 

Onu da qeyd edək ki, bu yaxınlarda  Azərbaycana donuz qripinə qarşı vaksinlər gətiriləcək.

Bəs görəsən uzun müddət dünyanı səksəkədə  saxlayan  donuz qripi adı ilə tanınan A/H1N1 virusunun əlamətləri nədir? Bu virus özünü hansı formada göstərir? Ondan necə qorunmaq olar? İnsanlar bu təhlükə ilə üzləşməmək üçün nə kimi qaydalara riayət  etməlidirlər? ümumiyyətlə, məktəbəqədər təhsil  və orta ümumtəhsil  məktəblərində, ali təhsil ocaqlarında  donuz qripi epidemiyasının yayılmasının qarşısının  alınması üçün nələrə diqqət artırılmalı və nəzarət gücləndirilməlidir?

Bu və ya digər suallara aydınlıq gətirmək üçün Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının direktor müavini, tibb elmləri namizədi Şair Qurbanova müraciət etdik.

Şair həkim bildirdi ki, insanların A/H1N1 virusu (donuz qripi) ilə yoluxması adi qriplə eynidir. A/H1N1 tipli qrip yüksək patogenli virus ştamının törətdiyi kəskin infeksion xəstəlikdir. Virus asanlıqla insandan insana hava, damcı, bir də kontakt yolu ilə keçir. Hava, damcı yolu ilə yoluxma insanlar asqırdıqda, öskürdükdə baş verir. Ona görə də belə xəstələrlə ünsiyyət zamanı müəyyən bir məsafə saxlamaq, yaxud da danışdıqda  maska taxmaq lazımdır. Xəstəliyin yoluxma yollarından biri də kontaktdır. Belə ki, xəstə insanlar asqırdıqda və ya öskürdükdə əlləri ilə ağızlarını, burunlarını tuturlar. Həmin vaxt çoxlu sayda viruslar insanın əllərinə düşür. İnsanlar bir-birinə əl verib görüşəndə xəstəlik digərinə keçə bilər. Ona görə də çalışmaq lazımdır ki, xəstələr və eyni zamanda sağlam insanlar tez-tez əllərini sabunla və ya hər hansı dezinfeksiyaedici məhlulla yusunlar. Xəstəliyin ilkin əlamətləri yüksək hərarət, öskürmə, boğazda ağrı, zökəm, baş və əzələ ağrıları, halsızlıqdır. Qeyd olunduğu kimi, bu xəstəlik zamanı insanın hərarəti yüksək - 38 dərəcədən və ondan yuxarı  olur. A/ H1 N1 virusu ilə yoluxmuş şəxslər əsasən  xəstəliyin başlandığı ilk 7 gün ərzində potensial yoluxdurucu hesab edilməlidir. ümumiyyətlə, virus orqanizmə düşəndən təxminən 7-8 gündən sonra  həmin  xəstəliyin əlamətləri aşkara çıxır.

İnsan özünü xəstə hiss edirsə, yəni temperaturu varsa, əgər kollektivdədirsə, birinci növbədə, oradan aralanmalıdır. Həkim söhbət əsnasında onu da əlavə  etdi ki, xəstəliyin ilkin əlamətləri müşahidə edildikdə təcili evə həkim çağırmaq, çoxlu miqdarda maye qəbul etmək, maska taxmaq, əlləri tez-tez sabunla yumaq lazımdır. Profilaktiki tədbirlər kimi kəskin respirator xəstəlikləri (hərarət, öskürək, zökəm) və qripin digər əlamətləri olan şəxslərlə yaxın ünsiyyətdən qorunmaq, əlləri hər zaman təmiz saxlamaq vacibdir. Mütləq evdə qalmaq, işə və ya təhsil müəssisəsinə getməkdən, kütlə ilə təmasdan çəkinmək, insanlarla yaxın ünsiyyətdə olmamaq üçün ailə üzvlərinə və yaxınlara xəstəliklə  bağlı məlumat verilməlidir.

A/H1N1 virusundan qorunmaq üçün yüksək hərarəti, öskürəyi olan şəxslərlə təmasdan çəkinmək, əlləri tez-tez sabunla yumaq, sabun və su olmadıqda  onları spirtli tamponla silmək , asqırdıqda ,  öskürdükdə ağızı salfet və ya dəsmalla örtmək, gözlərə, buruna, ağıza toxunmamağa çalışmaq, sağlam həyat tərzi keçirmək, o cümlədən normal yuxu rejiminə riayət etmək, vitaminlərlə zəngin qida qəbuluna fikir vermək, fiziki aktivliyi artırmaq, xəstələnərkən evdə qalmaq və həkimə müraciət etmək vacibdir.

ümumiyyətlə, məktəbyaşlı uşaqlar, yeniyetmə və gənclər arasında bu xəstəlikdən qorunma barədə  maarifləndirmə işlərinin aparılmasına ciddi fikir verilməlidir. Valideynlər övladlarına qarşı diqqətli olmalıdırlar. Məktəbəqədər təhsil müəssisələrində, həmçinin orta ümumtəhsil məktəblərində uşaqların daha çox toxunduğu əşyalar, ləvazimatlar, onların məşğul olduqları qrup, məşğələ, sinif otaqları tez-tez dezinfeksiya olunmalıdır. Həmçinin otaqların havası mütəmadi olaraq dəyişdirilməlidir. Məktəbəqədər təhsil müəssisələrində, orta ümumtəhsil məktəblərində tibbi nəzarət gücləndirilməlidir.  Həmin təhsil müəssisələrində çalışan həkimlər işini uşaqların təlim-tərbiyəsi ilə məşğul olan müəllim və tərbiyəçilərlə əlaqəli qurmalıdır. Mütəmadi olaraq uşaq və yeniyetmələrin səhhəti ilə maraqlanmalı, xəstəliyin  ilkin əlaməti müşahidə olunarsa,  təcili olaraq bununla bağlı ciddi tədbirlər həyata keçirməlidirlər. Birinci  növbədə, belə xəstə dərhal kollektivdən təcrid olunmalı, evdə isə sağlam insanlardan ayrılaraq ayrıca otaqda yerləşdirilməlidir.

Bütün bunlara ciddi fikir verməyin vacibliyini diqqətə çatdıran Şair Qurbanov söylədi ki, ilk növbədə, insan özü-özünü qorumalıdır. Həkim ümumiyyətlə, bu xəstəliyin o qədər də insan üçün qorxulu olmadığını, lakin çoxlu sayda insanları eyni zamanda xəstələndirə bildiyini dedi. Onu da xüsusi vurğuladı ki, xəstəlik vaxtında  aşkarlanarsa və dərhal həkimə müraciət olunarsa, onun müalicəsi tam sağalma ilə nəticələnə bilər.

Əgər sağlamlığımızı qorumaq, səhhətimizlə bağlı hər hansı bir təhlükənin yaranmasını istəmiriksə, həkimin dediyi kimi, ilk növbədə, özümüz-özümüzü qorumalıyıq. 

Samirə KƏRİMOVA

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
6 Noyabr 2009 - ¹43
V.M.Məmmədəliyevin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
F.F.Qasımzadənin "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Bakı Dövlət Universitetinin əməkdaşlarının "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Bakı Dövlət Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Bakı Dövlət Universitetinin əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Bakı Dövlət Universitetinin 90 illik yubileyi keçirildi
 
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağsuda inşa olunacaq Uşaq-Gənclər Bədii Yaradıcılıq Məktəbinin təməli qoyulub
 
Malayziya universitetlərinin növbəti sərgisi keçirildi
 
"Qaynar xətt" xidmətinə sentyabr-oktyabr aylarında 62 müraciət daxil olub
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Azərbaycan-Almaniya təhsil əlaqələri genişlənir
 
2008-2009-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarının nəticələri barədə
 
Təhsil ocağının 15 illik yubileyi qeyd olundu
 
Bölgələrdə peşə təhsilinə diqqət artır
 
Donuz qripindən necə qorunmalı?
 
Şahmat ənənələrini layiqincə davam etdirən məktəb
 
"Mənəviyyat və narkomaniya" mövzusunda tədbir keçirilib
 
Çikaqo Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov