Oktyabrın 31-də "Hyatt-Regency"otelində Bakı
Təhsil Məlumat Mərkəzinin təşkilatçılığı ilə
Malayziya ali təhsil ocaqlarının növbəti sərgisi
keçirildi. Sərgidə Təhsil Nazirliyinin və
Malayziyanın 5 universitetinin nümayəndələri,
ali məktəb müəllimləri, elm adamları, tələbələr
və KİV nümayəndələri iştirak edirdilər.
Sərgidə çıxış edən təhsil naziri Misir Mərdanov
Malayziyadan gələn qonaqları salamladı və bu
tədbirin əsas təşkilatçısı olan Bakı Təhsil
Məlumat Mərkəzinin rəhbərliyinə təşəkkürünü
bildirdi. Qeyd etdi ki, Bakı Təhsil Məlumat
Mərkəzi Təhsil Nazirliyi ilə uzun illərdir sıx
əməkdaşlıq edir. Xüsusən azərbaycanlı gənclərin
xaricdə təhsili ilə bağlı ciddi iş görürlər və
bu gün də onların təşkilatçılığı ilə
Malayziyadan böyük bir qrup təhsil işçisi
Azərbaycana gəlib.Onlar artıq iki gündür
Bakıdadır, Təhsil Nazirliyində görüşlər
keçiriblər. Azərbaycana gəlmiş Malayziya
universitetlərinin nümayəndələri də öz
universitetlərinin tanıtmaq məqsədi ilə bu
sərgini keçirirlər.
Təhsil naziri Misir Mərdanov bildirdi ki,
Malayziya ilə Azərbaycan arasında çox sıx
əlaqələr mövcuddur. Təhsil sahəsindəki
əlaqələrin genişləndirilməsi və Azərbaycandan
Malayziya universitetlərinə təhsil almağa
gənclərin göndərilməsinə toxunan Misir Mərdanov
onu dedi ki,biz Malayziyada olarkən iki nəfər
azərbaycanlı gəncin bu ölkənin
universitetlərində təhsilin doktorantura
pilləsini bitirdiyinin də şahidi olduq.
Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən
ikinci sərginin bu istiqamətdə irəliyə doğru bir
addım olacağını vurğulayan nazir Misir Mərdanov
çıxışının sonunda sərginin işinə uğurlar
arzuladı.
Sonra tədbirdə Malayziya Təhsil Nazirliyinin
nümayəndələri çıxış etdilər və onlar tədbir
iştirakçılarını maraqlandıran suallara cavab
verdilər.
Şakir CƏFƏROV |