Baden-Vürttenberq Torpağına səfər: tədbirlər,
perspektivlər
Almaniya ilə ali təhsil sahəsində əməkdaşlığın
təməli hələ sovet dövründə Zigen Universiteti
ilə Azərbaycan Dövlət Neft Akademiyası arasında
Alman Akademik Mübadilə Xidməti (DAAD) təşkilatı
xəttilə qoyulmuşdur. Sonralar Köln Tətbiqi
Elmlər İnstitutu bu istiqamətdə fəaliyyəti davam
etdirmişdir.
Azərbaycanın Avropa İttifaqı, o cümlədən
Almaniya ilə təhsil sahəsində əməkdaşlığının
əsas istiqamətlərindən biri TEMPUS layihələri
ilə bağlıdır.
1995-ci ildən etibarən Azərbaycanda həyata
keçirilən TEMPUS layihələri memarlıq, kənd
təsərrüfatı və regional planlaşdırma,
avropaşünaslıq və beynəlxalq münasibətlər,
humanitar elmlər, turizm, universitetlərin
idarəolunması, ətraf mühit elmləri,
elektrotexnika və elektronika, bank işi,
müəllimlərin ixtisasartırması və
təkmilləşdirilməsi və sair sahələri əhatə edir.
Bu layihələr çərçivəsində AzTU, ADNA, SDU,
AMİU, MPİ-də qeyd olunan yeni ixtisas və
ixtisaslaşmalar üzrə bakalavr və magistr
hazırlığı həyata keçirilir. |