| 
								
								"Azərbaycan Respublikası Prezidentinin fərdi 
								təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan 
								Respublikası Prezidentinin 2002-ci il 11 iyun 
								tarixli, 715 nömrəli Fərmanına uyğun olaraq 
								qərara alıram:  
								
								1. Azərbaycanda təhsilin və elmin inkişafında 
								böyük xidmətləri olan aşağıdakı şəxslərə 
								Azərbaycan Respublikası Prezidentinin fərdi 
								təqaüdləri verilsin:   
								
								Bayramov Əkbər Salman oğlu  
								
								Əsədullayev Seyfulla Qüdrət oğlu  
								
								Əsgərov Bəhram Mehralı oğlu  
								
								Məlikova Məsumə Fazil qızı  
								
								Mustafayev Qara Teyfur oğlu  
								
								Mütəllimov Təhsin Mustafa oğlu  
								
								Namazov Qəmbər Kazım oğlu   
								
								2. Azərbaycan Respublikasının Nazirlər Kabineti 
								bu Sərəncamdan irəli gələn məsələləri həll 
								etsin.   
								
								
								İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti
 Bakı şəhəri, 30 oktyabr 2009-cu il
 |