|
Yerləşir: |
Nyu-York şəhəri, ABŞ |
|
|
Yaranma tarixi: |
1754-cü il |
Tipi: |
Özəl |
Prezidenti: |
Li C. Bollincer |
İşçi heyəti: |
3566 nəfər |
Tələbələrin sayı: |
6978 nəfər |
Aspirantların sayı: |
15985 nəfər |
Rəsmi saytı: |
www.columbia.edu |
Kolumbiya Universiteti (Columbia University)
ABŞ-ın ən məşhur universitetlərindən biridir və
Nyu-York şəhərinin Manhetten rayonunda yerləşir.
Universitet ABŞ-ın səkkiz ən nüfuzlu ali
məktəblərini birləşdirən Sarmaşıq liqasına
daxildir. Universitetin rəsmi sənədlərində belə
qeyd olunub: "Nyu-Yorkda birinci, ölkədə
beşinci, özəl, azad məsləkli".
Tarixi
Harvard (1636), Yel (1701), Prinston (1746),
Pensilvaniya (1751) universitetləri kimi
Kolumbiya Universitetinin tarixi də ABŞ-ın
tarixindən qədimdir. 1754-cü ildə yaranan bu
təhsil ocağı tez bir müddətdə siyasi elita
yetişdirməyə başlayıb.
XVIII əsrin əvvəllərində Nyu-York əhalisinin
sayı sürətlə artırdı və burada universitetə
böyük ehtiyac var idi, lakin İngiltərə kralları,
nədənsə, bu məsələni uzadırdılar. Nəhayət,
1754-cü ildə kral II Heorq Nyu-Yorkda kütləvi
kitabxananın və Kral Kollecinin (KingTs
College) yaradılması haqqında xartiyanı
imzaladı. Kollec Triniti Kilsəsi (Trinity
Church) adlanan yepiskop (anqlikan) kilsəsinin
yaxınlığında, Aşağı Manhettendə yerləşirdi.
Lakin buna baxmayaraq xartiyada universitetin
dini azadlıq zəminində yaradılması göstərilib.
Kolumbiya Universitetinin şüarı indiyədək belə
səslənir: "Sənin işığında nur tapacağıq".
1754-cü ildə kollecin birinci prezidenti Samuel
Conson öz ilk səkkiz tələbəsinə mühazirə oxuyub,
1758-ci ildə Kral Kolleci elmi dərəcələr
verməyə başlayıb. Kollecdə hüquq fakültəsi
fəaliyyət göstərirdi, 1767-ci ildə isə tibb
fakültəsi əlavə edildi.
Yeni yaranmış təhsil müəssisəsi tezliklə
böyüyərək nüfuz əldə etməyə başlayır. İlk
altıillik fəaliyyəti dövründə burada Nyu-Yorkun
varlı ailələrindən olan oğlanlar təhsil
alırdılar. Fəaliyyəti zamanı kollec bir müddət
müflis olmaq təhlükəsi ilə üzləşib, lazım olan
10 min funt-sterlinq məbləğin 5 minini qüdrətli
yəhudi biznesmenlərindən olan Mozes və onun
İngiltərədə yaşayan bacısı Fil Franklar
veriblər. Yeni yaranmış universitetdə fənlərdən
birinin mütləq qədim yəhudi dili olması da məhz
buradan qaynaqlanır. Samuel Consonun özü də bu
dili mükəmməl bilirdi.
Amerika inqilabı və müstəqillik uğrunda gedən
müharibə kollecin fəaliyyətini səkkiz il
dayandırdı. Təhsil ocağı 1784-cü ildə adını
dəyişərək Kolumbiya Kolleci (yeni müstəqillik
qazanmış ölkəyə uyğun) kimi fəaliyyətə başladı.
Kollecə rəsmi olaraq 1912-ci ildə universitet
statusunun verilməsinə baxmayaraq, 1896-cı ildən
bu təhsil müəssisəsini Kolumbiya Universiteti
adlandırırlar.
1849-cu ildə Qəyyumlar Şurası Park-avenyu
kvartalında universitet üçün bina alıb. Bu
zamana qədər kollec nəinki borclarından
qurtarmışdı, hətta milyon dollar dəyərində olan
mülkə sahiblik edirdi (təkcə onu qeyd etmək
yetər ki, universitetin ərazisində məşhur
Rokfeller mərkəzi yerləşir). Universitet sürətlə
genişlənməyə başlayır: 1858-ci ildə Kolumbiya
Hüquq Məktəbi (Columbia School of Law), 1864-cü
ildə ABŞ-da ilk dağ-mədən kolleci (Foundation
School of Engieneering and Applied Science)
açılıb. 1875-ci ildə Kolumbiya Universitetində
ilk dəfə olaraq fəlsəfə doktoru dərəcəsi təqdim
edilib, 1888-ci ildə Anna Natan Meyer (Azadlıq
heykəlinin pyedestalında şeirləri həkk olunmuş
Emma Lazarusun qohumu) qadın kolleci açılması
haqqında kampaniyaya başlayıb və bir il sonra
1889-cu ildə Kolumbiya Universitetinin nəzdində
qadınlar üçün Bernard-kollec açılıb. Hazırda
Bernard-kollecin girişində Anna Meyerin portreti
asılıb və onun adına kitabxana fəaliyyət
göstərir.
1893-cü ildə universitetdə pedaqogika fakültəsi
yaradılıb. XIX əsrin sonlarında çarlz Follen Mak
Kim Kolumbiya Universitetinin yeni kampus
planını hazırlayıb. Plana əsasən, kampus
Brodvey, Amsterdam-avenyu, 114-120-ci küçələri
əhatə edən ərazidə yerləşməli idi. Lakin uzun
illər sürən tikinti işləri əsas planı pozub.
Müxtəlif memarlıq məktəblərinin nümayəndələri
tərəfindən inşa edilən binaların hərəsi bir
dövrə aiddir: İtaliya renessansı üslubunda
tikilmiş binanın yanında aerovağzalı xatırladan
Yuris-hollun şüşəli korpusu yerləşir.
Nikolas Betlerin rəhbərliyi (1902-1945)
dövründə universitet təhsil sahəsində
innovasiyalar və tədris prosesinin təşkili üzrə
milli mərkəzə çevrilib, xüsusilə humanitar və
təbii elmlərin tədrisində daha böyük uğurlar
əldə edilib. 1912-ci ildə Cozef Pulitserin
təşəbbüsü ilə burada Jurnalistika Məktəbi
açılıb. XX əsrin əvvəllərində Kolumbiya Biznes
Məktəbi yaradılıb. I Dünya müharibəsindən sonra
universitetdə müharibə və sülh haqqında
problemlər öyrədilməyə başlanıb və politologiya
kursları, II Dünya müharibəsindən sonra, 1946-cı
ildə isə Beynəlxalq Münasibətlər Məktəbi (School
of International and Public Affairs) açılıb.
20-ci illərdə universitetdə Frans Boaz
antropologiya, Tomas Morqan genetika
fakültələrinin açılmasına nail olublar. 1928-ci
ildə Kolumbiya Universiteti ilə Presbiterian
hospitalı birgə ABŞ-da ilk tibbi mərkəz olan,
özündə tədris, elmi tədqiqatlar və bilavasitə
xəstələrin müalicəsini cəmləşdirən
Kolumbiya-Presbiterian Tibb Mərkəzini
yaradıblar. 40-cı illərdə E. Fermi, İ. Rabi, P.
Kuş tərəfindən fizika fakültəsində aparılan
atom tətqiqatları universitetə dünya şöhrəti
gətirib.
Bu təhsil ocağı 200 illik yubileyini yüksəlişlə
qeyd edib - yeni kampusların tikilməsi üzrə
proqram qəbul olunub. 60-cı illərin sonuna qədər
5 fakültə yeni binalara köçməli idi. Lakin elə
həmin illərdə Vyetnamda gedən müharibə ilə
əlaqədar tələbə hərəkatı burada böhranın
yaranmasına səbəb oldu. 1968-ci ilin aprelində
minlərlə qiyamçı tələbə universitetin binalarını
ələ keçirdi və polis çətinliklə onları buradan
çıxarmağa müvəffəq oldu. Prezident Qreyson Krik
istefa verdi, təhsil, tədqiqat və tikinti
layihələrinin çoxu yığışdırıldı. Doğrudur,
nəticədə idarəetmə islahatları həyata keçirildi,
tələbələrin öz ali məktəblərinə fəal olaraq
təsir etmələri üçün universitetin senatı
yaradıldı.
70-90-cı illərdə Kolumbiya Universiteti intensiv
inkişaf etməyə başlayıb: yeni fakültələr,
elmi-tədqiqat mərkəzləri, kampuslar, 26
ixtisaslaşdırılmış institut, Qidalanma haqqında
elmlər İnstitutu, Müharibə və Sülh
problemlərinin öyrədilməsi İnstitutu,
ümumamerika Hüquq Mərkəzi, Rusiya İnstitutu,
İnsan hüquqları İnstitutu, 30-dan çox kitabxana,
eləcə də 3 əsas - Saut-holl (3 mln. cild),
texniki (450 min), hüquq (250 min), tibb (120
min) kitabxanaları və s. açılıb. Batler, Eyveri
memarlıq və incəsənət, hüquq memorial
universitetin ən böyük kitabxanalarıdır.
Bütövlükdə, Kolumbiyanın kitabxana sistemi 9,5
milyon cild kitaba malikdir.
1993-cü ildə Kolumbiya Universitetində 650
milyon dollarlıq inkişaf proqramı həyata
keçirilib. 2004-cü ildə universitetin 250-ci
ildönümündə tələbələrin sayı 19 800 (9400 nəfəri
qadın) nəfərə çatıb.
Kolumbiya Universitetinin kampusu böyük bir
ərazini əhatə edir: əsas kampus - 15 hektar,
idman kompleksi - 10 hektar, tibb mərkəzi - 9
hektar, rəsədxana - 64 hektar. Kampusda
tələbələr üçün hər növ şərait yaradılıb.
Hartli-holl, Livinqston-holl, Con-Cey-holl,
Farneld-holl, Hoqan-holl, McBain-holl,
Brodvey-holl, Vien-holl və s. yataqxanalar
tələbələrin istifadəsindədir.
Fakültələr (proqramlar)
Kolumbiya Universitetində aşağıdakı fakültələr
fəaliyyət göstərir: Amerika tədqiqatları,
antropologiya, arxeologiya, incəsənətin tarixi
və arxeologiya, vizual incəsənət, astronomiya,
antik ənənə, ərəbşünaslıq, bioloji elmlər,
biznes, informasiya texnologiyaları,
dramaturgiya və teatr mədəniyyəti, ətraf mühit
haqqında elmlər, Şərqi Asiya dilləri və
mədəniyyəti, Yaxın Şərq dilləri və mədəniyyəti,
ingilis dili və ədəbiyyatı, ingilis dili xarici
dil kimi, fransız, alman dilləri və
roman-german filologiyası, slavyan dilləri və
ədəbiyyatı, ispan və portuqal dilləri və
ədəbiyyatı, igtisadiyyat, mühəndislik,
kinoşünaslıq, musiqi, tarix, hüquq, beynəlxalq
əlaqələr, fəlsəfə, politologiya, psixologiya,
sosiologiya, statistika, regionşünaslıq,
jurnalistika, fizika, kimya, tibb, riyaziyyat və
s.
Hər il bu ixtisaslar üzrə Kolumbiya Universiteti
yay proqramları təşkil edir və buraya əcnəbi
tələbələri cəlb edir. Yay proqramlarına seçim
fərdi şəkildə aparılır. Bütün fənn kursları
tədris sessiyalarının cədvəl spesifikasından
asılı olaraq, bir neçə təqvimə bölünür. Proqram
çərçivəsində bakalavr və magistratura
dərəcəsində fənlər keçilir. Proqramın şərtlərinə
əsasən, tələbələr minimum 4 akademik kurs
keçməlidirlər. Yay proqramının iştirakçıları
tələbə yataqxanalarında qalırlar. Proqram
ərzində tələbələr Amerika ali məktəblərinin
bütün imtiyazlarından istifadə edə bilərlər:
ənənəvi və elektron kitabxana və arxivlərdən,
kompüter siniflərindən, universitetin aparıcı
müəllimlərinin məsləhətlərindən və s. Proqramın
müddəti 12 həftədir.
Qəbul qaydaları
- Məktəb məzunlarının orta təhsil haqqında
şəhadətnaməsi, magistr və doktor proqramları
üçün ali məktəb diplomu olmalıdır.
- Qəbul üçün ümumi tələblər: 250-dən az olmayan
TOEFL nəticələri, əgər ərizə Nyu-Yorkda təqdim
edilirsə, EPT-dən (English Placement Test)
imtahan vermək lazımdır. EPT nəticələri
qeyri-məqbul olarsa, tələbəni avtomatik olaraq
intensiv dil kurslarına salırlar.
- Buraxılış və ya ixtisas imtahanlarının
nəticələrinin surəti, həmçinin alınmış
sertifikatlarla birgə hərfi tərcümə edilmiş
əlavələr.
- Maliyyə durumu haqqında arayış.
- Keçmiş müəllimlərdən zəmanət məktubu.
- Motivasiya məktubu.
Məşhur məzunlar
Kolumbiya Universiteti çoxsaylı dünya şöhrətli
məzunlar yetişdirib. Onların arasında 79-dan
çoxu Nobel mükafatına layiq görülüb. ABŞ-ın
indiki prezidenti, bu yaxınlarda dünyada sülhün
möhkəmləndirilməsi üçün gördüyü işlərə, nüvə
silahlarının ixtisarına çalışmasına və qlobal
problemlərin həllində dialoqa üstünlük verməsinə
görə Nobel mükafatı ilə təltif edilmiş Barak
Hüseyn Obama 1983-cü ildə Kolumbiya Hüquq
Məktəbini biririb. Obama bu mükafata layiq
görülən üçüncü ABŞ prezidentidir. Qeyd edək ki,
Sülh Nobel mükafatı 1906-cı ildə ABŞ dövlət
başçılarından ilk dəfə olaraq Kolumbiya Hüquq
Məktəbini bitirmiş 26-cı prezident Teodor
Ruzveltə təqdim olunub. Prinston Universitetinin
məzunu, 28-ci prezident Vudro Vilson bu
mükafata layiq görülmüş ikinci ABŞ prezidentidir
(1919
Kolumbiya Universitetinin məşhur məzunları
|
Barak Obama |
Amerika Birləşmiş Ştatlarının
Prezidenti |
|
|
Teodor Ruzvelt |
Amerika
Birləşmiş Ştatlarının 26-cı Prezidenti |
|
|
Mixail Saakaşvili |
Gürcüstan Prezidenti |
|
|
Tomas Hendrik İlves |
Estoniya Prezidenti |
|
|
Madlen Olbrayt |
ABŞ-ın keçmiş dövlət katibi |
|
|
Əbdül Zahir |
Əfqanıstanın Baş naziri |
|
|
Martin Çalf |
kimyaçı, Nobel mükafatı laureatı |
|
|
Robert Qrabs |
kimyaçı, Nobel mükafatı laureatı |
|
|
Con Mather |
fizik, Nobel mükafatı laureatı |
|
|
Ceyms Hekman |
iqtisadçı,
Nobel mükafatı laureatı |
|
|
Robert Mandell |
iqtisadçı, Nobel mükafatı laureatı |
|
|
Edmund Felps |
iqtisadçı, Nobel mükafatı laureatı |
|
|
Riçard Aksel |
həkim-psixoloq, Nobel mükafatı laureatı |
|
|
Orxan Pamuk |
yazıçı, Nobel mükafatı laureatı |
|
Universitetin Nobel mükafatına layiq görülən
məzunlarından digərləri bunlardır: 2008-ci ildə
kimyaçı Martin çalf, 2006-cı ildə yazıçı Orxan
Pamuk, iqtisadçı Edmund Felps və fizik Con
Mather, 2005-ci ildə kimyaçı Robert Qrabs,
2004-cü ildə həkim-psixoloq Riçard Aksel və
həkim-psixoloq Linda Bak, 2001-ci ildə iqtisadçı
Jozef Stiqlits və kimyaçı Uilyam Stendiş Nols,
2000-ci ildə həkim-psixoloq Erik Kandel və
iqtisadçı Ceyms Hekman, 1999-cu ildə iqtisadçı
Robert Mandell...
Qeyd edək ki, Gürcüstan prezidenti Mixail
Saakaşvili Kolumbiya Hüquq Məktəbini, Estoniya
prezidenti Tomas Hendrik İlves Kolumbiya
Universitetinin psixologiya fakültəsini
bitiriblər. ABŞ-ın keçmiş dövlət katibi Madlen
Olbrayt da Kolumbiyanın məzunlarındandır.
Əfqanıstanın baş naziri Əbdül Zahir bu təhsil
ocağında magistr dərəcəsi alıb.
Kolumbiya Universiteti akademik hazırlığın
səviyyəsi, tibb, mədəniyyət, sosiologiya və s.
elmlərin tədqiqatı üzrə əldə etdiyi uğurlara
görə bütün dünyada məşhurdur. Hazırda burada
25000-dən çox tələbə təhsil alır, onların 20%-ni
digər ölkələrdən gələnlər təşkil edir. Xüsusilə
burada çin, Cənubi Koreya, Kanada, Hindistan və
Yaponiyadan çoxlu tələbələr oxuyurlar.
Universitetdə yüksək səviyyədə ixtisaslaşmış
professor-müəllim heyəti çalışır. Onların sayı
3500-dən çoxdur.
Bu gün Kolumbiya Universiteti beynəlxalq təhsil
və elmi-tədqiqat mərkəzinə çevrilib.
Hazırladı:
Lamiyə ƏLİYEVA |