Azərbaycan Dillər Universitetində dünya
türkologiyasının banisi Mahmud Kaşğarinin 1000
illik yubileyi qeyd olundu.
Azərbaycan Dillər Universitetinin rektoru,
millət vəkili, professor Səməd Seyidov çıxış
edərək keçirilən bu tədbirin əhəmiyyətindən söz
açdı.
Natiq bildirdi ki, əvvəllər çar Rusiyası
dövründə Azərbaycan tarixi, mədəniyyəti
birtərəfli öyrənilirdi. Bu gün isə Azərbaycan öz
qızıl dövrünü yaşayır, çünki müstəqil şəkildə
öz tarixini, öz mədəniyyətini, musiqisini tam
şəkildə öyrənir, təbliğ edir və dünyaya çatdıra
bilir. ADU-nun da bu işdə xüsusi rolu var.
Mahmud Kaşğarinin "Divani-lüğətit- türk"
divanını Azərbaycan dilinə tərcümə edən türkoloq
alim, Bakı Dövlət Universitetinin professoru
Ramiz Əsgər Mahmud Kaşğarinin 1000 illiyinin
ADU- da keçirilməsinin önəmli olduğunu
vurğulayaraq dedi: - Orta türk dövrünün ilkin
və möhtəşəm abidələrindən biri olan bu əsərdə
türkün min il bundan əvvəlki dili, ədəbiyyatı,
mədəniyyəti, coğrafiyası, milli mənəvi
dəyərləri, adət və ənənələri öz əksini
tapmışdır.
Sonra ADU-nun Azərbaycan dilçiliyi kafedrasının
professorlarından Adil Babayevin, Əqidə
Axundovanın və İkram Qasımovun Mahmud
Kaşğarinin "Divani -lüğətit-türk"əsəri ilə
əlaqədar məruzələri dinlənildi.
Şakir CƏFƏROV |