Azərbaycan Respublikasının qabaqcıl maarif
xadimi, Bakı şəhərindəki 285 nömrəli orta
məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi
Şövkət Aslanovanın "İnşa yazılar.Şagirdlərdə
yaradıcı təfəkkürün formalaşdırılması"(Metodik
tövsiyə) və "Azərbaycan dili və ədəbiyyatın
tədrisində yeni metodların tətbiqi" adlı
kitabları (rəyçilər: filologiya elmləri
doktoru, professor Mədəd çobanov, pedaqoji
elmlər namizədi, dosent Oqtay Abbasov, redaktor:
Məhəmməd Baharlı) "Təhsil EİM" nəşriyyatı
tərəfindən çap edilmişdir.
Ş.Aslanovanın qələmə aldığı "İnşa
yazılar.Şagirdlərdə yaradıcı təfəkkürün
formalaşdırılması" adlı metodik tövsiyədə
rabitəli nitqin və yaradıcı təfəkkürün
inkişafına kömək göstərən inşaların təşkilindən
bəhs edilir və tərbiyəvi əhəmiyyətə malik yazı
nümunələri təqdim olunur.
Müəllifin ikinci - "Azərbaycan dili və
ədəbiyyatın tədrisində yeni metodların tətbiqi"
kitabında isə onun müasir tələblər baxımından
pedaqoji iş təcrübəsi və metodik tövsiyələri
öz əksini tapmışdır.
Şakir CƏFƏROV |