Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

16 Oktyabr 2009 - ¹40

 

2009-2010-cu dərs ilində ümumtəhsil məktəblərinin əsas və orta təhsil pillələri üzrə mərkəzləşdirilmiş qaydada aparılacaq buraxılış imtahanları barədə

 

2009-2010-cu dərs ilində respublikanın ümumtəhsil məktəblərinin IX və XI siniflərində  mərkəzləşdirilmiş qaydada keçiriləcək  buraxılış imtahanlarına   hazırlıq məqsədi  ilə  ölkənin şəhər və rayonlarında şagird, valideyn, məktəb direktoru və fənn müəllimlərini əhatə edən  təlimati işlərə başlanılmışdır.

Hər iki təhsil kursu üzrə bu dərs ili  ərzində bir dəfə yoxlama imtahanının keçirilməsi nəzərdə tutulub. Dərs ilinin II yarımilində  (fevral-mart aylarında) keçiriləcək yoxlama imtahanı şagirdləri buraxılış imtahanlarına təlimati cəhətdən hazırlamaqla bərabər, onlara öz biliklərini yoxlamaq imkanı verir, eyni zamanda attestata yazılacaq yekun qiymətə öz təsirini göstərir.

Əsas təhsil  kursu üzrə yoxlama və  buraxılış  imtahanları ana dili və riyaziyyat,    orta təhsil kursu üzrə isə  ana dili və ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi,  fizika, kimya, biologiya, cografiya və xarici dil  fənlərindən  aparılacaq.

İmtahanlara lazımi səviyyədə hazırlaşmaq məqsədi ilə IX siniflər üçün yeni test bankı yaradılıb, XI siniflər üçün isə mövcud test bankı təkmilləşdirilərək yeniləşdirilib. Hər iki siniflər üzrə tərtib edilmiş test bankının bu dərs ilinin  II yarımilinədək şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulub.   Şagirdlərə  imtahanlara test bankındakı sualları əzbərləməklə deyil, həmin sualların həlli yollarını öyrənməklə hazırlaşmalarını tövsiyə edirik.

Əsas və orta  təhsil  kursları  üzrə  imtahanlar  səhər saat 10.00-da başlayacaq.  IX siniflərdə  imtahanlar 1 saat 30 dəqiqə, XI siniflərdə  isə 3 saat davam edəcək. İmtahana 30 dəqiqə gecikən şagirdlər  imtahana buraxılmayacaqlar.

İmtahan müddəti ərzində  IX sinif şagirdləri  50 suala, XI sinif şagirdləri 120 suala cavab  verəcəklər. 50 sualın 25-i ana dilinə (1-25), qalan 25-i isə  riyaziyyat fənninə (26-42 cəbr, 43-50 həndəsə) aid olacaqdır.

Orta təhsil kursu  üzrə imtahan sualları 1-dən 120-dək nömrələnməklə fənlər üzrə aşağıdakı ardıcıllıqla sıralanmışdır: ana dili və ədəbiyyat 1-25, riyaziyyat 26-50, Azərbaycan tarixi 51-65, fizika 66-75, kimya 76-85, biologiya 86-95, coğrafiya 96-105 və xarici dil 106-120.

Xarici dil fənni üzrə cavablar hansı xarici dilin seçilməsindən asılı olmayaraq, 106-120-ci nömrələrlə qeyd olunur. Xarici dil fənlərinə aid cavab maketləri fərqli olduqları üçün hər bir şagirdin məktəbdə öyrəndiyi xarici dilin suallarına cavab verməsi zəruridir.

Hər bir  test sualına  5 cavab (distraktor) verilir.  Şagirdlər cavab kartında hər suala  düzgün hesab etdikləri cavaba uyğun dairəni qaralamalıdır.  Şagird iki və daha  artıq dairə qaralayarsa, həmin sualın cavabı səhv hesab edilir. Şagirdlərin  bütün fənlər üzrə bildikləri  suallara cavab vermələri zəruridir.

Yoxlama imtahanının fənlər üzrə nəticələri jurnala yazılır və ikinci yarımilin qiymətləri çıxarılarkən nəzərə alınır. Şagird üzrlü səbəbdən yoxlama imtahanında iştirak etmədiyi halda, buraxılış imtahanlarına qədər lazımi sənədləri məktəb rəhbərliyinə təqdim etməlidir. Əks halda, "ümumtəhsil məktəblərində, peşə liseylərində buraxılış imtahanları və şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında Qaydalar"ın   imtahanlarda üzrsüz səbəbdən iştirak etməyən şagirdlərə şamil edilən I.13 bəndinə əsasən attestata yazılacaq qiymətlər çıxarılarkən  yoxlama imtahanının nəticəsi (0) götürüləcəkdir.

Əsas təhsil kursu üzrə imtahan aparılan fənlər üzrə şəhadətnaməyə yazılacaq summativ (yekun) qiymət fənn üzrə mikrosummativ (yoxlama imtahanının nəticələri, VIII və IX (X) siniflərin illik qiymətləri) və makrosummativ (buraxılış imtahanı) qiymətlər əsasında hesablanır, bu zaman əsas üstünlük yoxlama və buraxılış imtahanlarının nəticələrinə verilir.

Orta təhsil kursu üzrə imtahan aparılan fənlər üzrə attestata yazılacaq summativ (yekun) qiymət fənn üzrə mikrosummativ (yoxlama imtahanının nəticələri, X və XI siniflərin illik qiymətləri) və makrosummativ (buraxılış imtahanı) qiymətlər əsasında hesablanır, bu zaman əsas üstünlük yoxlama və buraxılış imtahanlarının nəticələrinə verilir.

"ümumtəhsil məktəblərində, peşə liseylərində buraxılış imtahanları və şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında Qaydalar"ın 38 və 39-cu bəndlərinə əsasən imtahanlara mobil telefon gətirmək qəti qadağandır. üstündə mobil telefon olan şagird imtahandan xaric olunacaq. İmtahanlarda mobil telefonda olmayan kalkulyatordan istifadə etməyə icazə verilir.

Hər bir fənn üzrə sualların  20%-dən 50%-nə qədər düz cavab verən şagird 3, 50%-dən 80%-nə qədər düz cavab verən şagird 4, 80%-dən 100%-ə qədər düz cavab verən şagird 5 ilə qiymətləndirilir . Məsələn, 25 sualdan ən azı  5,  ən çoxu 12 suala düz cavab verən şagird 3, ən azı 13, ən çoxu 19 suala cavab verən şagird 4,  ən azı 20 və daha artıq  suala düz cavab verən şagird 5 qiymət alır.

ötən dərs ilində imtahanlara buraxılmayan və ya buraxılış imtahanlarından qeyri-kafi qiymət alan XI sinif, peşə liseylərinin III kurs şagirdləri  2010-cu ilin aprel ayının 1-dən 20-dək bitirdikləri məktəblərə ərizə ilə müraciət edə bilərlər. Təkrar imtahan verən şəxslər yalnız "2" aldığı fəndən imtahan verəcək.

Yoxlama və buraxılış imtahanları üçün tərtib olunan test bankına aid nümunələr və onların təhlilləri növbəti məqalələrdə veriləcəkdir. 

Əziz şagirdlər! Sizə qarşıda gələn imtahanlarda uğurlar arzulayırıq! 

Təhsil Nazirliyinin Monitorinq
və qiymətləndirmə şöbəsi

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
16 Oktyabr 2009 - ¹40
Bakı şəhərində Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadasının keçirilməsi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Bakıda görkəmli şərqşünas alim Aida İmanquliyevanın 70 illiyinə həsr olunmuş Beynəlxalq İbn Ərəbi simpoziumu keçirilib
 
Görkəmli şərqşünas alim Aida İmanquliyevanın 70 illik yubileyinə həsr olunmuş Beynəlxalq İbn Ərəbi simpoziumu başa çatıb
 
Bakıda keçirilən "Şərq və Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr" mövzusunda Beynəlxalq İbn Ərəbi  simpoziumu işini bölmə iclaslarında davam etdirib
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
2009-2010-cu dərs ilində ümumtəhsil məktəblərinin əsas və orta təhsil pillələri üzrə mərkəzləşdirilmiş qaydada aparılacaq buraxılış imtahanları barədə
 
Qara Qarayev adına  gənc pianoçuların I beynəlxalq elmi-ifaçılıq müsabiqəsi və konfransı keçiriləcək
 
Təhsilin informasiyalaşdırılması üzrə Azərbaycanın təcrübəsi Cenevrədə keçirilən forumda təqdim olunub
 
Fransa-Azərbaycan dilçilik və təhsil əməkdaşlığı müzakirə edilib
 
ADU-da Mahmud Kaşğarinin 1000 illik yubileyi qeyd olunub
 
Müəllimlərlə yanaşı şagirdlər də bəhrələnə bilərlər
 
Şahmatın inkişafına dövlət qayğısı artır
 
Dünya universitetləri: Kolumbiya Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov