Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

16 Oktyabr 2009 - ¹40

 

Bakıda keçirilən "Şərq və Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr" mövzusunda Beynəlxalq İbn Ərəbi  simpoziumu işini bölmə iclaslarında davam etdirib

 

Ötən əsrin görkəmli şərqşünas alimi, professor Aida İmanquliyevanın 70 illik yubileyinə həsr edilən "Şərq və Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr" mövzusunda Beynəlxalq İbn Ərəbi simpoziumu işini oktyabrın 11-də bölmə iclaslarında davam etdirmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində "Professor Aida İmanquliyevanın elmi yaradıcılığında Şərq və Qərb" mövzusunda təşkil edilmiş ilk iclasa Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva, akademik Aleksandr Kudelin və professor Səlahəddin Xəlilov həmsədrlik etmişlər.

İclasda professorlar Nataliya Priqarina, Vilayət Cəfər, Gövhər Baxşəliyeva, Elxan Əzizov və elmlər doktoru İmamverdi Həmidovun "XIX əsrin birinci yarısında Şərq və Qərb ədəbiyyatının qarşılıqlı təsiri: yarımçıq dialoqun davamı", "Ərəb ədəbiyyatşünaslığında Şərq-Qərb ədəbi əlaqələrinin öyrənilməsi və Aida İmanquliyevanın tədqiqatları", "İbn Ərəbi və Azərbaycan ədəbi-fəlsəfi fikir ənənələri", "Şərq ədəbiyyatında romantizmə dair", "Görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın Azərbaycan şərqşünaslıq elminin inkişafında rolu", "Aida İmanquliyevanın məqalələri" və "Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində "Ərəb ədəbiyyatı" fənninin tədrisində professor Aida İmanquliyevanın rolu" mövzularında məruzələri dinlənilmişdir.

Professorlar Rafael Hüseynovun və Qasım Kakainin həmsədrliyi ilə keçirilmiş növbəti iclasın mövzusu "İbn Ərəbi Şərqdə və Qərbdə: oxşarlıqlar və fərqlər"ə həsr olunmuşdur.

İclasda professor Rafiq Əliyev, tədqiqatçı Stefan Hirtenşteyn, elmlər doktorları Sonya Useynova, Anar Əzimov və dosent Yelena Papçenkonın "Mənim eşqim şimşək və onun parıltıları üçündür: İbn Ərəbinin təlimləri işığında Şərq və Qərb müzakirələri", "Sartrın ekzistensializmi və işraqilik: müqayisəli təhlil", "İbn Ərəbinin poetik yaradıcılığında lirik poeziyanın ənənəvi motivləri və obrazları", "Qərb və Şərq təfəkküründə oxşarlıqlar və ziddiyyətlər", "İbn Ərəbi və Meister Ekhartın Tanrısı: dinlərin Tanrısı filosofların Tanrısı deyil", "Şərq və Qərb mədəniyyətlərinin qarşılıqlı əlaqəsi prosesində alimin rolu" mövzularında çıxışları maraqla qarşılanmışdır.

"İbn Ərəbi irsi və təsəvvüf" mövzusuna həsr edilmiş iclasa isə professor Stanislav Prozorov və akademik Ağamusa Axundov həmsədrlik etmişlər.

Professorlar Hasan Kamil Yılmaz, Zaim Xenşelaui, elmlər doktorları Nəsib Göyüşov, T.Yermakova, Könül Bünyadzadə, Klara Tacikova və tədqiqatçı Andrey Lukaşev "İbn Ərəbinin düşüncə modelini müəyyənləşdirən əsas aspektlər", "Sankt-Peterburq şərqşünaslığının XIX-XX əsrlərdə dünya dinlərinin tədqiqi metodologiyasının töhfəsi", "İbn Ərəbi ənənələri təsəvvüf fəlsəfəsində", "İbn Ərəbi: "Vəhdəti-vücud" konsepsiyası bəşəri sistemin əxlaq problemi kimi", "Məhəmməd peyğəmbər təsəvvüf ənənəsində Tanrıya mistik sevginin kamil təcəssümü kimi", "Konəvinin "Qırx hədis"ində İbn Ərəbi", "Mahmud Şəbüstərinin "Sirlər gülüstanı" poemasında qeyri-islami simvolun ontoloji əsasları" mövzularında məruzələrlə çıxış etmişlər.

Məruzələrdə bildirilmişdir ki, Şərq dünyasında Şeyx əl-Əkbər kimi tanınan məşhur sufi mütəfəkkir Mühyiddin İbn Ərəbi və onun təlimi bu gün Azərbaycanda böyük təntənə ilə yad edilir. Onun fəlsəfi irsinə dair Beynəlxalq İbn Ərəbi simpoziumu görkəmli şərqşünas alim Aida İmanquliyevanın yubiley mərasiminə daxil edilmiş ən sanballı tədbirlərdən biridir. İbn Ərəbi irsi müxtəlif düşüncə tərzlərinin, habelə islam və xristianlığın ortaq mənəvi dəyərlər prizmasından nəzərdən keçirilməsi üçün ən qiymətli mənbələrdən biridir.

Vurğulanmışdır ki, çağdaş Azərbaycanda ruh və əqlin, Şərqlə Qərbin vəhdəti ideyasının yenidən aktuallaşması Aida xanımın bu problem üzrə tədqiqatlarından sonra başlamışdır. İndi elmi-fəlsəfi ictimaiyyət bir daha vəhdət ideyasının işığına toplaşaraq həmin problemin beynəlxalq miqyasda müzakirəsini keçirir. Əsasən şərqşünas kimi tanınan A.İmanquliyevanın yaradıcılığının başqa ampluada - fəlsəfi aspektdə dəyərləndirilməsinə ehtiyac yaranmışdır. Aida xanımın bu sahədə xidmətinin məğzini düzgün anlamaq üçün, ilk növbədə, onun tədqiqata cəlb etdiyi Cübran, Reyhani və Nüaymə kimi görkəmli şair-mütəfəkkirlərin yaradıcılığındakı əsas fikirlər nəzərdən keçirilməli və bu kontekstdə Aida xanım tərəfindən irəli sürülən ideyalar müasir fəlsəfi fikir prizmasından təhlil olunmalıdır.

Tədbirdə akademik Aleksandr Kudelin rus dilində çap edilmiş bir neçə kitabı Nərgiz Paşayevaya təqdim etmişdir.

***

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində "İbn Ərəbi və klassik Azərbaycan ədəbiyyatı" mövzusunda keçirilmiş iclasa akademik Vasim Məmmədəliyev və professor Mahmud Erol Kılıc həmsədrlik etmişlər.

Tədbirdə professorlar Denis Qril, Teymur Kərimli, Seyid Hüseyn Nasr, elmlər doktorları Sesiliya Tvinç, Afaq Əsədova və Lalə Əlizadənin "Laməkan", "İbn Ərəbi və türk düşünürləri", "Azərbaycan ədəbiyyatı və sufizm", "Xaqaninin "Şiniyyə" qəsidəsi və ona yazılan nəzirələr", "İbn Ərəbinin baxışlarında nurun dönməsi", "Mistisizm və ədəbiyyat: dünən, bu gün və sabah", "Azərbaycan məktəbi və onun bugünkü əhəmiyyəti" mövzularında məruzələri dinlənilmişdir.

Akademik Nailə Vəlixanlının və doktor Mehmet Rıhtımın rəhbərlik etdikləri "İbn Ərəbinin hərf simvolizmi, hürufilik və işraqilik təlimləri"nə həsr edilmiş iclasda professorlar Azadə Musayeva, Əliyar Səfərli, elmlər doktorları Pərvanə Bayram, Möhsün Nağısoy, Yanis Esots və Səadət Şıxıyevanın "Seyid Nigaridə İbn Ərəbi təsiri və vəhdəti-vücud", "Azərbaycan təsəvvüfündə İbn Ərəbi təsiri və Seyid Yəhya Bakuvidə hərf-ədəd simvolu", "Zeynalabdin Şirvani və onun "Bustanül-arifin" əsəri", "İbn Ərəbi və Sührəvərdinin düşüncəsində kosmik təxəyyül", "İbn Ərəbinin hərf simvolizmi və hürufilik təlimi", "Nəsiminin elmi tərcümeyi-halı və nəsimişünaslığın durumu" mövzularında çıxışları dinlənilmişdir.

Professor Ceyms Morris və akademik Bəkir Nəbiyevin rəhbərlik etdikləri bölmə iclasının mövzusu isə "İbn Ərəbi və fəlsəfə"yə həsr edilmişdir.

Tədbirdə professorlar İlham Məmmədzadə, Bəkri Əlaəddin, Zümrüd Quluzadə, elmlər doktorları Klod Addas, Əkrəm Dəmirli, Qalya Kurmanqaliyeva "İbn Ərəbinin "Əhli-Beyt" anlayışı", "İbn Ərəbinin ağlı tənqidi: tənzih və təşbih arasında Allahı bilmə", "Müasir dünya tarixinin və keçmiş irsin inteqral dünyagörüşü", "İbn Ərəbi düşüncəsinin müasir cazibəsi", "Fəlsəfə tarixində İbn Ərəbinin tədqiqi kontekstində metodologiya haqqında", "Fütuhatül-Məkkiyyə"də əsas fikirlər" və "İbn Ərəbinin fəlsəfi irsinin şərhi haqqında" mövzusunda məruzələr etmişlər. çıxışlarda vurğulanmışdır ki, professor Aida İmanquliyeva Şərq-Qərb qarşılıqlı ədəbi əlaqə və təsiri problemini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alimdir. Şərq və Qərb mədəniyyətlərinin qarşılıqlı təsir və əlaqələrini öyrənərkən alim hər iki ədəbiyyatın ümumbəşəri dəyərlərini əsas götürür, mədəni tərəqqini şərtləndirən amillərə istinad edirdi. Onun tədqiqatları nəticəsində bütün dövrlər üçün aktuallığını saxlayan mütləq bir həqiqət müəyyənləşmişdir: Aida İmanquliyevanın çoxsaylı və gərgin araşdırmaları sayəsində bu nəticələr əldə edilmişdir: ərəb məhcər ədəbiyyatı nümayəndələrinin ədəbi yaradıcılığının əhəmiyyəti ondadır ki, onlar Avropa və Amerika ədəbiyyatının etik və bədii dəyərlərini yenilik ruhunda əxz etmiş, yeni formada üzə çıxarmış, onların nailiyyətlərini ən yaxşı milli ənənələrlə sintezdə təcəssüm etdirmişlər. "Suriya-Amerika məktəbi"nin ən istedadlı sənətkarları əcnəbi ədəbiyyatlardan məhz ərəb ölkələrinin ən mühüm ictimai inkişaf tələblərinə cavab verən nailiyyətləri mənimsəmişlər. Bu yazıçıların fəaliyyəti sayəsində XX əsrin əvvəllərində ərəb ədəbiyyatı regional birliklər çərçivəsində qapanıb qalmaq ənənəsini dəf edə və dünya ədəbi prosesinə fəal şəkildə qoşula bilmişdir.

Müzakirələrdən sonra bölmə iclaslarına yekun vurulmuşdur.  

AzərTAc

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
16 Oktyabr 2009 - ¹40
Bakı şəhərində Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadasının keçirilməsi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Bakıda görkəmli şərqşünas alim Aida İmanquliyevanın 70 illiyinə həsr olunmuş Beynəlxalq İbn Ərəbi simpoziumu keçirilib
 
Görkəmli şərqşünas alim Aida İmanquliyevanın 70 illik yubileyinə həsr olunmuş Beynəlxalq İbn Ərəbi simpoziumu başa çatıb
 
Bakıda keçirilən "Şərq və Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr" mövzusunda Beynəlxalq İbn Ərəbi  simpoziumu işini bölmə iclaslarında davam etdirib
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
2009-2010-cu dərs ilində ümumtəhsil məktəblərinin əsas və orta təhsil pillələri üzrə mərkəzləşdirilmiş qaydada aparılacaq buraxılış imtahanları barədə
 
Qara Qarayev adına  gənc pianoçuların I beynəlxalq elmi-ifaçılıq müsabiqəsi və konfransı keçiriləcək
 
Təhsilin informasiyalaşdırılması üzrə Azərbaycanın təcrübəsi Cenevrədə keçirilən forumda təqdim olunub
 
Fransa-Azərbaycan dilçilik və təhsil əməkdaşlığı müzakirə edilib
 
ADU-da Mahmud Kaşğarinin 1000 illik yubileyi qeyd olunub
 
Müəllimlərlə yanaşı şagirdlər də bəhrələnə bilərlər
 
Şahmatın inkişafına dövlət qayğısı artır
 
Dünya universitetləri: Kolumbiya Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov