Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

16 Oktyabr 2009 - ¹40

 

Görkəmli şərqşünas alim Aida İmanquliyevanın 70 illik yubileyinə həsr olunmuş Beynəlxalq İbn Ərəbi simpoziumu başa çatıb

 

Oktyabrın 11-də XX əsrin görkəmli şərqşünas alimi, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın 70 illik yubileyinə həsr olunmuş "Şərq və Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr" mövzusunda Beynəlxalq İbn Ərəbi simpoziumunun təntənəli bağlanış mərasimi keçirilmişdir.

"Buta" sarayında keçirilən mərasimdə alimin qızı, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva iştirak edirdi.

AMEA-nın prezidenti, akademik Mahmud Kərimov bildirmişdir ki, üç gün ərzində simpoziumun iştirakçıları Aida xanımın elmi yaradıcılığına müraciət edərək onun əziz xatirəsini yad etmişlər. Gözəl alim və insanın elmi irsi Şərq-Qərb elmi-mədəni əlaqələrinin öyrənilməsi, tədqiq və təhlil edilməsi, ortaq mənəvi dəyərlərin axtarışı baxımından böyük bir məktəbdir.

M.Kərimov qeyd etmişdir ki, simpozium çərçivəsində müxtəlif bölmələrdə geniş müzakirələr aparılmış, eyni zamanda mədəni tədbirlər keçirilmişdir. Bu simpozium yeni elmi əlaqələrin qurulması baxımından da əhəmiyyətli olmuşdur.

AMEA-nın prezidenti əmin olduğunu bildirmişdir ki, Bakını tərk edən simpozium iştirakçıları Azərbaycan haqqında, onun paytaxtı haqqında xoş təəssüratlarla vətənlərinə qayıdacaqlar.

Mərasimdə çıxış edən İbn Ərəbi Cəmiyyətinin sədri Qrenvil Kollinz, ABŞ-dan olan şərqşünas alim, professor Seyid Hüseyn Nasr simpoziumun yüksək səviyyədə təşkilinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Qeyd olunmuşdur ki, simpozium həm dünya fəlsəfi fikrinə mühüm təsir göstərmiş İbn Ərəbi irsinin tədqiqi, həm görkəmli şərqşünas alim Aida İmanquliyevanın elmi fəaliyyətinin öyrənilməsi, həm də Azərbaycan tarixinin, elmi-fəlsəfi fikrinin mühüm məqamları barədə fikir mübadiləsinin aparılması baxımından əhəmiyyətli olmuşdur.

Azərbaycanda sürətli inkişafın və tərəqqinin şahidi olduqlarını vurğulayan qonaqlar əminliklə bildirmişlər ki, qədim tarixə, gözəl abidələrə, yüksək milli mənəvi dəyərlərə malik olan xalq bundan sonra da bəşəri dəyərlərin zənginləşməsinə öz töhfələrini verəcəkdir.

Tədbir ziyafətlə yekunlaşmışdır.

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
16 Oktyabr 2009 - ¹40
Bakı şəhərində Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadasının keçirilməsi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Bakıda görkəmli şərqşünas alim Aida İmanquliyevanın 70 illiyinə həsr olunmuş Beynəlxalq İbn Ərəbi simpoziumu keçirilib
 
Görkəmli şərqşünas alim Aida İmanquliyevanın 70 illik yubileyinə həsr olunmuş Beynəlxalq İbn Ərəbi simpoziumu başa çatıb
 
Bakıda keçirilən "Şərq və Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr" mövzusunda Beynəlxalq İbn Ərəbi  simpoziumu işini bölmə iclaslarında davam etdirib
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
2009-2010-cu dərs ilində ümumtəhsil məktəblərinin əsas və orta təhsil pillələri üzrə mərkəzləşdirilmiş qaydada aparılacaq buraxılış imtahanları barədə
 
Qara Qarayev adına  gənc pianoçuların I beynəlxalq elmi-ifaçılıq müsabiqəsi və konfransı keçiriləcək
 
Təhsilin informasiyalaşdırılması üzrə Azərbaycanın təcrübəsi Cenevrədə keçirilən forumda təqdim olunub
 
Fransa-Azərbaycan dilçilik və təhsil əməkdaşlığı müzakirə edilib
 
ADU-da Mahmud Kaşğarinin 1000 illik yubileyi qeyd olunub
 
Müəllimlərlə yanaşı şagirdlər də bəhrələnə bilərlər
 
Şahmatın inkişafına dövlət qayğısı artır
 
Dünya universitetləri: Kolumbiya Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov