|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Xəbər
verdiyimiz kimi, mayın 22-də Taras Şevçenko adına
Kiyev Milli Universitetində Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevə bu təhsil müəssisəsinin
fəxri doktoru adı verilməsi münasibətilə
təntənəli mərasim olmuşdur. Mərasim
iştirakçıları Azərbaycan dövlətinin başçısını
hərarətlə qarşıladılar. Universitetin rektoru vəzifəsini icra edən akademik LEONİD QUBERSKİ. Azərbaycan Prezidenti İlham Əliyevin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verdi. O, dövlətimizin başçısının təhsilin inkişafında rolu barədə danışarkən vurğuladı ki, Azərbaycan Prezidentinin fəal dəstəyi sayəsində Azərbaycan və Ukrayna ali məktəbləri arasında dostluq əlaqələri və əməkdaşlıq genişlənmiş və dərinləşmişdir. Bu böyük və mühüm işdə Kiyev Milli Universiteti də fəal iştirak edir. Vaxtilə burada təhsil almış Azərbaycan vətəndaşları hazırda ölkənin ictimai-siyasi həyatında mühüm yer tuturlar. |
"TƏHSİLƏ QOYULAN VƏSAİT öLKƏMİZİN GƏLƏCƏYİNƏ QOYULAN VƏSAİTDİR" İndi
biz faktiki olaraq, Azərbaycanda bütün məktəb
infrastrukturunu yeniləşdiririk. İndiyədək
800-ə yaxın məktəbin tikilməsi və
gələcək illərdə yüzlərlə
məktəbin tikintisi - bu, məktəb sahəsinin
maddi-texniki bazasının yeniləşdirilməsini,
təhsilin keyfiyyətini də, avadanlıqla təchizatı
da təmin edir. Eyni zamanda, hesab edirəm ki, indi vaxt
gəlib ki, biz mövcud məktəblərin təmirinə
də daha çox vəsait ayıraq. çünki buna da böyük
ehtiyac var, xüsusilə, Bakı şəhərində.
Yəqin ki, bu il, gələn il Bakı şəhərində
yerləşən bütün məktəblərin istilik
təchizatı problemləri həll olunmalıdır. Bu,
həll ediləcəkdir. Ondan sonra bütün başqa şəhər
və rayonlarda da biz bunu həll etməliyik və mövcud
məktəbləri də çox gözəl
səviyyəyə gətirib çıxarmalıyıq. Bu sahədə vəsaitə qənaət
etməməliyik. çünki təhsilə qoyulan vəsait ölkəmizin
gələcəyinə qoyulan vəsaitdir. Bütün inkişaf
etmiş ölkələrin uğurlarının
səbəbi də məhz ziyalı
təbəqəsidir, elmi-texniki tərəqqidir, texnoloji
yeniliklərdir. Biz də bu yolu seçmişik. İstəyirik
ki, bizim insanlarımız, gənc nəsil bilikli, savadlı
olsun və ölkəmizin inkişafında çox böyük rol
oynasınlar. Prezident İlham Əliyevin
sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin ilin
birinci rübünün yekunlarına həsr edilmiş iclasındakı
nitqindən. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Nazir Türkiyə Respublikası Yüksək öyrətim Kurulunun nümayəndə heyətini qəbul edib Mayın 29-da Təhsil Nazirliyində Türkiyə
Respublikası Yüksək öyrətim Kurulunun (YöK) nümayəndə
heyəti ilə görüş keçirilib. Görüşdə Azərbaycan-Türkiyə
əlaqələrindən danışan təhsil naziri
Misir Mərdanov son illər bu istiqamətdə böyük
addımlar atıldığını diqqətə çatdırıb.
Nazir həmçinin diplomların tanınması, zəruri
ixtisaslara tələbatın ödənilməsi, ali
təhsildə proqramların uyğunlaşdırılmasından
söz açıb, xüsusilə tibb, müəllim hazırlığı
üzrə proqramların yaxınlığını
irəli sürüb. Sonra Misir Mərdanov türkiyəli müəllimlərin
Azərbaycan universitetlərində çalışmaları
imkanlarının araşdırılması
məsələsinə də toxunub. |
Xüsusi istedada malik uşaqların yekun seçim turu keçirildi Hazırda
respublikamızda ölkə Prezidenti cənab İlham Əliyevin
sərəncamı ilə təsdiq edilmiş "Xüsusi
istedada malik uşaqların (gənclərin) yaradıcılıq
potensialının inkişafı üzrə Dövlət Proqramı
(2006-2010-cu illər)"na uyğun olaraq
əhəmiyyətli tədbirlər həyata keçirilir.
Belə məqsədyönlü tədbirlərdən biri də
ayrı-ayrı fənlər üzrə
fitri bacarıq və qabiliyyətə malik şagirdlərin
aşkar edilməsi istiqamətində görülən işlərdir. |
Festivalda fərqlənənlərə mükafatlar təqdim olundu Azərbaycan
Respublikasının Təhsil Nazirliyi ilə Azərbaycan
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı
Respublika Komitəsinin 19 fevral 2008-ci il tarixli birgə
qərarına əsasən ümummilli lider Heydər Əliyevin
anadan olmasının 85-ci ildönümünə həsr olunmuş
ali məktəb tələbələrinin bədii yaradıcılıq
festivalı keçirilmişdir. İki ay davam etmiş və
tələbə gənclər arasından xeyli istedadı
üzə çıxarmış festivalın aprel ayında yekun
konserti olmuş və qaliblər müəyyənləşdirilmişdir. |
Dərs ili yeniliklərlə yaddaqalan oldu Artıq 2007-2008-ci dərs ili başa çatmaq üzrədir. Bu dərs ili bir sıra əlamətdar hadisələrlə zəngin olmuşdur. Bütün xalqımızla birlikdə təhsil işçiləri ümummilli liderimiz, müasir Azərbaycan Respublikasının qurucusu Heydər Əliyevin anadan olmasının 85 və Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileylərini təntənə ilə qeyd etdilər. ölkəmizin bütün təhsil müəssisələrində rəngarəng tədbirlər - səhnəciklər, inşa yazılar, sərgilər, yarışlar, görüşlər, ekskursiyalar və s. keçirilmiş, Heydər Əliyev irsinin və Cümhuriyyət tarixinin öyrənilməsi istiqamətində, uşaqların, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi sahəsində çox dəyərli işlər görülmüşdür. |
Onbirincilər
iyunun 6-da mərkəzləşdirilmiş qaydada test
imtahanı verəcəklər
İmtahanlar
ölkənin 9 regionunda 52 minədək şagirdi
əhatə edəcək Təhsil Nazirliyinin 8 aprel 2008-ci il tarixli 426 nömrəli əmrinə müvafiq olaraq iyunun 6-da Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərinin, Abşeron, İmişli, Ucar, İsmayıllı rayonlarının, həmçinin həmin şəhər və rayonların ərazisində fəaliyyət göstərən məcburi köçkün rayonlarının, bu bölgələrdəki peşə liseylərinin, habelə ali təhsil müəssisələrinin nəzdindəki ümumtəhsil məktəblərinin və bilavasitə Təhsil Nazirliyi tabeliyindəki lisey və gimnaziyaların XI (XII) sinif şagirdləri cavab kartı tətbiq edilməklə və nəticələri nazirlikdə yoxlanılmaqla test sualları əsasında mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları verəcəklər. |
Bakıdakı
10 nömrəli körpələr evi-uşaq bağçasında
1 İyun Uşaqları Beynəlxalq Müdafiə Gününə
həsr edilmiş "Uşaqlar bizim sevincimizdir" adlı
şənlik keçirildi. öncə uşaqların ifasında
Azərbaycan Respublikasının Dövlət himni
səsləndirildi. Sonra bağçanın müdiri Validə
Rzayeva uşaqları əlamətdar gün münasibətilə
təbrik edib, körpələrimizi gələcəyə açılan
mavi sabahın büllur aynaları adlandırdı. Bir-birindən
maraqlı çıxış edən körpələr şeirlər
söylədilər,mahnılar oxuyub,səhnəciklər göstərdilər.
Səadət Abdinovanın müşayiəti ilə
ətrafa yayılan musiqi nömrəsi,
eləcə də balaca
fidanların - Lətifə, Nərminə, Fatimə,
Sevinc, Səbinə və
Tamaranın "Tərəkəmə",
"Yallı", "Nəlbəki"
rəqsləri şənliyi daha da rövnəqləndirdi.
Onlar dünya xalqlarının rəqs
nümunələrindən də
parçalar nümayiş etdirdilər. |
Yeni Yazarlar və Sənətçilər
Qurumunun təşkilatçılığı, Azərbaycan
Respublikası Gənclər və İdman Nazirliyinin
maliyyə dəstəyi, eləcə də
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar
Birliyi İQƏAİM-in təşkilat-texniki yardımı
ilə bu ilin mart-iyun ayını əhatə edən VIII
Bakı Kitab Bayramı - milli kulturoloji layihə həyata
keçirilir. Layihə çərçivəsində
sərgi, ilin mədəniyyət, ədəbiyyat və
kitab hadisələrini əhatə edən Milli Kulturoloji müsabiqə,
görüşlər, müzakirələr və başqa
tədbirlər təşkil olunur. VIII Bakı Kitab Bayramı - Milli Kulturoloji Mükafat Komissiyası üzvlərinin son toplantısında müsabiqəyə təqdim olunmuş çoxsaylı (300-dən artıq) ədəbi-mədəni və kitab nəşr layihələrinin sırasında 33 iş uğurlu sayılmış, qaliblərin mükafatlandırılması qərara alınmışdır. Mayın 26-da M.F.Axundov adına Milli
Kitabxanada VIII Bakı Kitab Bayramı, Milli Kulturoloji
layihənin əsas mərasimi - sərgi,
ədəbi-mədəni ictimaiyyətin görüşü və
mükafatlandırma yığıncağı keçirilmişdir.
Builki mərasim Azərbaycan Xalq Cümhuriyyətinin 90,
həmçinin xalq yazıçısı Mir Cəlalın (Paşayev)
100 illik yubileyinə həsr olunub. |