|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Uşaqlar bizim sevincimizdir Bakıdakı
10 nömrəli körpələr evi-uşaq bağçasında
1 İyun Uşaqları Beynəlxalq Müdafiə Gününə
həsr edilmiş "Uşaqlar bizim sevincimizdir" adlı
şənlik keçirildi. öncə uşaqların ifasında
Azərbaycan Respublikasının Dövlət himni
səsləndirildi. Sonra bağçanın müdiri Validə
Rzayeva uşaqları əlamətdar gün münasibətilə
təbrik edib, körpələrimizi gələcəyə açılan
mavi sabahın büllur aynaları adlandırdı. Bir-birindən maraqlı çıxış
edən körpələr şeirlər söylədilər,mahnılar
oxuyub,səhnəciklər göstərdilər. Səadət
Abdinovanın müşayiəti ilə ətrafa yayılan
musiqi nömrəsi,
eləcə də balaca
fidanların - Lətifə, Nərminə, Fatimə,
Sevinc, Səbinə və
Tamaranın "Tərəkəmə",
"Yallı", "Nəlbəki"
rəqsləri şənliyi daha da rövnəqləndirdi.
Onlar dünya xalqlarının rəqs
nümunələrindən də
parçalar nümayiş etdirdilər. Sonda bağçanın müdiri V.Rzayeva
ümummilli lider Heydər Əliyevin körpələrimizi dünyanın
sevinci sayan, onların hər birini öz balası
kimi sevib başına sığal
çəkən dahi şəxsiyyətin uşaqların
ünvanına söylədiyi
əvəzsiz və bənzərsiz sözləri
xatırlatdı: "Uşaqları görəndə
hər bir yaşlı insan, yaxud ata-ana, valideyn sevinir, çünki
uşaqlar bizim sevincimizdir,
həyatımızın mənasıdır, uşaqlar
bizim gələcəyimizdir. Uşaqlar həyatımızı
şənləndirən, bəzəyən, gözəlləşdirən
doğma övladlarımızdır. Hər bir insan üçün dünyada
uşaqlardan istəkli heç bir şey ola bilməz. Mən də
həyatımda daim uşaqları
sevmişəm,öz balalarımı da sevirəm". Sifai SƏFƏROVA |