· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Nazir Türkiyə Respublikası Yüksək öyrətim Kurulunun nümayəndə heyətini qəbul edib

Mayın 29-da Təhsil Nazirliyində Türkiyə Respublikası Yüksək öyrətim Kurulunun (YöK) nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə Azərbaycan-Türkiyə əlaqələrindən danışan təhsil naziri  Misir Mərdanov son illər bu istiqamətdə böyük addımlar atıldığını diqqətə çatdırıb. Nazir həmçinin diplomların tanınması, zəruri ixtisaslara tələbatın ödənilməsi, ali təhsildə proqramların uyğunlaşdırılmasından söz açıb, xüsusilə tibb, müəllim hazırlığı üzrə proqramların yaxınlığını irəli sürüb.

Sonra Misir Mərdanov türkiyəli müəllimlərin Azərbaycan universitetlərində çalışmaları imkanlarının araşdırılması məsələsinə də toxunub.

Səmimi qəbul üçün nazirə təşəkkürünü bildirən YöK-ün səlahiyyətli nümayəndəsi, professor Ənvər Həsənoğlu ölkələrarası təhsil əlaqələrinin inkişafını xüsusi qeyd edib, bu istiqamətdə sistemli iş aparılmasının məqsədəuyğunluğunu vurğulayıb. Qonaq, eyni zamanda ölkəmizin bir neçə ali məktəbində keçirdikləri görüşlərdən, tədris prosesi ilə tanışlıqdan söz açıb və mövcud vəziyyətdən razılığını bildirib.

Görüşdə iştirak edən digər qonaqlar Azərbaycan-Türkiyə təhsil əlaqələrinin daha da yaxınlaşması istiqamətində təkliflər irəli sürüblər.

Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinin təhsil üzrə nümayəndəsi Səlahəddin Dikmən görüşdə iştirak edib.

 

 

 

 

Təhsil Nazirliyində görüş

Mayın 27-də təhsil naziri Misir Mərdanov çexiya parlamenti Deputatlar Palatasının elm, təhsil, mədəniyyət, gənclər və idman komitəsinin üzvü cənab Peter Plevanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Misir Mərdanov qonaqları səmimi salamlayıb və onları Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu bildirib. ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından danışan nazir son illər bu sahədə həyata keçirilən tədbirlərdən söz açıb.

Misir Mərdanov qonaqlara çexiya Respublikasına etdiyi səfər zamanı bu ölkənin təhsil sistemi ilə tanış olduğunu qeyd edib. Azərbaycan-çexiya əlaqələrindən söz açan nazir təhsil sahəsi üzrə əməkdaşlığın yaradılmasına önəm verdiyini açıqlayıb. Nazir hər iki ölkənin universitet, kollec və orta məktəbləri ilə əlaqələr qurulmasının əhəmiyyətini diqqətə çatdırıb. Eyni zamanda Misir Mərdanov Bakı Slavyan Universitetində çexiyaşünaslıq ixtisası üzrə mütəxəssislər hazırlandığı barədə məlumat verib.

ölkə başçısının müvafiq sərəncamı ilə təsdiq olunmuş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində gənclərimizin dünyanın bir sıra nüfuzlu ali məktəblərində təhsil aldıqlarını vurğulayan nazir bu istiqamətdə işin hazırda davam etdirildiyini bildirib.

Cənab Peter Pleva səmimi qəbul üçün nazirə təşəkkür edib, cəmiyyətin tərəqqisində təhsilin mühüm rol oynadığını vurğulayıb, eyni zamanda öz ölkəsində bununla bağlı görülən işlər haqqında məlumat verib. Qonaq Azərbaycan-çexiya təhsil əlaqələrinin yaradılmasında maraqlı olduğunu açıqlayıb.

Görüşdə qonağa ölkəmizin ümumtəhsil, peşə və ali təhsil sistemi, ali məktəblərə qəbul qaydaları, eləcə də digər məsələlərlə bağlı ətraflı məlumat verilib.