|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva təşkilatın xoşməramlı səfirlərinin illik yığıncağında iştirak edib Mayın 20-də Parisdə YUNESKO-nun xoşməramlı
səfirlərinin illik yığıncağı keçirilmişdir.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva yığıncaqda
iştirak etmişdir. Mehriban Əliyevanı YUNESKO-nun
mənzil-qərargahında təşkilatın yüksək
vəzifəli şəxsləri səmimiyyətlə qarşıladılar.
Yığıncaqdan öncə xoşməramlı
səfirlər dünyada savadlılığın
dəstəklənməsi üzrə YUNESKO-nun regional
konfransları silsiləsindən "Avropada subregional çərçivədə
savadlılıq problemlərinə baxış:
tərəfdaşlıq əlaqələrinin qurulması
və innovativ yanaşmaların tətbiqinə
dəstək" mövzusunda Bakıda keçirilmiş 5-ci
regional konfransın yüksək səviyyədə təşkilinə
görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım
Əliyevaya təşəkkür etdilər. Bildirildi ki,
həmin konfrans mühüm hadisədir və regionda savadsızlığın
aradan qaldırılmasında əhəmiyyətli rolu
olacaqdır. YUNESKO-nun xoşməramlı
səfirlərinin illik hesabat yığıncağını
təşkilatın Baş direktoru Koişiro Matsuura açdı.
Xoşməramlı səfirləri salamlayan Baş direktor
yığıncağın uğurla keçəcəyinə
əmin olduğunu bildirdi. Yığıncaq iştirakçıları
məşhur musiqiçi, həmyerlimiz Mstislav Rostropoviçin
xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Baş direktor çıxışında
əsas diqqəti təhsil, xüsusilə də dünyada savadsızlığın
aradan qaldırılması probleminə cəlb etdi. Qeyd
etdi ki, indi dünyada 72 milyon uşaq məktəbə getmir.
Yeniyetmələrin təhsilə cəlb olunmasında
hələ də problemlər var. Koişiro Matsuura bu baxımdan
Bakıda keçirilmiş 5-ci regional konfransın
əhəmiyyətini vurğuladı və tədbirin yüksək
səviyyədə təşkilinə görə Mehriban xanım
Əliyevaya təşəkkür etdi. Baş direktor
mədəniyyətlərarası və sivilizasiyalararası
dialoqdan da danışdı, hazırda dünyanı narahat
edən iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi,
habelə səhiyyə xidmətlərinin təşkili
məsələlərinə toxundu. Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva yığıncaqda
çıxış etdi. O, ötən bir ildə ölkəmizdə
görülən işlər, YUNESKO dəyərlərinin
təbliği və icrası istiqamətində həyata
keçirilən tədbirlər barədə danışdı.
Bakıda keçirilmiş regional konfransın mühüm
nəticələrlə yadda qaldığını vurğulayan
Mehriban xanım dedi ki, ölkəmizdə təhsilin inkişafına
xüsusi diqqət göstərilir. Heydər Əliyev Fondu artıq
xaricdə də təhsillə bağlı
layihələr həyata keçirir. Pakistanın
zəlzələdən ciddi ziyan görən Müzəffərabad
şəhərində qızlar məktəbinin inşa
olunması buna sübutdur. Bu, Heydər Əliyev Fondunun
təhsillə bağlı xaricdə həyata keçirdiyi ilk
layihədir. Mehriban xanım Əliyeva ölkəmizdə
mədəni irsin qorunması və təbliği
istiqamətində də işlərin görüldüyünü dedi.
Bildirdi ki, Azərbaycanda muğamın inkişafı
və təbliğinə xidmət edən layihələr
icra olunur. Bakıda Beynəlxalq Muğam Mərkəzi
tikilir. Heydər Əliyev Fondunun dəstəyi ilə
gənc ifaçıların qatıldığı muğam
televiziya müsabiqəsi keçirilib, muğam jurnalı nəşr
olunur. Azərbaycanda mədəni irsin qorunması
istiqamətində tədbirlər bundan sonra da davam
etdiriləcəkdir. İordaniya şahzadəsi xanım Ferial
YUNESKO-nun Bakıda keçirilmiş 5-ci regional konfransında iştirakı
barədə danışdı, onun yüksək
səviyyədə təşkil olunduğunu vurğuladı.
YUNESKO-nun xoşməramlı
səfirləri ölkələrində gördükləri işlər,
həyata keçirilən layihələr barədə hesabat
verdilər. Hesabatlarda əsas diqqət təhsil, elm,
səhiyyə, mədəni irsin qorunması, QİçS-lə
mübarizə kimi mühüm məsələlərə yönəldildi.
Yığıncağın sonunda xoşməramlı
səfirlər xatirə şəkli çəkdirdilər. YUNESKO-nun Baş direktoru Koişiro Matsuuranın
adından xoşməramlı səfirlərin şərəfinə
ziyafət verildi. Mehriban xanım Əliyeva "Azərbaycan uşaqlarının dostu" seçilib "Gənc Liderlər" Uşaq Təşkilatı
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü
ilə bağlı "Uşaqların dostu" nominasiyası
üzrə qalibləri müəyyənləşdirmək
üçün sonuncu sorğunun nəticələrini açıqlamışdır. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO
və İSESKO-nun xoşməramlı səfiri, Milli
Məclisin deputatı Mehriban xanım Əliyeva bütün
namizədlərdən daha çox səs toplayaraq
"Azərbaycan uşaqlarının dostu" seçilmişdir. Növbəti qaliblər sırasında Milli
Məclisin deputatları ülvi Quliyev, Nazim Məmmədov,
Zahid Oruc, Nizami Cəfərov, Yaqub Mahmudov, Aqil Abbas və
Fəttah Heydərov vardır. Təhsil naziri Misir Mərdanov və
Səbail Rayon İcra Hakimiyyəti başçısının
birinci müavini Xalidə Bayramova isə uşaq təşkilatlarına
ən çox dəstək verən dövlət məmuru
nominasiyası üzrə "Uşaqların dostu" adına
layiq görülmüşlər. Bakı Şəhər Dövlət Yol
Polisinin İctimaiyyətlə əlaqələr şöbəsinin
rəisi Vaqif Əsədov və Təhsil Nazirliyinin İctimaiyyətlə
əlaqələr şöbəsinin müdiri Bayram Hüseynzadə
ictimaiyyətə ən açıq mətbuat xidməti
rəhbəri olduqları üçün "Uşaqların
dostu" seçilmişlər. Yazıçı-publisist Elmira Axundovanın
"Heydər Əliyev: şəxsiyyət və
zaman" kitabı ən yaxşı sənədli
əsər kimi fərqlənmişdir.Media qurumları arasında
qaliblər həm şifahi, həm də "Gənc
Liderlər"in www.liderler.azeriblog.com rəsmi İnternet
səhifəsində keçirilən sorğular yolu ilə
bəlli olmuşdur. Azərbaycan Dövlət Teleqraf Agentliyi
(AzərTAc) və AzəriPress İnformasiya Agentliyi uşaqlara
ən çox dəstək verən informasiya agentlikləri
kimi "Uşaqların
dostu" seçilmişlər. Televiziyalardan AzTV-nin "Etimad" tok-şousu,
Lider TV-nin "Səda", İTV-nin "Carçı",
"Space"in "Hər gün", ATV-nin "Son
xəbər" informasiya proqramları "Uşaqların
dostu" adına layiq görülmüşdür. AzərTAc |