|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Dərs ili yeniliklərlə yaddaqalan oldu Artıq 2007-2008-ci dərs ili başa
çatmaq üzrədir. Bu dərs ili bir sıra əlamətdar
hadisələrlə zəngin olmuşdur. Bütün xalqımızla
birlikdə təhsil işçiləri ümummilli liderimiz, müasir
Azərbaycan Respublikasının qurucusu Heydər Əliyevin
anadan olmasının 85 və Şərqdə ilk demokratik
respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik
yubileylərini təntənə ilə qeyd etdilər. ölkəmizin
bütün təhsil müəssisələrində
rəngarəng tədbirlər - səhnəciklər, inşa
yazılar, sərgilər, yarışlar, görüşlər,
ekskursiyalar və s. keçirilmiş, Heydər Əliyev irsinin
və Cümhuriyyət tarixinin öyrənilməsi
istiqamətində, uşaqların, gənclərin
vətənpərvərlik ruhunda tərbiyə edilməsi
sahəsində çox dəyərli işlər görülmüşdür.
Başa vurduğumuz dərs ili
ərəfəsində dövlətimizin başçısı
cənab İlham Əliyevin imzaladığı "Ən
yaxşı ümumtəhsil məktəbi və ən yaxşı
müəllim mükafatlarının təsis edilməsi haqqında"
sərəncam pedaqoji kollektivlərdə böyük canlanma
və ruh yüksəkliyinə səbəb olmuşdur. Müsabiqələrin
təşkili və keçirilməsi ilə bağlı lazımi
tədbirlər görülmüş, hazırda yekun
mərhələ həyata keçirilməkdədir. 2007-2008-ci dərs ilində 1,5 milyon şagirdi
əhatə edən 4543 ümumtəhsil məktəbi
fəaliyyət göstərmişdir. Bunlardan 207-də
tədris yeni binalarda başlamışdır. Yola saldığımız
dərs ilində təhsil sahəsində aparılan
islahatlar davam etdirilmiş, 2008-2009-cu dərs ili üçün möhkəm
zəmin yaradılmışdır. ümumi orta təhsilin yeni məzmunu -
kurrikulumu yeni dərs ilindən I siniflərdə tətbiq
ediləcəkdir. Bu məqsədlə yeni
dərsliklər və dərs vəsaitləri hazırlanıb,
I siniflərdə dərs deyəcək 6 minə yaxın
müəllim müvafiq treninqlərdən keçəcək. Orta təhsil üzrə mərkəzləşdirilmiş
qaydada, cavab kartları tətbiq edilməklə test üsulu
ilə keçiriləcək buraxılış imtahanlarına
hazırlıq davam etdirilmiş, dərs ili ərzində
nazirlik tərəfindən üç dəfə sınaq
yoxlamaları aparılmış və hər dəfə
nəticələr müzakirə edilmişdir. Bu il nazirlik 9
regionda, 5 şəhər, 4 rayonda 52 minə yaxın XI
sinif şagirdini əhatə etməklə
mərkəzləşdirilmiş qaydada buraxılış
imtahanı keçirəcəkdir. Məktəblərimizin, xüsusilə ucqar
kənd rayonlarındakı məktəblərin
pedaqoji kadrlarla təminatı diqqət
mərkəzində saxlanılıb və 4 minə yaxın
müxtəlif ixtisaslar üzrə müəllim yerlərə göndərilmişdir. Bütün məktəblər dərsliklər
və dərs vəsaitləri ilə vaxtında təmin
edilmiş, məktəblərdə yaradılmış
dərslik fondu möhkəmləndirilmiş, dövlət başçısının
məlum sərəncamı ilə latın qrafikalı
Azərbaycan əlifbasında çap edilən,
məktəblərə pulsuz verilən Azərbaycan və
dünya klassik ədəbiyyatı nümunələri hesabına
daha da zənginləşdirilmişdir. Cari dərs ilində məktəblərin
tikintisi, əsaslı təmiri və avadanlıqlarla
təchizi və kompüterləşdirilməsi üçün yeni Dövlət
proqramları layihələri hazırlanıb hökumətə
təqdim edilmişdir. Onların təsdiqi və
tətbiqi məktəblərimizin maddi-tədris bazasını
daha da möhkəmləndirəcəkdir. Əvvəlki dərs ilində olduğu
kimi, bu dərs ilində də yalnız ümumi təhsil
sahəsi üzrə müxtəlif məsələlərə
dair 8 Dövlət proqramının həyata keçirilməsi
davam etdirilmişdir. Təhsil sahəsində aparılan islahat
illərinin 9-cu dərs ilini başa vururuq. Bu illər
ərzində aparılan gərgin işin
nəticəsində ümumtəhsil
məktəblərində tədrisin səviyyəsi xeyli
yüksəlmişdir. Bunu sübut etmək üçün 2006 və
2007-ci illərdə məzunlarımızın ali
məktəblərə qəbulunun nəticələrini
müqayisə etmək kifayətdir. Bu il 120 minə yaxın şagird XI sinfi,
155 mindən artıq şagird isə IX sinfi bitirir. Onların
hər birinə cansağlığı,
gələcək işlərində uğurlar, ölkəmizin
layiqli vətəndaşı olmalarını arzu
edirəm. A.MURADOV, Təhsil Nazirliyinin şöbə müdiri
|