|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Səkkizinci
Bakı Kitab Bayramı
Yeni Yazarlar və Sənətçilər
Qurumunun təşkilatçılığı, Azərbaycan
Respublikası Gənclər və İdman Nazirliyinin
maliyyə dəstəyi, eləcə də
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar
Birliyi İQƏAİM-in təşkilat-texniki yardımı
ilə bu ilin mart-iyun ayını əhatə edən VIII
Bakı Kitab Bayramı - milli kulturoloji layihə həyata
keçirilir. Layihə çərçivəsində sərgi,
ilin mədəniyyət, ədəbiyyat və kitab
hadisələrini əhatə edən Milli Kulturoloji müsabiqə,
görüşlər, müzakirələr və başqa
tədbirlər təşkil olunur. VIII Bakı Kitab Bayramı - Milli Kulturoloji Mükafat
Komissiyası üzvlərinin son toplantısında müsabiqəyə
təqdim olunmuş çoxsaylı (300-dən artıq)
ədəbi-mədəni və kitab nəşr
layihələrinin sırasında 33 iş uğurlu sayılmış,
qaliblərin mükafatlandırılması qərara alınmışdır. Mayın 26-da M.F.Axundov adına Milli
Kitabxanada VIII Bakı Kitab Bayramı, Milli Kulturoloji
layihənin əsas mərasimi - sərgi,
ədəbi-mədəni ictimaiyyətin görüşü və
mükafatlandırma yığıncağı keçirilmişdir.
Builki mərasim Azərbaycan Xalq Cümhuriyyətinin 90,
həmçinin xalq yazıçısı Mir Cəlalın (Paşayev)
100 illik yubileyinə həsr olunub. Ədəbi-mədəni ictimaiyyətin -
yazıçıların, naşirlərin, oxucuların iştirakçısı
olduğu sərgi və mükafatlandırma mərasimində
Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, yazıçı-kulturoloq
Aydın Xan (Əbilov), M.F.Axundov adına Milli Kitabxananın
direktoru Kərim Tahirov, Gənclər və İdman,
Mədəniyyət və Turizm nazirliklərinin,
Azərbaycan Yazıçılar Birliyinin nümayəndələri,
eləcə də Misir Mədəniyyət
Mərkəzinin məsul əməkdaşı,
"Azərbaycan İnterneşnl" dərgisinin baş
redaktoru Betti Bleyer və başqaları çıxış
edərək təşkilatçıları təbrik
etdilər. Daha sonra 2007-ci ilin ayrı-ayrı nominasiyaları
arasında dəyərli mədəniyyət,
ədəbiyyat, kitab-nəşr müəlliflərinin -
Milli Kulturoloji mükafat sahiblərinin adları açıqlandı,
fərqlənənlərə VIII Bakı Kitab Bayramının
diplom və hədiyyələri verildi. "Təhsil" nəşriyyatının
"Heydər Əliyev məktəblilərin gözü
ilə" (II kitab) toplusu ümummilli liderimizin həyat
və dövlətçilik fəaliyyətinə həsr olunmuş
respublika inşa müsabiqəsinin materiallarının yüksək
poliqrafik səviyyədə nəşrinə və bununla
da azərbaycançılıq ideologiyasını
zənginləşdirdiyinə görə "2007-ci ilin
təhsil-maarif kitabı" nominasiyasının qalibi mükafatına
layiq görülmüşdür. Nizami MİRZƏ
|