|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Festivalda fərqlənənlərə mükafatlar təqdim olundu Azərbaycan
Respublikasının Təhsil Nazirliyi ilə Azərbaycan
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı
Respublika Komitəsinin 19 fevral 2008-ci il tarixli birgə
qərarına əsasən ümummilli lider Heydər Əliyevin
anadan olmasının 85-ci ildönümünə həsr olunmuş
ali məktəb tələbələrinin bədii yaradıcılıq
festivalı keçirilmişdir. İki ay davam etmiş və
tələbə gənclər arasından xeyli istedadı
üzə çıxarmış festivalın aprel ayında yekun
konserti olmuş və qaliblər müəyyənləşdirilmişdir. Mayın 27-də Təhsil Nazirliyində
festival qaliblərinə mükafatlar təqdim olunmuşdur. Bu
münasibətlə keçirilən mərasimi təhsil nazirinin
müavini Elmar Qasımov açaraq bildirdi ki, ali məktəb
tələbələrinin bədii yaradıcılığına
baxış olan festival artıq ikinci ildir keçirilir. ümummilli
liderimiz Heydər Əliyevin 85 illik yubileyinə həsr
olunmuş builki festivalda respublikamızın dövlət
və özəl ali məktəblərində təhsil alan
1000 nəfərdən çox tələbə iştirak etmişdir.
İştirakçılar xor, rəqs, xalq çalğı
alətləri, bədii qiraət, müasir rəqs, tək
ifa, aşıq musiqisi, vokal, xalq mahnılarının ifası,
xarici dillərdə vokal ifa nominasiyaları üzrə qüvvələrini
sınamışlar. Son illər müxtəlif kütləvi
tədbirlərdə - idman turnirlərində, bilik yarışlarında,
yaradıcılıq müsabiqələrində, fənn
olimpiadalarında mübarizə əzmi göstərən ali
məktəb tələbələrinin bədii yaradıcılıq
festivalında da fəal iştirak etdiklərini vurğulayan
Elmar Qasımov bütün bu tədbirlərin
tələbələrdə vətəndaşlıq
keyfiyyətləri formalaşdırmaqda, onların dünya
duyumlarını, estetik zövqlərini inkişaf
etdirməkdə, istedadları aşkara çıxarmaqda mühüm
rol oynadığını söylədi. Nazir müavini qalibləri təbrik edib, onlara
daha böyük uğurlar arzuladı. Elmar Qasımov, eyni zamanda
festivalın münsiflər heyətinin üzvlərinə -
professor Ramiz Zöhrabov başda olmaqla Faiq Zöhrabova, Namiq
Nəbiyevə, Vaqif Süleymanova, Mübariz Əliyevə
Təhsil Nazirliyi adından təşəkkür etdi, onların
ağır zəhmət tələb edən işin öhdəsindən
layiqincə gəldiklərini, festival iştirakçıları
arasında ədalətli seçim apardıqlarını
bildirdi. Nazir müavini ölkəmizdə təhsilə,
təhsil işçilərinə, istedadların yetişməsinə,
ümumiyyətlə gənclərə böyük diqqət və
qayğı göstərildiyini mərasim iştirakçılarının
diqqətinə çatdırdı. Qaliblərin mükafatlandırılması
mərasimində çıxış edən Təhsil
İşçiləri Azad Həmkarlar İttifaqı Respublika
Komitəsi sədrinin müavini Şaiq Əsgərov da
təmsil etdiyi qurum adından festival laureatlarına
təbriklərini çatdırdı, yarışmanın yüksək
səviyyədə keçirildiyini qeyd etdi. Sonra mükafatlandırma mərasimi oldu.
Festivalda 10 nominasiya üzrə 31 kollektiv və tək ifaçı
qaliblər sırasına çıxmışdı. I, II, III
yerləri tutmuş tələbələr və özfəaliyyət
kollektivlərinin rəhbərləri, habelə
həvəsləndirici yerə layiq görülən 14
tələbə səhnəyə dəvət
edilərək layiq görüldükləri mükafatlar - xatirə
diplomları və hədiyyələr onlara təqdim
olundu. Qalibləri təbrik edən festivalın münsiflər
heyətinin sədri, professor Ramiz Zöhrabov çıxışında
tədbirin təşkili və keçirilməsi ilə bağlı
bəzi məqamlara diqqəti cəlb etdi. Bütövlükdə
festivalın uğurla keçdiyini bildirən tanınmış
musiqişünas yarışmada xor kollektivlərinin az olduğunu,
ali məktəblərin hamısında xor, rəqs,
bədii özfəaliyyət, xalq çalğı
alətləri ansamblları və s. kimi kollektivlərin
yaradılmasının zəruriliyini diqqətə çatdırdı.
Final mərhələsində ölkənin 13 ali
məktəbindən kollektiv və tək ifaçıların
iştirak etdiyini, Azərbaycan Dillər Universitetinin
festivala daha yaxşı hazırlaşdığını
deyən R.Zöhrabov bununla belə cənub bölgəsindən,
Naxçıvandan, bir sıra digər ali
məktəblərdən tələbələrin bu mühüm
tədbirə qatılmadığını da bildirdi. R.Zöhrabov təşkilatçılara
minnətdarlıq edib festivalın davamlı olaraq keçirilməsini
arzuladı. Tədbirdə istedadlı gənclərin aşkara
çıxarılmasındakı xidmətlərinə görə
münsiflər heyətinin üzvlərinə Təhsil
Nazirliyinin Fəxri fərmanları təqdim olundu. Mərasimi yekunlaşdıran təhsil
nazirinin müavini Elmar Qasımov qalibləri bir daha təbrik
edib, festivalın keçirilməsində əməyi olanlara,
xüsusən də Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının rəhbərliyinə, universitet
rektorlarına, ali məktəblərin tələbə
həmkarlar ittifaqları komitələrinə
Təhsil Nazirliyi
adından minnətdarlığını bildirdi. Yusif ƏLİYEV
|